Qarabag Media
Haqqımızda Əlaqə

İNSANLIQ MİSSİYASI


Tarix:31-10-2017, 14:04 Kateqoriya:Manşet / Yazarlar

İNSANLIQ MİSSİYASI “Ölümdən qorxmayın, diri ikən daxilinizdəki “insanlığın” ölməsindən qorxun!

Mən Səni tanıdım…
Amma tanıdığım o anı unutmaq və yaddaşımdan silmək istəyirəm.
Çünki sən mənə əzab verdin. İnsanlığın yaşaya bilməyəcəyi əzabı.

Özünü mənə ömürlük düşmən etdin. Əzablar içində qıvrılıram. Qıvrıldıqca canımdan can ayrılır. Həyata gəldiyimə nifrət edirəm. Axı insan bu qədərmi insana yamanlıq edər. İnsanın bu dünyada missiyası yamanlıqmı? İnsanlıq başqalarının üzünə dost görünüb, arxasından quyusunu qazmaqmı? Yoxsa insanların əldə etdiyi zəfəri qısqanıb onun daha çox müvəffəqiyyətə nail olmasını müxtəlif yollarla əngəlləməkmi? İnsanlıq hüzurun olduğu yerdə hüzursuzluq yaratmaqmı? Əlində heç bir sübut və səbəb olmadan başqasının üzərinə böhtan atmaqmı? İnsanlıq “düşənə bir də mən vurum” deməkmi? Yoxsa əlini uzatıb ona köməklik etməkmi?

İnsanlığımızı itirdiyimiz yerdə dostlarımızı, yaxınlarımızı, ya da bir sözlə həyatımızı itirmiş oluruq. Nə qədər bu həqiqətə razı olmasaq da, ətrafımızdakı insanlara zərər verdiyimizdə bütün dostlarımızı bir-bir itirdiyimizi görməməzlikdən gəlməyə çalışırıq. Bütün bu olanlar sadəcə qazanmaq hirsindən irəli gəlir. İnsanlara köməklik edərək onlara hüzur dolu bir həyat yaşamağa kömək etməklə ətrafımızdakı dostluq və yaxınlıq halqasını daha da genişləndirmək əvəzinə, bu yaxınlığı aradan götürüb hər şeyin tərsini eləmiş oluruq. Bəlkə də bununla özümüzə deyil, ətrafımızdakılara zərər vermiş oluruq. İndi isə dönün keçmişə baxın və düşünün… Nə vaxtsa etmiş olduğunuz “pislikləri” düzəltməyə çalışın. İnsanlığımızı, dostlarımızı və ən əsası da kənardan baxanların gözündə yüksəlişimizi bir anda itirməyək. İnsan olmaq o qədər asan iş deyil. İnsanlıq tamam başqa bir hissdir. Aramıza “insan” adı altında girən, əslində tək istədiyi sadəcə bizim qazandığımız qüruru tək bir hərəkətlə silib atmaq olan bu “məxluqları” dostlarımızdan və yaxınlarımızdan uzaq tutaq.

İnsanlıq səni digər varlıqlardan fərqləndirən dəyərdir. Hər bir varlıq digər varlıqlardan mahiyyətcə tam fərqlidir. Deməli, sən digərlərindən fərqlisən və səni fərqləndirən yeganə dəyər insanlığındır, yəni sənin düşüncə və təfəkküründür. Ona görə dəyər ki, belə bir şey səndən başqasına verilməmişdir, çünki başqa birinə verilsəydi, o da insan olardı. Bu dünya sizin üçün bir imtahandır. Kimi malı ilə, kimi canı ilə, kimi də övladı ilə imtahan olunar. Heç vaxt açılan əlləri boş qaytarmayın.

Mirzə Əlkbər Sabirin bu misralarını xatırlamamaq mümkün deyil:

“Niyə biz insanlara insanlığına görə deyil, varına, dövlətinə, vəzifəsinə görə qiymət veririk? Axı insanlıq pulnan ölçülmür, axı insanlıq vəzifə ilə də ölçülmür. İnsanlıq elə insanlıqnan ölçülür, insanlıq səmimiyyətlə ölçülür. İstər vəzifədə ol, istər fəhlə ol, istər dövlətli ol, istərsə də kasıb ol, əsas odur ki, İNSAN ol və insan olduğunu heç vaxt unutma”

Ey insan! Sənə ona görə “insan” deyə müraciət edirəm ki, sənin yeganə ayrılmaz, zati dəyərin insanlığındır. Sahib olduğun bütün digər şeylər, istisnasız heç də sənin deyil. Bu mənada ki, həqiqətin zatının nə tərkib hissəsidir, nə də onun ayrılmaz xassəsi. Doğulduğun kimi dünyanı tərk edəcəksən; əliboş gəlib, əliboş da gedəcəksən, bəlkə də yeganə dəyərin olan insanlığını belə, itirəcəksən…

İdeal insanlığı qazanmaq lazımdır, bunun üçün isə düşünmək, bilik qazanmaq gərəkir. Unutma ki, sən ilk növbədə insansan və bu insanlıq sabit və qalıcı deyildir.

Həyatda bəzi həqiqətlər sənin barəsində məlumatın olub-olmamağından asılı olmayaraq, qaçılmazdır. Gün gələcək, ömrünün son anlarını yaşayacaqsan. Bəlkə də həmin anlarda həyatın bir film kimi sürətlə gözünün önündən gəlib keçəcək. O zaman nə qazandığın və ya nə itirdiyin tam aydın olacaq. Yəqin ki, isnanlığını itirdiyindən dolayı çox peşiman olacaqsan. Yaxud, “niyə daha yaxşı insan olmadım”, deyə təəssüflənəcəksən.

