Qarabag Media
Haqqımızda Əlaqə

Tağıyevin yeganə oğlunun faciəvi ölümü - Gizli tarix - Gizli tarix


Tarix:28-10-2017, 00:13 Kateqoriya:Manşet / Araşdırma

Tağıyevin yeganə oğlunun faciəvi ölümü - Gizli tarix

Hacı Zeynalabdin Tağıyev XX əsrin əvvəllərində bütün müsəlmanların ağsaqqalı sayılan şəxs idi. Onun maddi sərvəti kimi, mənəvi sərvəti də çox zəngin idi və bu, Hacını hər yerdə sevdirmişdi.

Hacının böyüklüyünü göstərən bir fakt da yeganə oğlunu “bərkə-boşa” göndərərək, onu heç bir varidata arxayınlaşmasına yol verməmək idi. Cəmi 18 yaşı olan oğlu Məhəmmədi evləndirmir. İstəsəydi, o zaman dünyanın ən dəbdəbəli toyunu edə bilərdi. Amma bunu etmir. İstəyir ki, oğlu həyatın çətinliklərini öyrənsin. Yeganə oğlu da atasının sözündən çıxmır. Anası nə qədər etiraz etsə də o zaman yeganə hərbi birlik olan Lənkərandakı “Vəhşi diviziya”ya yazılır. Bununla da, ömrünün faciəsini hazırlayır.

Moderator.az araşdırmaçı Manaf Süleymanov və milyonçunun qızı Sara xanımın xatirələrindən yola çıxaraq milyonçu Tağıyevin yeganə oğlunun faciəvi ölümündən bəhs edən kiçik yazını diqqətə çatdırır:

Cavan zabitlər tapançanın topunda bir güllə saxlayıb lüləni gicgahlarına tuşlayaraq topu fırladıb çaxmağı basmaqla bəxtlərini yoxlayırdılar. Hacı Zeynalabdin Tağıyevin Lənkərandakı “Dikaya dviziya”nın qoşun hissəsində xidmət edən oğlu Məhəmməd bu yolla bəxtini yoxlayanda tapança açılmış, onu öldürmüşdü.

Alay yoldaşlarından bir dəstə zabit cənazəni Bakıya gətirirlər, dəfn-kəfndən sonra zabitlər geriyə qayıdarkən İmamverdi körpüsündə bir dəstə Qızıl qvardiyaçı matros onları tərksilah edir. Bu hadisədən “Dikaya diviziya”nın şəhərdəki başçıları bərk narazı qalırlar.

Sara xanım xatırlayırdı: “Ailəmizdə ən dəhşətli gün qardaşım Məhəmmədin ölüm xəbəri gələndə oldu. Anama demədik. İlk oğlu idi. Hamıdan çox onu sevirdi. On səkkiz yaşı vardı... Bir qıza vurulmuşdu. Anam çox cəhd etdi, Hacı dedi ki, çox cavandır, qoy bərkdən-boşdan çıxsın.

Yeznəmiz, Şəmsinin oğlu Əli Əsədullayev dilə tutub Məhəmmədi apardı Lənkərana, “Dikaya diviziya”ya. Müsəlmanlara kommuna icazə vermirdi Bakıda silahlı qoşun saxlasın. Ona görə Lənkəranda hərbi hissə düzəldirdilər. Anam qoymurdu getsin. Üç dəfə adam göndərdik ki, qaytarsınlar. Baş tutmadı. Məhəmməd qulaq asmadı. Görünür taleyi belə imiş. Nə isə... Ölməmişdən iki ay əvvəl Məhəmməddən məktub almışdıq. Yazırdı ki, töylədə yatırıq, başımızın altında yəhər... Məni Hacının kabinetinə çağırdılar. Bacım Leyla da orada idi. Atam ağlayırdı, saqqalından yaş damcılayırdı. Mənə bir teleqram uzatdı. Oxudum: “Мамед застрелился”.

Əvvəl anama demədik. Əli cənazəni Bakıya gətirib, birbaşa “Təzə pir” məscidinə apardı, kəfənlədib qoydurdu tabuta. Atam zala xalı-xalça döşətdirdi. Mollalar gəldi. Matəm mərasimi başladı.

Bibiheybət məscidi yanında yerimiz vardı. Qəbiristanda hasara alınmışdı. Əvvəlcədən bir neçə qəbir hazırlayıb üstünü örtmüşdülər. Məhəmmədi orda basdırdılar. Babam və nənəmin də qəbri orada idi. Anam əhvalatı biləndə ürəyi getdi. Bayıldı. Ondan sonra huşunu itirdi. Tez-tez qəbir üstə gedirdi”

Elmin Nuri










SON XƏBƏRLƏR
Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığı yeni mərhələdə
Zakir Həsənov Putinlə görüşə və “qırmızı ordu”nun yubileyinə getmədi
Berlində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar simpozium keçirilib
Makedoniyalı siyasətçi: "Xocalı soyqırımı Ermənistana ləkədir"
Abırsızlıqları izləməkdəyik
Rusiyada yaşayan azərbaycanlı jurnalist vəfat edib
Çağdaş Azərbaycan Türk fəlsəfəsinin başlıca problemləri
Əlimərdan bəy Topçubaşovun qayınanasına məktubu – Sizin qızınızı sevirəm…
Fizuli Məmmədov İtaliya mətbuatında Xocalı soyqırımından yazdı
"Yollar uzanan gün..." filminin təqdimatı oldu - FOTO
Qazaxıstan “Barıs” zirehli maşının qış sınaqlarına başlayıb
"Hamilə qadınların qarnına biz soxdular, içalatlarını çıxartdılar" — Xocalı şahidi
Fəxri adlara görə aylıq təqaüd artırıldı
Azərbaycanda "Youtube" kanalı bağlanmalıdır? – EKSPERTLƏRİN RƏYİ
"Xəcalət" dramı bu dəfə Ağdam səhnəsində — FOTO
Türk ordusu 3 kəndi azad etdi
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı
“Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb" — Rəşad Sadıqov
"Azərbaycanlı terminator": Biz pul üçün döyüşmürük
Atatürkün dəfnində iştirak edən sabiq nazir — Azərbaycan Cümhuriyyəti - 100
“Video Vəkillik Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirmişdir
“İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var”
Qarabağda erməni əsgər məhv edildi
İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq
Azərbaycan XİN Eduard Nalbandyana cavab verib
Azərbaycanın müdafiə naziri Belarusa gedib
Türkiyə Silahlı Qüvvələri: "Afrinə tərəf hərəkət edən bütün qüvvələr məhv ediləcək"
İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstək
3 Milli Qəhrəmanın doğum günüdür
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - V Yazı