Qarabag Media
Haqqımızda Əlaqə

Fədayədən “Laçın” adını çoxdan geri almalıydıq...


Tarix:31-10-2017, 11:53 Baxış Sayı:1802 Kateqoriya:Manşet / Yazarlar

Fədayədən “Laçın” adını çoxdan geri almalıydıq...Amma şou-biznesin digər yarımçılpaq nümayəndələri də cinayətkar aləmdən, insan alverindən uzaq deyil...

Belə getsə, bir də ayılacağıq ki, bir azərbaycanlı, qarabağlı, laçınlı kişi başqa bir kişi ilə evlənir və bizlər də buna əl çalırıq...

...Hələ çox şeylər görüb-eşidəcəyik. Çox iyrəncliklərin şahidi olacağıq. Nə qədər ki, müsəlmanlığımızı, türklüyümüzü, azərbaycanlılığımızı unudub Qərbdən, Amerikadan axışan, Soros kimi dələduz milyarderlərin “Açıx(!) cəmiyyət”lərinin daşıdığı dəyərsizlikləri “müasirlik” kimi qəbul edib, el dilində desək, özümüzü açıb çöldə qoyuruq, çox peşmanlıqlar çəkəcəyik. Sosializm, kommunizm qadınlarımızın örtüklərini açdırdısa, amerikanizm abır-həyamızın, namus-qeyrətimizin tamam kökünü kəsməyə çalışır...

...Təxminən 1997-ci ilin payızı idi... Rəhmətlik gözəl müğənnimiz Məhəbbət Kazımovla “Həkəri” restoranında süfrə başında söhbətləşir, xəyalən Laçının dağlarında, yaylaqlarında gəzişirdik... Qapı açıldı və içəri iki gənc qadın daxil oldu. Onlardan biri masaya yaxınlaşanda Məhəbbət o şaqraq səsi ilə ucadan təqdim etdi: “Tanış ol, Sultan bəy, Fədayə Laçın! Gənc müğənnimiz!..” Səhv etmirəmsə, rəhmətlik dedi ki, Fədayənin təxəllüsünü özüm qoymuşam... Birinci dəfə idi ki, Fədayə adlı müğənni olduğunu eşidirdim. Və həm də ilk dəfə idi ki, özümdən savayı “Laçın” təxəllüsü daşıyan adam, laçınlı görürdüm. Düzdü, rəhmətlik əbədiyaşar, ustad şairimiz Ağa Laçınlı bu dilbər yurdumuzun adını on illərdi ki, daşıyırdı. Allah rəhmət eləsin! Amma təvazökarlıqdan uzaq olsa da, müstəqillik dönəmində, 1992-ci ildən bəri respublika mətbuatında birinci olaraq şəkilçisiz, sırf “Laçın” imzasıyla tanınan bəndəniz olmuşdu. Demirəm ki, Laçın üçün, Qarabağ üçün dağı dağ üstə qoymuşam. Hər halda qürurla daşıdığım bu ada daim ləkə gətirməməyə çalışmış və ən azı, artıq 26-cı ildir ki, işğal altında qalan bir bölgənin həm özümün, həm də digərlərinin yaddaşından silinməməsinə, az da olsa, xidmət göstərmişəm...

Fədayə də ilk vaxtlar Laçın adını nisbətən ləyaqətlə daşıyırdı. “Laçınım, laçınım” haray çəkən Məhəbbət Kazımovun yanında bizimlə bərabər çörək kəsərkən gördüyüm vaxtlar abırlı geyimli-gecimli, sadə bir dağlar qızı təsiri bağışlayırdı. Yanıqlı səsi də insanı cəlb edir, kövrək duyğulara kökləyib torpaqlarımızı, Laçınımızı andırırdı. Amma təəssüf ki, sonradan Fədayə də tədricən “açıx cəmiyyət” dalğalarının qurbanına döndü, geyimini-gecimini, davranışını itirdi. Bundan sonra onun səsi də, ifaçılığı da tamam gözümdən düşdü...