Bəşər tarixinin ən müdrik filosoflarından olan çinli Konfutsi insanlıq və insan haqları haqqında dərin mənalı fikirlər söyləyib: İnsanilikdən məhrum insan səadətə də dözə bilməyəcək – quduracaq. Səadətini öz başına uçuracaq.

Bu gün insan kimi mənəvi aşınmamızın ən həssas nöqtələrindən biri də ağsaqqal, ağbirçəklərlə, valideynlərlə rəftarın, davranışın zəif olmasıdır, daha doğrusu, onlara qarşı laqeydliyimiz, biganəliyimizdir. Bəlkə elə bunun nəticəsidir ki, bu gün qocalar evi dolub-daşır, hələ bəlkə neçə-neçə bu cür evlər tikilsə yenə tələbatı ödəməyəcək, yəni ora müraciət edənlərin sayı qat-qat çox olacaq. Bax bu fakt insan olaraq mənəvi aşınmamızın ən aydın göstəricilərindəndir. Əgər bir övlad öz valideynini küçəyə atırsa, onun haqqında yaxşı nəsə söyləmək çətindir. Valideyni evdən qovmağa, istədiyimiz kimi rəftar etməyə heç birimizin haqqı yoxdur.

Xalq şairimiz Bəxtiyar Vahabzadə şerlərinin birində çox gözəl bildirmişdir:

Ulu Tanrı, köməyim ol,
Arzuma adaxla məni.
Məni insan yaratmısan,
İnsan kimi saxla məni.

Yüksək mədəniyyət, mənəviyyat, xeyirxahlıq, alicənablıq hər bir insana məxsusdur. İnsan ağlını inkişaf etdirib sağlam düşünmək qabiliyyətinə yüksələrsə, heç şübhəsiz ki, mənəvi kriteriyalarla yaşayıb həyatdan, təbiətdən və hər ikisinin gözəlliklərindən zövq alacaq. Doğrudan da ayrı-ayrı insanlar sağlam düşüncə nəticəsində mənəviyyatın yüksək və faydalı olduğunu dərk edərək xeyirxahlığı, alicənablığı həyat devizinə, həyat tərzinə çevirirlər. Əlbəttə, imkan daxilində. Heç kim başqasının xilası naminə ozünü oda atmaz və bu heç lazım da deyil. Çünki hamının ailəsi, məsuliyyəti və planları vardır. Lakin mənəviyyatlı, namuslu olmaq, imkan olarsa nəfsini və tamahını saxlamaq, başqalarından tələb etdiyinə özünün də əməl etməsi, addımbaşı çətin situasiyalarda belə, abir-həya gözləmək, varınsa, səxavət göstərmək, əlindən gəlirsə, xeyirxahlıq etmək – minlərlə insanın içindən seçilmək deməkdir.

“Mükəmməl insan ” və ya “kamil insan” məfhumu nəzərə alaraq digər insanlar üçün meyar və nümunə olmalıyıq. İnsan bütün bu kainatla müqaisədə bir zərrə qədər də görünən bir şey deyil. Amma ruhu və mənəviyyatı ilə o insan, kainatın ən dəyərlisidir.

Allah insanı elə ucaltmış, ona elə dəyər vermişdir ki, ona nə qədər yaxın olduğunu, vasitəsiz hər zaman Özünə yaxınlaşa biləcəyini, hər yerdə, hər an istədiyini bildirmə imkanı vermişdir. Buna görədə biz insanlar hər zaman dəyərimizi, mənəviyyatımızı uca tutmalıyıq.

Müstəqil araşdırmaçı
Rövşən Əvəzoğlu










SON XƏBƏRLƏR
Çağdaş Azərbaycan Türk fəlsəfəsinin başlıca problemləri
Əlimərdan bəy Topçubaşovun qayınanasına məktubu – Sizin qızınızı sevirəm…
Fizuli Məmmədov İtaliya mətbuatında Xocalı soyqırımından yazdı
"Yollar uzanan gün..." filminin təqdimatı oldu - FOTO
Qazaxıstan “Barıs” zirehli maşının qış sınaqlarına başlayıb
"Hamilə qadınların qarnına biz soxdular, içalatlarını çıxartdılar" — Xocalı şahidi
Fəxri adlara görə aylıq təqaüd artırıldı
Azərbaycanda "Youtube" kanalı bağlanmalıdır? – EKSPERTLƏRİN RƏYİ
"Xəcalət" dramı bu dəfə Ağdam səhnəsində — FOTO
Türk ordusu 3 kəndi azad etdi
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı
“Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb" — Rəşad Sadıqov
"Azərbaycanlı terminator": Biz pul üçün döyüşmürük
Atatürkün dəfnində iştirak edən sabiq nazir — Azərbaycan Cümhuriyyəti - 100
“Video Vəkillik Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirmişdir
“İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var”
Qarabağda erməni əsgər məhv edildi
İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq
Azərbaycan XİN Eduard Nalbandyana cavab verib
Azərbaycanın müdafiə naziri Belarusa gedib
Türkiyə Silahlı Qüvvələri: "Afrinə tərəf hərəkət edən bütün qüvvələr məhv ediləcək"
İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstək
3 Milli Qəhrəmanın doğum günüdür
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - V Yazı
Məcburi köçkünlərin vahid aylıq müavinəti artırılıb
Afrində daha bir kənd terrorçulardan təmizləndi
Neçə Milli Qəhrəman var?
“Yollar uzanan gün...” filminin təqdimat mərasimi keçiriləcək
Rəsmi Bakı Qarabağ məsələsində Fransanın mövqeyindən narahatdır
Birinci sinfə şagird qəbulu başlayır - Qaydalar açıqlandı