Qarabag Media
Haqqımızda Əlaqə

Futbol tanrısının hekayəsi - "Heç bir şeyə layiq olmadığımı düşünənlər ayağımı öpsünlər”


Tarix:31-10-2017, 13:34 Baxış Sayı:87 Kateqoriya:Manşet / Maraqlı

Futbol tanrısının hekayəsi - "Heç bir şeyə layiq olmadığımı düşünənlər ayağımı öpsünlər”

“Onun portağal və mandalinlə etdiklərinin yarısını mən futbol topu ilə edə bilmirəm” – deyirdi millidən komanda yoldaşı Buruçaqa. Platini isə eyni fikri fərqli ifadə etmişdi: “Mənim topla edə bilmədiklərimi o portağalla edirdi”. Portağal deməklərinə səbəb Maradonanın hələ kiçik yaşlarında televiziyada göstərdiyi şoular idi.

Dieqo Armando Maradona - illər keçdikcə adı unudulmaq əvəzinə daha çox xatırlanan, bir çox futbol mütəxəssilərinə və azarkeşlərinə görə dünyanın ən yaxşı futbolçusu...

FİFA-nın yüzüncü ilində keçirdiyi səsvermədə Maradonanın birinci seçilməsi təsadüfi deyildi. Həm Argentina ilə dünya kuboku, həm də dövrünün adi klublarından olan “Napoli”də qazandığı çempionluqlar onu digər futbolçulardan üstün edən əsas göstəricilər idi. Ən böyük fərqi isə bol gözyaşı, sensasiya, skandal və macəra dolu həyat hekayəsi idi...

Bu hekayə Buenos-Ayrosun kasıb bir küçəsində başlayır. 1960-cı ilin 30 oktyabrında Argentinada dünya futbolunu dəyişdirəcək uşaq dünyaya gəlir. Anası Tottanın iddialarına görə, qarnını davamlı təpikləməsindən bəlli idi sonradan futbolçu olacağı. Atası Çitaro fəhlə idi və evin ehtiyaclarını ödəməyə qazancı yetmirdi. Dieqoya ilk topunu 3 yaşı olanda əmisi Kirillo alır. Kanalizasiya quyusuna düşüb boğularkən onu xilas edən də əmisi idi. Bu Dieqonun yoxsulluqlar içində, sonralar meydandakı performansına da təsir edəcək mübarizəsi idi...

10 yaşında “Argentinos Junior” klubunun nümayəndələrinin diqqətini çəkir. Fasilələrdə boş dayanmır, həm tv-lərdə, həm stadionlarda şoular göstərirdi. Üzərindəki basqılar onu narsizmə itələyirdi. Ailəsi onun həyatlarını yoxsulluqdan xilas edəcəyini, ətrafındakılar ona dəstək olurmuş kimi davransalar da, onlar da əslində öz paylarını almağa çalışırdılar. Maradona isə hamısının istədiyini qarşılayacaq qədər böyük istedad idi. Çox çəlimsiz idi, elə bu səbəbdən daha sonra fəsadlarını görəcəyi “Palladino proqramı”na başlayır – iynə və dərmanlarla bədənin inkişafı. 18 yaşında davamlı olaraq millidə forma geyinirdi. Argentina ilə Dünya gənclər çempionluğu qazanan Maradona artıq Argentinanın ulduzuna çevrilmişdi. Artıq ailəsinə baxan da o idi, ailəsi tərəfindən ərköyünləşdirilən də. Medianın da böyük diqqəti üzərində idi.

DÇ-1978-də oyunçu sayı 22-yə endirilir. Bu isə Mardonanın heyətdən kənarda qalması ilə nəticələnir. Menotti bunu “həm yaşı, həm də psixoloji durumu məğlubiyyəti qaldırmağa yetərli deyil” deyərək izah etmişdi. Bu sözləri deyən gün, Maradona öz otağının qapısını bağlayıb hönkür-hönkür ağlamaqla məşqçinin haqsız olmadığını göstərmişdi. Sonra verdiyi açıqlamada ən böyük üzüntüsünün Dünya çempionatında iştirak etməmək olduğunu bildirdi Maradana və Menottiyə “Demək ki, Menotti səhv etməyib. Dünya Kuboku qazanan məşqçi səhv edə bilməz” deyərək haqq qazandırırdı.

