Qarabag Media
Haqqımızda Əlaqə

700 bal toplayan Abdulla: “Ən çox motivasiya edən də öz uğurlarımla valideynlərimi sevindirmək istəyidir”


Tarix:27-10-2017, 12:19 Kateqoriya:Manşet / Müsahibə

700 bal toplayan Abdulla: “Ən çox motivasiya edən də öz uğurlarımla valideynlərimi sevindirmək istəyidir”

Bakı Ali Neft Məktəbinin (BANM) 700 bal toplamış tələbələrindən biri Abdulla Əsgərzadə mətbuata müsahibə verib. Ailəsinin, BANM-in və nəhayət bütün Azərbaycanın fəxri olan Abdullanın səmimi müsahibəsini olduğu kimi sizə təqdim edirik.

-Ali məktəblərə qəbul imtahanında 700 bal toplamışAbdulla Əsgərzadə əslindəkimdir?

-Mən Abdulla Əsgərzadə 25 avqust 2000-ci ildə Gəncədə anadan olmuşam. 2006-cı ildə Gəncə şəhər 31 saylı tam orta məktəbin 1-ci sinfinə getmişəm. 2012-ci ildə Gəncə Türk liseyinə qəbul imtahanında 1-ci yeri tutaraq pulsuz təhsil almaq imkanı qazanmışam. 2017-ci ildə həmin liseyi fərqlənmə attestatı ilə bitirmişəm. Həmin il ali məktəblərə qəbul imtahanında 700 bal toplayaraq BANM-in ”Proseslərin avtomatlaşdırılması mühəndisliyi ” ixtisasına qəbul olmuşam. Atam ixtisasca həkim – nevropatoloq, anam isə ali təhsilli musiqi müəllimidir. Özümdən böyük 2 bacım tələbədirlər.

-Abdulla, həyatda fəxr etdiyin ən böyük uğurun nə olub?

-Həyatda fəxr edəcəyim ən böyük uğurları hələ gözləyirəm. Düzdür, indiyə qədər də uğurlarım çox olub. Liseyə qəbul imtahanında 1-ci yeri tutanda, ali məktəblərə qəbul imtahanında 700 bal toplayanda, qisa bir müddətdə İELTS imtahanını 6.5 balla verib birbaşa 2-ci kursa keçəndə, Prezident təqaüdünə layiq görüldüyümü eşidəndə sözsüz ki çox sevindim. Ancaq bunlar mənim arzuladığım gələcək uğurların yalnız başlanğıcıdır. Mənə elə gəlir ki, layiq olduğum Prezident təqaüdünü axıra kimi saxlamaq, BANM-i fərqlənmə diplomu ilə bitirmək, magistr təhsilini xaricdə ən nüfuzlu universitetlərdən birində almaq, professional mütəxəssis kimi yetişib xalqımıza layiqli xidmət etmək kimi uğurlara imza ataramsa, o zaman fəxr etməyə dəyər.

-Ali məktəblərə seçim qarşısında olarkən niyə məhz Bakı Ali Neft Məktəbini seçdin?

-Mən BANM-ə böyük ümidlərlə gəlmişəm. Düşündüm ki, məni böyük uğurlar qazanmağa sövq edəcək ali təhsil məktəbi yalnız BANM ola bilər və ona görə də bu gün mən burdayam.

-BANM-i bitidikdən sonra özünü harada görürsən və niyə məhz həmin yerdə?

-Mən BANM-i bitirəndən sonra təhsilimi xaricdə davam etdirmək istəyirəm. Bu da təsadüfi deyil əslində mən bakalavr təhsilimi də xaricdə almaq istəyirdim. Ancaq valideynlərimlə birlikdə qərara gəldik ki, bakalavr təhsilini vətəndə məhz Bakı Ali Neft Məktəbində almaq daha məqsədə uyğun olar.

-Necə düşünürsən, bir tələbə məqsədinə nail ola bilmək üçün nə etməlidir?

-Yalnız tələbə deyil, hər bir kəs öz məqsədinə nail olmaq üçün əzmlə çalışmalı, qarşısına çıxan çətinlikləri dəf etməyi bacarmalıdır. Kiçik uğursuzluqlar olanda ruhdan düşüb geri çəkilmək olmaz.

-Səni həyatda ən çox nə motivasiya edir?

-Məni həyatda ən çox ruhlandıran valideynlərimin mənə diqqəti, qayğısı, inamı və etimadıdır. İndiyə qədərki nailiyyətlərimin əldə edilməsində onların böyük xidməti olub. Məni ən çox motivasiya edən də öz uğurlarımla valideynlərimi sevindirmək istəyidir.

-Ali məktəblərə qəbul və seçim qarşısında olan tələbələrimizə məsləhətin nə olardı?

-Ali məktəblərə qəbul və seçim qarşısında olan tələbələrə məsləhətim budur ki, həm ixtisas, həm də ali məktəb seçərkən çox diqqətli olsunlar. Hər bir tələbə özü qərar versə yaxşıdır, amma valideynlərlə məsləhətləşmək vacibdir. İxtisas düzgün seçildikdən sonra bütün çətinliklərə qalib gəlmək mümkün olacaq.

-Abdulla, bu cür səmimi müsahibə və fikirlərinə görə çox sag ol. Sənə dərslərində uğurlar diləyir və uğurlarının davamını gözləyirik.

-Siz sağ olun, əslində bu mövzuda müsahibə vermək mənim üçün də qürurvericidir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Çağdaş Azərbaycan Türk fəlsəfəsinin başlıca problemləri
Əlimərdan bəy Topçubaşovun qayınanasına məktubu – Sizin qızınızı sevirəm…
Fizuli Məmmədov İtaliya mətbuatında Xocalı soyqırımından yazdı
"Yollar uzanan gün..." filminin təqdimatı oldu - FOTO
Qazaxıstan “Barıs” zirehli maşının qış sınaqlarına başlayıb
"Hamilə qadınların qarnına biz soxdular, içalatlarını çıxartdılar" — Xocalı şahidi
Fəxri adlara görə aylıq təqaüd artırıldı
Azərbaycanda "Youtube" kanalı bağlanmalıdır? – EKSPERTLƏRİN RƏYİ
"Xəcalət" dramı bu dəfə Ağdam səhnəsində — FOTO
Türk ordusu 3 kəndi azad etdi
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı
“Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb" — Rəşad Sadıqov
"Azərbaycanlı terminator": Biz pul üçün döyüşmürük
Atatürkün dəfnində iştirak edən sabiq nazir — Azərbaycan Cümhuriyyəti - 100
“Video Vəkillik Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirmişdir
“İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var”
Qarabağda erməni əsgər məhv edildi
İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq
Azərbaycan XİN Eduard Nalbandyana cavab verib
Azərbaycanın müdafiə naziri Belarusa gedib
Türkiyə Silahlı Qüvvələri: "Afrinə tərəf hərəkət edən bütün qüvvələr məhv ediləcək"
İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstək
3 Milli Qəhrəmanın doğum günüdür
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - V Yazı
Məcburi köçkünlərin vahid aylıq müavinəti artırılıb
Afrində daha bir kənd terrorçulardan təmizləndi
Neçə Milli Qəhrəman var?
“Yollar uzanan gün...” filminin təqdimat mərasimi keçiriləcək
Rəsmi Bakı Qarabağ məsələsində Fransanın mövqeyindən narahatdır
Birinci sinfə şagird qəbulu başlayır - Qaydalar açıqlandı