Qarabag Media
Haqqımızda Əlaqə

Türkiyənin “Dəmir Ledi”si adlandırılan Meral Akşener kimdir? – FOTOLAR


Tarix:27-10-2017, 01:13 Kateqoriya:Manşet / Türk dünyası

Türkiyənin “Dəmir Ledi”si adlandırılan Meral Akşener kimdir?

“İyi parti” adlı siyasi partiya yaradan Meral Akşener kimdir? Son günlər siyasi gündəmdə ən çox adı keçən, yeni partiyasının ərizəsini verən və açıqlamarıyla hər kəsi təəccübləndirən xanımın bioqrafiyası maraq doğrurur.

Karabakhmedia.az onun bioqrafiyasında maraq cəlb edən məqamları təqdim edir.

Avropa mətbuatı Meral Akşeneri “Türkiyənin dəmir ledisi” adlandırır. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından uzaqlaşdırılandan sonra öz partiyasını quran Meral Akşener 1956-cı ildə İzmitdə dünyaya gəlib.

Oğlanlarla oynayar, onlarla davaya çıxarmış…

Meral Akşenerin ailəsi o, hələ 1.5 yaşında olanda Yunanıstandan mübadiləylə gəlib və Kocaelinə yerləşib. Özündən əvvəl doğulan 3 bacı-qardaşı yaşamayıb, onun yaşaması üçün anası 40 gün dua oxutdurub. Atası dövlət məmuru, anası evdar xanım olub. Anası torpaq işlərində işlədiyi üçün onu nənəsi böyüdüb. O, nənəsindən ən çox səbr etməyi öyrənib.

Çox dəcəl uşaq olub, həmişə oğlan uşaqlarıyla oynayır, onlarla davaya çıxırmış. Digər qızlar kimi evcik-evcik yox, daş-daş oynayırmış.
Türkiyənin “Dəmir Ledi”si adlandırılan Meral Akşener kimdir?

“Çalıkuşu”nun Feridesinin dərs dediyi kənddə təcrübə keçib

Bursa Qız Müəllimlər Liseyində 4 ili keçib. Təcrübəsini “Çalıkuşu”ndakı Feridenin ilk təyin yeri olan Zeynilər kəndində keçib. Liseydəki ləqəbi “ayaqlı kitabxana” imiş, amma olmayıb. Yaz aylarında Quran kursuna gedirmiş. Universitetdə oxumağa başlayanda məscid imamından dərs alaraq Quranı xətm edib.

O, İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin tarix bölməsindən məzun olub. Ardınca isə Marmara Universitetinin Sosial Elmlər İnstitutunda doktorluğunu tamamlayıb.

MHP-li qardaşının onun ülkücü olmasında böyük təsiri olub. O illərdə klassik və antikommunist kitablar oxuyub. Türkeş 80-ci illərdən əvvəl Kocaelinə gələndə onların evində qalırmış. Akşener Azərbaycanın mərhum prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəylə də yaxın dostluq münasibətləri olub. Təsadüfi deyil ki, xanım siyasətçi hər il Elçibəyin anım günündə onunla bağlı paylaşımlar edərək, fikirlərini bölüşür.

Türkiyənin “Dəmir Ledi”si adlandırılan Meral Akşener kimdir?Solçu ərini sağçı edib

Qatı solçu həyatı yoldaşı Tuncer Akşeneri ülkücü olaraq dəyişib. O, “ilk baxışda vurlulmuşduq” dediyi həyat yoldaşıyla böyük eşq yaşayıb və yaşamaqdadır.

İlk görüşdə aşiq olmuşuq. O da ÖDTÜ-də oxuyurdu. Bir-birimizə eşq elan etmişdik. O, mənə çox gözəl məktublar, şeirlər yazardı, gül göndərirdi. Hələ də saxlayıram. Mən isə ona solçuların şeirlərini göndərirdim. Qatı solçuydu. Dostluğumuz siyasi mübahisələrlə başlayıb. Evlənənə qədər onu sağçı elədim.

Biz elə oxuyan vaxtı nişanlanmaq istəyirdik, amma ikimizin də ailəsi qarşı çıxdı. Biz də öz etirazımızı bildirdik. Tuncer buna görə evdən qaçdı, izini itirdi. Mən də süfrəyə küsdüm, 15 gün yemək yemədim. Nəticədə yenə də məktəbi bitirmədən nişanlanmağıma icazə vermədilər”.
Türkiyənin “Dəmir Ledi”si adlandırılan Meral Akşener kimdir?Oğlunun nikah şahidi Erdoğan olub

Tuncer solçu dəstəsindən ayrılanda böyük etirazla qarşılaşdı, dostlarından kötək yedi. Başını yardılar. Buna görə iki il vaxtını itirib.

Meral və Tuncer cütlüyünün Fatih adlı bir oğlanları var. O, 2012-ci ildə İşıl Ebeş ilə evlənib. Beylerbeyi sarayında keçirilən toyda nikah şahidi Recep Tayyib Erdoğan olub. Cütlüyün 2015-ci ildə Ahmet Pars adını verdikləri bir oğlanları dünyaya gəlib.
Türkiyənin “Dəmir Ledi”si adlandırılan Meral Akşener kimdir?

