Qarabag Media
Haqqımızda Əlaqə

Dünyada aclıq və evsizlik


Tarix:28-10-2017, 00:29 Baxış Sayı:126 Kateqoriya:Manşet / Yazarlar

Dünyada aclıq və evsizlikİstər evsizlik, istər aclıq problemi dünyadakı imkanların məhdudluğu ucbatından deyil, insanların sevgisizliyi, şəfqətsizliyi, mərhəmət hissinin azlığından yaranır.

Sərin, yağışlı və qarlı havaları çoxumuz sevirik, üstəlik də yay çox qızmar və yandırıcı keçibsə. Yağışın və qarın bizə, bitkilərə, havanın təmizlənməsinə çox faydaları olduğu kimi, soyuq havaların başlaması ilə bir çox problemlər də özünü göstərməyə başlayır. Mənim kimi bir çoxumuzu evi olmayan, küçədə yaşamağa məcbur olan insanların vəziyyəti natahat edir. Biz isti evlərimizdə oturub, isti çayımızı içib, yeməyimizi yeyərkən insanların çoxu aclıqdan, soyuqdan əziyyət çəkir. Dünyanın əhalisi 8 milyarda yaxındır. İl ərzində istehsal olunan qida 4,5 milyard tondur, bu isə o deməkdir ki, bu qida ilə hər il 10 milyard insan qidalana bilər.

Son otuz ildə adambaşına istehsal olunan ərzaq miqdarı isə 20% artıb. Bəs nəyə görə dünya əhalisinin 12%-i aclıq həddindən də aşağı yaşayır? BMT-nin Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən dünyada 800 milyon insan ac yaşadığı halda 1.5 milyard insan ifrat şişmanlıqdan əziyyət çəkir. Aclığın və yoxsulluğun ilk səbəbi sərvətlərin ədalətli bölüşdürülməməsidir. OXFAM təşkilatının 2014-cü ildə nəşr olunan hesabatında dünyanın bütün sərvəti 250 trilyon dollar olaraq verilib. Bu məbləğin yarısına, yəni 125 trilyonuna dünya əhalisinin yalnız 1%-i sahibdir. Yerdə qalan 125 trilyon isə əhalinin 99%-i arasında bölüşdürülüb.

FORBES jurnalının siyahısındakı 1200 milyarderin ümumi sərvəti 4,5 trilyon ABŞ dollardır. Siyahının əvvəlində yer alan 62 nəfərin sahib olduğu sərvət isə dünyadakı 3,5 milyard insanın qazancına bərabərdir. Aclığın ikinci səbəbi isə israfdır. Hər il ümumi ərzaq istehsalının üçdə biri zibilliyə atılır. Bu israfın 70%-i inkişaf etmiş ölkələrin payına düşür. ABŞ-da hər il istehsal edilən qidaların 40%-i, Avropada isə 100 milyon ton yemək istehlak edilmir, Afrikada bu rəqəm 9 kq-dır. ABŞ təkbaşına hər gün 141 trilyon kalori dəyərindəki ərzağı zibiliyə atır. Bu qidanın illik dəyəri 155 milyard dollara bərabərdir, yəni Afrika qitəsinin illik idxalının 4 misli qədər yemək təkcə Amerika xalqı tərəfindən israf edilir.

Aclıqla yanaşı evsizlik də günümüzün ən böyük probləmlərindən biridir. Gündəmdə evsizlikdən əziyyət çəkən insanlarla bağlı xəbərlərə çox yer verilmir. Halbuki dünyada 100 milyondan çox insan evsiz, 1,6 milyard insan isə ağır şərtlərlə sığınacaqlarda yaşayır. Dünyanın ən çox evsizlər olan ölkərinin siyahısında həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr var. ABŞ (Los- Anceles, Nyu-York), Rusiya, Hindistan, Macarıstan, Meksikada 10 minlərlə insan evsizlik problemi yaşayır. Nyu-Yorkda 60 min insan evsizdir və bunların 22 mini uşaqlardır. Digər tərəfdə isə 18 milyon boş ev banklarda istifadə edilmədən saxlanır.

