Qarabag Media
Haqqımızda Əlaqə

Muğam müsabiqəsinin qalibi: “Laçın haqda valideynlərimdən çox eşitmişəm” - SÖHBƏT


Tarix:1-11-2017, 02:47 Kateqoriya:Manşet / Müsahibə

Muğam müsabiqəsinin qalibi: “Laçın haqda valideynlərimdən çox eşitmişəm” - SÖHBƏT

Karabakhmedia.az oktyabr 25-də on bir respublika arasında keçirilən 9-cu Beynəlxalq Muğam müsabiqəsində "GRAND PRIX" mükafatını qazanan Zibər Zamanova ilə söhbəti təqdim edir.

- Zibər, öncə özün haqda məlumat verərdin...

- Mən Zamanova Zibər Baxşeyiş qızı, 2002-ci ildə Bərdə rayonunun Göyüşlü kəndində anadan olmuşam. Laçın rayonu "Vəliuşaqlı kənd tam orta məktəbi"nin onuncu sinfində oxuyuram. Dərslərim də yaxşıdı. Məktəbimizdə savadlı müəllimlər var, hər şey yaxşıdı.

- Dərslərin necə gedir?

- Yaxşıdır. Gözəl müəllimlərim var. Hər şey qaydasındadır.

- Əslən laçınlısan, amma Laçını görməmisən. Oralar haqda nə bilirsən?

- Laçın haqda valideynlərimdən çox eşitmişəm. Bilirəm ki, Laçının gözəl təbiəti, saf adamları var. Ən böyük arzularımdan biri Laçını görməkdi.

- Səncə, adam görmədiyi bir yeri necə sevə bilər?

- Görməsəm də ora mənim ana vətənimdir. Vətənimi çox sevirəm

- Bu yaxınlarda ölkəmizdə on bir respublika arasında keçirilən "Beynəlxalq uşaq muğam festivalı"nda "GRAND PRIX" mükafatını qazanmısan. Səni təbrik edirik. Necə keçdi festival, rəqiblərin güclüydülərmi?

- Çox sağ olun. Hə, zəif rəqiblər deyildilər. Güclülərin arasından seçilmək də bir başqa sevincdir.

- Bildiyim qədəri ilə muğam müəllimin atandır. Adamın müəlliminin öz valideyni olması maraqlı hissdir...

- Bu hissi sözlə izah eləmək çətindir. Atamın tələbəsi olmağımla qürur duyuram.

- Laçında səsi gözəl olan oxuyanlar çox olub. Bu gün də var. Amma sırf muğam üzrə çox az adam gedib. Sənə çətin gəlmir ki, bu yol?

Muğam müsabiqəsinin qalibi: “Laçın haqda valideynlərimdən çox eşitmişəm” - SÖHBƏT- Çətin də olsa artıq bu yolu seçmişəm. Çalışacam ki, öhdəsindən gələm.

- Hansı musiqiləri dinləyirsən?

- Adətən öz milli musiqilərimizi, ustadları dinləyirəm. Atam həm də gözəl saz ifaçısıdır. Evimizdən saz səsi əskilməz. Xarici musiqiləri də dinləyirəm.

- Ümumiyyətlə, atandan sonra kimdən dərs almaq istəyərdin?

- Gələcəkdə muğam dərslərini davam etdirmək üçün ali məktəbə imtahan verəcəyəm. Muğam ustadlarının hamısına sayğım var, ancaq Alim Qasımovdan dərs almaq istəyərdim.

- Alim müəllim adını çəkmişkən, yarışmaların birində Alim Qasımov səni çox bəyənib. Bu məsuliyyətin yükünü çiyinlərində necə hiss edirsən?

- Onda uşaq idim, uçmağa qanadım yox idi. Bəlkə də elə bu sevginin məsuliyyətinə görə mükafatı qazana bildim.

- Son olaraq "maye"də bir sual da verim. Müsabiqənin sonunda sənə verilən maddi mükafatı müəlliminlə necə paylaşdın?

- ... (Gülür)

Söhbətləşdi: Saqif Zeynal

Mənbə: Kulis az










SON XƏBƏRLƏR
Azərbaycan Rusiyadan hansı silahları alıb? - TAM SİYAHI
Trampdan Paşinyana "müharibədən uzaq ol, əvəzində mükafatını al" mesajı
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Natiq Əhmədovun anım günüdür
Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi
Zakir Həsənov Bolqarıstanın müdafiə naziri ilə görüşüb
Qətərin nüfuzlu qəzetindən separatçı Qarabağ rejimlə bağlı sərt xəbərdarlıq-FOTO
İran və Ermənistan Araz çayı üzərində SES tikintisi ilə bağlı işçi qrupu yaradıb
KQB polkovniki: “Bizdə heç bir yazıçı agentlik eləməyib” - MÜSAHİBƏ
Prezident İlham Əliyev üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
Pakistan XİN: "Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə təhdiddir"
Abramoviç "Çelsi"ni rekord məbləğə satır
Azərbaycan Prezidenti Avropa İnvestisiya Bankının vitse-prezidentini qəbul edib
Azərbaycanda ən müasir standartlara cavab verən yeni "Vashag" snayperi istehsal olunub
Azərbaycan tarixini dəyişən 13 hadisə
Müdafiə Nazirliyi sərt bəyanat yayıb: Olacaqlara görə biz məsuliyyət daşımayacağıq
Niderlandlı jurnalist azərbaycanlı rəssamlardan yazdı - FOTO
Kəlbəcərin Nadirxanlı kəndində təlim keçən terrorçu dəstənin görüntüləri yayıldı - VİDEO
“Bəs uşaqlarımıza “Şaumyan” adı qoymağa kim məcbur edirdi?”
Azərbaycan tarixçilərinin "Qara bağı"
Qarabağda müharibə başlaya bilər — Gözlər Nyu-Yorkda
Tanınmış rusiyalı müxalifətçi Aleksey Navalnı yenidən saxlanılıb
Neftin qiymətinin 100 dollara çatacağı bildirilir
Sarı ovqat
Türkiyə Ordusu o ərazilərə də girir: Ərdoğan ABŞ-la dəhşətli müharibənin ANONSUNU VERDİ
Azərbaycan istehsalı olan "Tufan" zirehli maşını beynəlxalq sərgidə nümayiş etdiriləcək
FAO Azərbaycanda 4 mln. dollarlıq yeni layihələrin icrasına başlayır
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum oldu
Bu gün "Qurd Cəbrayıl"ın anım günüdür - FOTO
Fəxri Xiyabanda Cümhuriyyət izləri - FOTOLAR
Evli qadınların Facebook sevgiləri