Bu idimi sənin Laçın, Məhəbbət sevgin, Fədayə?! Bu idimi Məhəbbətin dəfnində tökdüyün göz yaşları?! İndi, tələb edirik, “Laçın” adını üstündən götür. “Fədayə Qoca” ol, nə olursan ol...
Kim nə deyir-desin, bu qənaətdəyəm ki, Azərbaycanda yaşaya-yaşaya müsəlmanlığını, milliliyini itirmiş hər hansı yazıçı, şair, sənətkar, artist, aktyor, jurnalist, müəllim və s. dünya səviyyəsində məşhurlaşsa, Nobel mükafatçısı olsa, belə, onun Azərbaycan xalqına heç bir faydası olmaz. Handa ki, qala bu, qız, qadın ola... Çünki belələri dəyərlərimizi, milli namus-qeyrətimizi tapdalayır və bununla digərlərinə də, gələcək nəsillərə də nümunə olur...

Mənə çatmır ki, ölkəsinin hər bir qız-gəlinini, qadınını, anasını öz qeyrəti saymalı, yeri gələndə doğma, yad olmasına rəğmən onlara sayğı ilə yanaşmalı, təhlükələrdən qorumalı olan bir Azərbaycan kişisi bütün lüt əndamını cahana nümayiş etdirən Aygün Kazımova, Brilyant Dadaşova, Röya, Rəqsanə və s. kimilərlə necə fəxr edə bilər? Eyni ilə Türkiyə kişisi Hadisə kimi bütün var-yoxunu çöldə qoyan qadınla necə qürur duya bilər? Eyni ilə laçınlının Fədayə, ağdamlının Röya kimisi ilə qürrələnməsinə məəttəl qalıram... Bunu ancaq öz qadınını da başqalarıyla paylaşmağa hazır olan Avropa təfəkkürlü kişiciklər edə bilər...

Bu baxımdan, Fədayə kimilərin Laçın tək bir yurdun adını daşıması da və buna bizlərin susması da anormal olub. Düzü, onun bu təxəllüsü üzərindən götürməsi təşəbbüsü ilə çoxdan çıxış etmək istəyirdim. Amma bilirdim ki, əksər liberal düşüncəlilər əleyhimə çıxacaq ki, əşşi, geyimin nə dəxli var, müğənnidi də, gözəl səsi var, oxuyur- biz də feyziyab oluruq... Tacir Şahmalıoğlu ilə söz-söhbətindən sonra yenə bu haqda yazmaq istədim, nədənsə yenə dayandım...

Deyir, sən saydığını say, gör, fələk nə sayır... Artıq hər şey göz qabağındadır... Bu dəfə Fədayənin adı daha da “avtoritet” qazandı. Bəlkə hansısa dar təfəkkürlülər yenə deyəcək ki, fəxrimizdi, “vor”larla oturub-durur, “vor”ların qaçmasına yardım edib? Düzdü, son olayda xeyli “ədalətsizlik” də var. Çünki külli-məmləkətə əyandır ki, şou-biznesin digər məşhur yarımçılpaq qadın nümayəndələri heç də cinayətkar aləmdən, insan, narkotik alverindən və s. uzaq deyirlər. Dillər əzbəri “qara kəmər” əməliyyatından, sonra da “MTN” qalmaqalından üzü bəri neçə xanım manısın adı dövləti vəzifələr sahibi olmuş cinayətkarlarla hallandı. Amma görünür, onların arxasında daha böyük “vor”lar dururmuş deyə həbs olunmadılar...

Amma bu yenə də bir ibrət olmalıdır nalayiq həyat tərzləri, geyim və davranışlarıyla bölgəni, Azərbaycanı təmsil etməyə çalışan digər bu kimi “ulduz”lara...

Kimsə deyə bilər ki, yıxılana balta çalmaq da doğru deyil... Amma naqisliklərə göz yuma-yuma nalayiqləri, şərəfsizləri başımıza çıxarmaq heç doğru deyil... Və hətta son cinayət işində günahı olmadığı sübut olunsa belə, bizlər, xüsusən Laçın camaatı gərək çoxdan Fədayəyə etiraz edəydik ki, sən Laçın adını daşımağa layiq deyilsən... Nə yazıqlar ki, bütün ölkədəki kimi bölgələrdə də ağsaqqallıq, ağbirçəklik institutları dağılıb. Babalar, nənələr nəvə-nəticələrini yanlarına alıb erotik, biədəb seriallara, şoulara tamaşa edir, toylarda işıqları söndürüb rəqs edirlər. Az 60-70 yaşlı kişi görmüşəm ki, Röya, Fədayə kimisini görəndə əsəbləşə, televizoru söndürə... Artıq Qarabağın, Laçının qeyrətli ağsaqqalları da azlıqda qalıb...