Cəmiyyətdə evsizlərə mərhəmətli olanlarla yanaşı, onları təhqir edən, incidənlər də çoxdur. Narkotik maddələrə aludəçilik, anti-gigiyena şəraitindən və soyuqdan yaranan xəstəliklər də evsizlərin qarşılaşdığı digər çətinliklərdir. Heç kim evsiz olmaq, ətrafdakıların özünə sevgisiz, qəddar münasibətini görmək istəməz. Buna görə də evsizlərə daha şəfqətli davranılmalı, onlara cəmiyyətə faydalı insanlar kimi yanaşılmalıdır. İstər evsizlik, istər aclıq problemi dünyadakı imkanların məhdudluğu ucbatından deyil, insanların sevgisizliyi, şəfqətsizliyi, mərhəmət hissinin azlığından yaranır. Biz ətrafımıza qarşı daha qaygıkeş olmağı seçməliyik, yardıma möhtac insanlardan öz köməyimizi əsirgəməməliyik. İnsanların vicdanına səslənməli, paylaşmanın, yardımlaşmanın, bölüşmənin gözəlliyini anlatmalıyıq.

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. (Bəqərə surəsi, 261)

Aysel Vəlizadə




loading...




SON XƏBƏRLƏR
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi - (III YAZI)
"Hoçaz çayının səsi indi də qulağımdadır" - Ərşad Hüseynov
Bir gecədə məşhurlaşan müğənnidən daha bir maraqlı mahnı: "Qaytar qoyunları..." - VİDEO
Araz Türk Cümhuriyyəti hansı zərurətdən yarandı?
"Beşikdaş"ı qardaş klub seçib, onun izi ilə gedəcəyik" - QURBAN QURBANOV
AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib
“Hərbi xidmətdə olmamışam” – Əli Həsənovun nəvəsinin məhkəməsi
İranlı xanəndə Azərbaycan türklərini təhqir etdi - VİDEO
Xəyal Əhmədov: "Yarışlarda Azərbaycanın bayrağını ucaltdığım üçün qürur duyuram"
MTN GENERALI MƏHKƏMƏDƏ ELDAR MAHMUDOVUN ŞOK CİNAYƏTİNİ AÇIQLADI
Nazir: “Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?”
Qarabağ əlili nazir müavini təyin edilsin! - Deputatdan təklif
Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın etirazına cavab verib
Yağış və qar yağacaq, bəzi yollar buz bağlayacaq -XƏBƏRDARLIQ
Jurnalist Natiq Qədimov dəfn olunub - FOTO
Gələn il orta aylıq əməkhaqqı 4 faizədək artacaq - NAZİR MÜAVİNİ
Prezident NATO-da Qarabağ problemini qaldırdı
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anım günüdür
"Qarabağ"ın əziyyətinə heyfim gəldi" - Elmar Məmmədyarov
RUSİYA, İRAN VƏ TÜRKİYƏ LİDERLƏRİ SURİYA İLƏ BAĞLI BƏYANAT QƏBUL ETDİLƏR
"Qırmızı vərəqə çox vaxt hansısa oyunçunu sındıranda verilir" - Qurban Qurbanov
Şenol Günəş “Qarabağ”ın oyununa gəlib
Azərbaycanda neçə min erməni yaşayır? - RƏSMİ RƏQƏM
İşləməyən köçkünlərin pulu niyə kəsilib? - Rəsmi açıqlama
Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib
Ərdoğan: "Qarabağ münaqişəsini yalnız Rusiya həll edə bilər"
İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşəcək
Fransalı mer Alfortvile və işğal altında olan Laçın şəhəri arasında qardaşlaşmanı pisləyib
Böyük turançı: İsmayıl Ənvər Paşa — Bu gün onun doğum günüdür
Niderlandda Qarabağa səfərlər təşkil edən Booking.com saytına qarşı kampaniya başlayır