Argentiona futbolunun əfsanəsi milli komanda ilə meydana çıxdığı 91 oyunda 34 dəfə fərqlənib. DÇ-1986-da Argentinanın çempionluğunda kapitanın – Maradonanın böyük rolu olur. 1982, 1986, 1990 və 1994-cü illər dünya çempionatlarında iştirak edən Dieqo son mundialda Yunanıstanla oyundan sonra götürülən dopinq testdən sonra yarışdan kənarlaşdırılır.

Karyerasında ən yadda qalan məqamlardan biri, DÇ-1986-nın finalında Argentina – İngiltərə matçında yaşanır. İllər sonra bir televiziya proqramında o qolu əllə atdığını etiraf edən Maradona epizodu belə dəyərləndirmişdi: “Maradonanın başı və Allahın əli ilə gələn kiçik bir qol”...

Məşhur “Tanrının əli” qolundan 4 dəqiqə sonra isə dünya çempionatlarının ən gözəl qoluna imza atır. Topu meydanın özlərinə aid hissəsində qəbul edir, 6 ingilis futbolçunu topa 11 dəfə toxunmaqla keçir və qol vurur...

1990-cı il Dünya çempionatı Maradona sevgisi ilə bir daha heç vaxt rastlanmayacaq hadisəyə şahid oldu. Kubokun Napolidə keçirilən yarımfinalında İtaliya ilə Argentina qarşılaşırdı. Oyunöncəsi Dieqonun azarkeşlərə olan müraciətində bu sözlər yer alırdı: “Həyatınızın 364 günü İtaliyanı və milli komandanızı dəstəkləyə bilərsiniz. Ancaq gəlin bir günlüyünə mənim dediyimi edin. Sabah, məni və Argentinanı dəstəkləyin”. Bu sözlər səhəri gün baş tutan oyunda stadionun yarısından çoxunun Argentinanı dəstəkləməsi ilə nəticələnmişdi. Maradona sevgisi milli sevgisindən üstün tutulmuşdu.

165 oyunda 115 qola imza atan Maradona, sonralar əfsanəsinə çevrildiyi “Boca Juniors”a transfer olunur. Ardıcıl çempionluqlar yaşayan argentinalı dövrün ən bahalı futbolçusu kimi 7,4 milyon dollara İspaniya nəhəngi “Barcelona”ya transfer olunur. Dieqonun “Barcelona” karyerası zədələr və rəhbərliklə arasındakı problemlərlə əlamətdar olur. Ardınca növbəti rekord transfer məbləği ilə “Napoli”yə keçən Maradona karyerasının zirvəsinə bu klubla yüksəlir. Onun şəhərə gəlişi karnavalla qarşılanır. Maradona 10 nömrə ilə çıxış etdiyi italiyan klubu ilə 2 dəfə A seriyası, UEFA çempionluğu yaşayır. Maradonadan sonra onun geyindiyi “10 nömrə” əbədiləşdirildi.

DÇ-1990-dan sonra Maradonanın karyerasında eniş başladı. Kokain, davamlı atdığı həblər və sürətli arıqlaması üçün yanlış müalicələr başına bəla oldu. “Napoli” yeddinci olunca, Dieqo da gözdən düşürdü. “Stresliyəm” deyərək məşqlərə çıxmırdı. Mafiya üzvü dostları da artıq ondan üz çevirmişdilər. Üstəlik evlilikdən kənar bir oğlu olmuşdu və onu qəbul etmirdi. Maradona hər şeyin pis getdiyi vaxt verdiyi açıqlamada iddialı ifadələr işlətmişdi: “Həyatım boyunca çox çalışdım. Heç bir şeyə layiq olmadığımı düşünənlər ayağımı öpsünlər”.

