Qarabag Media
Haqqımızda Əlaqə

Bu görüntülər izlənmə rekordu qırdı: Görüntünün qəhrəmanı danışdı - VİDEO


Tarix:28-10-2017, 22:32 Kateqoriya:Manşet / Maraqlı

Bu görüntülər izlənmə rekordu qırdı: Görüntünün qəhrəmanı danışdı - VİDEO

Bir neçə gün əvvəl doğuma hazırlaşdırdığı pasiyenti ilə rəqs edən həkimin görüntüləri sosial mediada böyük maraqla qarşılanmışdı. Bu hadisəni bizim üçün daha da maraqlı edən isə həmin həkimin azərbaycanlı olması idi. Söhbət Ruslan Xanbutayevdən gedir.

Rusiyadakı əməkdaşımız Şəhriyar İmanbəyli onunla görüşüb və hər kəsin marağına səbəb olan həmin görüntülər ətrafında söhbət edib.

Doğuşa hazırlıq palatasını diskotekaya çevirdi və sanki klubdaymış kimi pasienti ilə rəqs etdi.

Bu görüntülər sosial mediada izlənmə rekordu qırdı.

Moskvada doğum evlərindən birində lentə alınan bu görüntünün həkim qəhrəmanı azərbaycanlı ginekoloq Ruslan Xanbutayevdir. 68 saylı doğum evində çalışan həkim "Xəzər Xəbər"ə bu hadisənin pərdəarxasını danışıb...

Əslində Ruslan Xanbutayevin məqsədi belə bir video ilə sosial media istifadəçilərinin diqqətini çəkmək olmayıb. Hətta belə bir video-çəkilişlə bağlı fikir elə pasiyentin özünden gəlib. Doğuş sancısı çəkən Mariya Malışevaya öz ağrılarını azaltmaq üçün palatada belə bir diskoteka effekti oyatmaq istəyib.

Onlar video çarxı öz daxili auditoriyaları üçün hazırlamağı planlaşdırıblarmış. Amma nəticə gözlədiklərindən fərqli olub.

Ruslan Xanbutayev belə bir halın ilk dəfə baş vermədiyini deyib. Onun sözlərinə görə, dünyada ilk dəfə doğuş ərəfəsində həkim və pasiyentin rəqs etməsi Fransada olub.

Onu da deyək ki, Ruslan Xanbutayev əvvəllər Bakıda Milli Onkologiya Mərkəzində çalışıb.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı — FOTO
İŞİD Suriyada əsas istinadgahını itirib
Milli qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür
XİN-dən azərbaycanlı əsirlərə işgəncə verən erməni generalın həbsinə MÜNASİBƏT
AHİLİK– ƏXİLİY NƏDİR?! — Unudulmuş bir Türk gələnəyinin bilinməyənləri...
Türkiyə Antarktikada elmi baza yaradacaq
Bu gün tibb işçilərinin peşə bayramı günüdür
Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərləndi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MIRZƏ ŞƏFİ VAZEH
Əfqanıstanda partlayış nəticəsində 35 nəfər ölüb, 65 yaralanıb
"Bizim ailədə 5 nəfər SSRİ maarif əlaçısı olub" — Şəbnəm Uğurlu
DÇ-2018: Bugünkü oyunlar – CƏDVƏL
Mübariz Mənsimov Eynulla Fətullayevə cavab verdi: “Siz nə yazsanız da, nə etsəniz də, hansı dona girsəniz də…”
Putin Paşinyanı İlham Əliyevlə tanış edib
Azərbaycanın ən görkəmli yerlərində Nadir şahın xatirəsinə abidə ucaldılmalıdı
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür
Ərdoğan: “ Kürd qardaşlarımızın bu oyunu pozacaqlarına inanıram”
Topçubaşovla ABŞ prezidentinin görüşünü kim təşkil etmişdi? - FOTO
Dörd ayda olan nikah və boşanmaların sayı açıqlanıb
Cocuq Mərcanlıda məcburi köçkün uşaqlar üçün tədbir təşkil edilib
“Son zəng” günündə şagirdlər arasında qanlı dava
İsmayıllıda şəhid Mikayıl Vahabzadənin anım mərasimi keçirilib - FOTO
Qurtuluş - zəfərin yüksəlişi
Azərbaycan əhalisinin sayı açıqlanıb
AMB sədri 200 manatlıq əskinaslara çəkilən xərcdən danışdı
26 il öncə baş vermiş yay hücumunun detalları — Əməliyyatın iştirakçısı şərh edir
Atatürk türkün nələri bilməsini vacib hesab edirdi?.. - ARAŞDIRMA
Bu gün son zəngdir
ABŞ Koalisiyasının Suriyada aviazərbələri nəticəsində dinc sakinlər həlak olub