25 il az vaxt deyil... Qarabağımızla, Laçınımız, Şuşamız, Kəlbəcərimizlə bərabər milli, dini dəyərlərimiz də işğal edilməkdədir. Qeyrətimizi həddindən artıq liberallaşdırmışıq, soydaşlar, dindaşlar! Üstəgəl “mənə nə, sənə nə”, “nəyimə lazım” prinsipsizlikləri...

Demək olar ki, hamı çay aşağı gedir, çay yuxarı üzən çox azdı... Amma gec olsa da, ayılmaq, torpaqlarımızdan öncə dəyərlərimizə yiyələnmək, övladlarımızı, nəvələrimizi baş alıb gedən bu abırsızlıqdan, həyasızlıqdan qorumaq vaxtıdır... Çay yuxarı, Həkəri, Tərtər yuxarı, zirvələrə- Mirova, Dəlidağa, Qırxqıza, Kirsə sarı üzmək zamanıdır, kişilər!..

Belə çağırışlara da hay verməsəniz, vaxt gələcək, küçə qızlarının bölgəmizin, ölkəmizin adını daşıması da şükürlü olacaq... Vallah, belə getsə, bir də eşidəcəyik ki, filan azərbaycanlı, qarabağlı, laçınlı, şuşalı kişi başqa bir kişi ilə “ailə” qurur – biz də buna əl çalırıq... Onda artıq gec olacaq...

Allah qeyrətlidir və qeyrətliləri sevir. Qoy Yaradan özü bizi düşmənlərimizdən öncə qeyrətsizlərdən və qeyrətsizləşməkdən qorusun!..
/Moderator.az/

Sultan Laçın




loading...




SON XƏBƏRLƏR
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi - (III YAZI)
"Hoçaz çayının səsi indi də qulağımdadır" - Ərşad Hüseynov
Bir gecədə məşhurlaşan müğənnidən daha bir maraqlı mahnı: "Qaytar qoyunları..." - VİDEO
Araz Türk Cümhuriyyəti hansı zərurətdən yarandı?
"Beşikdaş"ı qardaş klub seçib, onun izi ilə gedəcəyik" - QURBAN QURBANOV
AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib
“Hərbi xidmətdə olmamışam” – Əli Həsənovun nəvəsinin məhkəməsi
İranlı xanəndə Azərbaycan türklərini təhqir etdi - VİDEO
Xəyal Əhmədov: "Yarışlarda Azərbaycanın bayrağını ucaltdığım üçün qürur duyuram"
MTN GENERALI MƏHKƏMƏDƏ ELDAR MAHMUDOVUN ŞOK CİNAYƏTİNİ AÇIQLADI
Nazir: “Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?”
Qarabağ əlili nazir müavini təyin edilsin! - Deputatdan təklif
Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın etirazına cavab verib
Yağış və qar yağacaq, bəzi yollar buz bağlayacaq -XƏBƏRDARLIQ
Jurnalist Natiq Qədimov dəfn olunub - FOTO
Gələn il orta aylıq əməkhaqqı 4 faizədək artacaq - NAZİR MÜAVİNİ
Prezident NATO-da Qarabağ problemini qaldırdı
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anım günüdür
"Qarabağ"ın əziyyətinə heyfim gəldi" - Elmar Məmmədyarov
RUSİYA, İRAN VƏ TÜRKİYƏ LİDERLƏRİ SURİYA İLƏ BAĞLI BƏYANAT QƏBUL ETDİLƏR
"Qırmızı vərəqə çox vaxt hansısa oyunçunu sındıranda verilir" - Qurban Qurbanov
Şenol Günəş “Qarabağ”ın oyununa gəlib
Azərbaycanda neçə min erməni yaşayır? - RƏSMİ RƏQƏM
İşləməyən köçkünlərin pulu niyə kəsilib? - Rəsmi açıqlama
Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib
Ərdoğan: "Qarabağ münaqişəsini yalnız Rusiya həll edə bilər"
İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşəcək
Fransalı mer Alfortvile və işğal altında olan Laçın şəhəri arasında qardaşlaşmanı pisləyib
Böyük turançı: İsmayıl Ənvər Paşa — Bu gün onun doğum günüdür
Niderlandda Qarabağa səfərlər təşkil edən Booking.com saytına qarşı kampaniya başlayır