Siyasi kariyerası

1995-ci ildə Doğru Yol Partiyasının (DYP) Qadın Qolları başqanı olan Meral Akşener ilk dəfə Türkiyə parlamentinə seçkilərə elə həmin DYP Kocaeli millət vəkili olaraq məclisə daxil olub. Necmettin Erbakanın rəhbərliyində 1996-cı il 28 iyun tarixində Rifah Partiyası və DYP Koalisiyasının yaratdığı 54-cü Türkiyə hökumətindən Susurluk qəzasına görə istefa verən Mehmet Ağarın vəzifəsini üzərinə götürərək ölkənin ilk daxili işlər naziri olub. 54-cü Türkiyə hökumətinin dağılmasıyla vəzifə müddəti 1997-ci ilin 30 iyununda başa çatıb.

1999-cu ildəki parlament seçkilərinə qatılaraq DYP İstanbul millət vəkili olaraq yenidən məclisə gəlib. 2002-ci il seçkilərində isə yetərincə səs toplaya bilmədiyindən Türkiyə Böyük Millət Məclisindən (TBMM) kənarda qalıb. 2001-ci ildə DYP-dən istefa verib və yeni partiya yaratmaq üzrə olduğunu açıqlayıb. Ancaq bir müddət sonra “Milli fikir xəttini davam etdirirlər” deyərək xəyal qırıqlığı yaşadığını bildirib və yenilikçi hərəkatdan ayrılaraq 2001-ci ildə Milliyyətçi Hərəkat Partiyasına (MHP) qatılıb. 2007-ci ildə isə seçkilərdə iştirak edərək MHP İstanbul millət vəkili olaraq məclisə geri dönüb. TBMM-də Türkiyə-Çin Parlamentlərarası Dostluq Qrupunun üzvü olub. 2011 və 2015-ci il iyun seçkilərində isə təkrar MHP İstanbul millət vəkili kimi məclisdə yerini alıb. Ancaq 2015-ci il noyabr seçkilərində partiyasından millət vəkilliyinə namizəd olmadı.
Türkiyənin “Dəmir Ledi”si adlandırılan Meral Akşener kimdir?

MHP əsasnaməsinin 11-ci maddəsinə görə, 2016-cı ilin sentyabr ayında partiyadan uzaqlaşdırılıb. Səbəb isə 2016-cı il noyabrın 1-də Türkiyədə keçirilən referenaduma qarşı çıxması olmuşdu. “Hayırçı”ların və referendumun ardınca müxalif kəsimin lideri oaln Akşenerin verdiyi açıqlamarın partiyaya zidd olduğunu bildirən MHP onun haqqında qərar çıxarmışdı. Bundan sonra isə Meral Akşener tərəfdaşlarını başına toplayaraq yeni partiya yaradacağı və mübarizəsini bu şəkildə aparacağı barədə açıqlama vermişdi. Və budur, o partiyasını yaratdı və partiyanın qurultayında açıqlamsını verdi: “Mən prezident olacağam!”/Xeber365.com/
Türkiyənin “Dəmir Ledi”si adlandırılan Meral Akşener kimdir?

Türkiyənin “Dəmir Ledi”si adlandırılan Meral Akşener kimdir?


Karabakhmedia.az










SON XƏBƏRLƏR
Ramiz Rövşənin doğum günüdür - "Bağışla, bağışla, məni bağışla"
Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi" adlı kitabı işıq üzü görüb
Ankaradan Bağdada cavab: "Terrorizm əleyhinə bu cür əməliyyatlar davam etdiriləcək"
Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək
Tolstoy olan yerdə Dostoyevski kim idi…
Deputat sərxoş halda dava salması ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Mahir Abbaszadə: "Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur"
Əməyin simfoniyası — Qəzənfər Hüseynovun Laçın xatirələri
“Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar…” - Lukaşenko ilk dəfə açıqladı
Türk ordusu Suriyada nəhəng hərbi əməliyyata başladı – VİDEO
Bu il Azərbaycanda qış sərt keçməyəcək - RƏSMİ
FHN-in iki vəzifəli şəxsinə general rütbəsi verildi
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi
ARİFİN VƏTƏN, TORPAQ ADLI AĞRISI
Rövşən Rzayev Şüvəlandakı köçkünlərlə görüşdü - FOTOLAR
Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir Sərdarov
30 il əvvəl Laçında da belə idi...
"Uzaqlar yaxın olsa…” — Ayaz Arabaçı yeni kitabını təqdim etdi - FOTOLAR
Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
NATO nümayəndə heyəti ölkəmizdə səfərdədir
Abşeron rayonunda Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
Sergey Lavrov Bakıya gəlir
ATƏT sərhəddə monitorinq keçirib
Azərbaycanlı iş adamı: "100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazıram"
Gürcüstanda ən populyar üç soyaddan ikisi azərbaycanlılara məxsusdur
Dillərdə dastan “Çalıquşu”nun məğrur və yoxsul müəllifi – Rəşad Nuri Güntəkin
Qüdrətdən səngərli, qalalı dağlarda Vətən keşikçiləri ilə keçirilən 2 qürurlu gün...
Görkəmli maarif xadimi Mənzər xanım Şərifova — 120
Qənirə Paşayeva əməliyyatından yazdı