Dopinq testdə kokain istifadə etdiyi ortaya çıxanda 15 aylıq cəza alır. Cəzası bitəndən sonra ona haqsızlıq edildiyini düşünərək “Sevilla” ilə anlaşdı . 25 oyuna 5 qolla mövsümü tamamladı. Mövsüm boyunca gözləniləni vermədi və “Newell”ə keçdi. Tək xilas yolu 94-cü il Dünya kuboku idi ki, onda da yenə kokain mane oldu. 1 il futboldan uzaq qalır və yenə ona qucaq açan “Boca” olur. İkinci dövründə 11 oyunda meydana çıxır və 2 hadisə ilə yadda qalır. Bir komandaya gəlişi coşqu ilə qarşılanır, bir də qol vurduqdan sonra komanda yoldaşını dodağından öpməsi skandal olur. Son 2 mövsümdə 6 dəfə meydana çıxdıqdan sonra Dieqo karyerasını bitirir.

Sol qolunda Fidel Kastronun, sağ qolunda isa Çenin döyməsi olan Maradona fırtınalı həyat keçirdi. Ancaq nə edərsə etsin, hansı səhvlərə düşərsə düşsün, istər ikiüzlü olsun, istər səmimi, dəqiq olan bir şey var, onun dünyanın ən yaxşı 5 futbolçusundan biri olduğu...

Argentinada əfsanə olan Maradonanın nə qədər sevildiyini, nə qədər dəyərli olduğunu “Boca Juniors” stadionunun girişindəki sözlər də ifadə edir: “Boca es mi religion, Maradona es mi dios, La Bombonera es mi iglesia” yəni “Boca” dinim, Maradona Tanrım, La Bombonera məbədimdir”...

Fanatlarının onun haqqında işlətdiyi ən məşhur ifadə isə belə idi. "Pélé puede ser el rey pero El Diego es Dios!" - "Pele kral ola bilər, ancaq Maradona Tanrıdır".

Zeynəb Əliyeva




loading...




SON XƏBƏRLƏR
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi - (III YAZI)
"Hoçaz çayının səsi indi də qulağımdadır" - Ərşad Hüseynov
Bir gecədə məşhurlaşan müğənnidən daha bir maraqlı mahnı: "Qaytar qoyunları..." - VİDEO
Araz Türk Cümhuriyyəti hansı zərurətdən yarandı?
"Beşikdaş"ı qardaş klub seçib, onun izi ilə gedəcəyik" - QURBAN QURBANOV
AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib
“Hərbi xidmətdə olmamışam” – Əli Həsənovun nəvəsinin məhkəməsi
İranlı xanəndə Azərbaycan türklərini təhqir etdi - VİDEO
Xəyal Əhmədov: "Yarışlarda Azərbaycanın bayrağını ucaltdığım üçün qürur duyuram"
MTN GENERALI MƏHKƏMƏDƏ ELDAR MAHMUDOVUN ŞOK CİNAYƏTİNİ AÇIQLADI
Nazir: “Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?”
Qarabağ əlili nazir müavini təyin edilsin! - Deputatdan təklif
Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın etirazına cavab verib
Yağış və qar yağacaq, bəzi yollar buz bağlayacaq -XƏBƏRDARLIQ
Jurnalist Natiq Qədimov dəfn olunub - FOTO
Gələn il orta aylıq əməkhaqqı 4 faizədək artacaq - NAZİR MÜAVİNİ
Prezident NATO-da Qarabağ problemini qaldırdı
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anım günüdür
"Qarabağ"ın əziyyətinə heyfim gəldi" - Elmar Məmmədyarov
RUSİYA, İRAN VƏ TÜRKİYƏ LİDERLƏRİ SURİYA İLƏ BAĞLI BƏYANAT QƏBUL ETDİLƏR
"Qırmızı vərəqə çox vaxt hansısa oyunçunu sındıranda verilir" - Qurban Qurbanov
Şenol Günəş “Qarabağ”ın oyununa gəlib
Azərbaycanda neçə min erməni yaşayır? - RƏSMİ RƏQƏM
İşləməyən köçkünlərin pulu niyə kəsilib? - Rəsmi açıqlama
Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib
Ərdoğan: "Qarabağ münaqişəsini yalnız Rusiya həll edə bilər"
İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşəcək
Fransalı mer Alfortvile və işğal altında olan Laçın şəhəri arasında qardaşlaşmanı pisləyib
Böyük turançı: İsmayıl Ənvər Paşa — Bu gün onun doğum günüdür
Niderlandda Qarabağa səfərlər təşkil edən Booking.com saytına qarşı kampaniya başlayır