Qarabag Media
Haqqımızda Əlaqə

Rza Şahın acı taleyi və Fərəhin göz yaşlarındakı İran


Tarix:26-10-2017, 16:22 Baxış Sayı:1024 Kateqoriya:Manşet / Araşdırma

Rza Şahın acı taleyi və Fərəhin göz yaşlarındakı İran

Məhəmməd Rza Pəhləvi 1919-cü il oktyabrın 26-da İranın paytaxtı Tehran şəhərində, görkəmli sərkərdə və Pəhləvilər sülaləsinin banisi, Rza xanın ailəsində anadan olub. 1925-ci ildə Rza xan özünü İranın şahı və Məhəmməd Rzanı şahzadə elan edir. 1935-ci ildə İsveçrədəki Institut Le Rosey (kollec) bitirdikdən sonra İrana qayıdır və burada, Tehran hərbi məktəbində, hərbi təhsil alır.

İkinci dünya müharibəsi zamanı İran öz “neytrallığını” elan etsə də, ölkədə çox güclü faşist kəşfiyyatı vardı. Bunu bilən Sovet höküməti və İngiltərə öz qoşunlarını İranın ərazisinə yeritdilər. SSRİ qoşunları Güney Azərbaycana girdi. SSRİ İranın ərazisinə girməsini 1922-ci ildə İran və SSRİ-arasında olan müqavilə ilə izah etdi (həmin müqaviləyə görə əgər bir dövlətin təhlükəsizliyinə qarşı şərait yaranarsa digəri onun ərazisinə qoşun yeridə bilər). Ölkədə yaranmış olan vəziyyət Rza şah öz oğlu Məhəmməd Rza Pəhləvinin xeyrinə taxtdan əl çəkdirir və Cənubi Afrikaya sürgün olunur.

İran islahatçı şahın dövrünə qədəm qoyur

Ağ inqilab

Rza Şah beynəlxalq maraqları uyğun istifadə etməklə XX əsrin ən güclü səneye dövlətini yaratmağı qarşısına məqsəd qoyur. O bunun üçün “Ağ İnqilab” elan edir.

1963-cü ilin əvvəlində Məhəmməd Rza Pəhləvinin höküməti ümummilli islahatlar kursunu – Ağ İnqlab (انقلاب سفید Enghelāb-e Sefid) – elan edir. İslahatlar nəticəsində torpaq sahələri kasıb və kənd camaatına paylanılır. Meşələr milliləşdirilir. Hökümətin mülkiyyətində olan şirkətlər özəlləşdirilir. Qiymətlər tənzimlənilir. Ümummilli miqyasında yenidənqurma, abadlaşdırma və tikinti işlər aparılır. Həmçinin təhsil və mədəniyyət sahəsində də mühüm islahatlar başlanmışdı. İranlı tələbələr minlərlə Avropada və Amerikada təhsil almağa göndərilir. Qadınların hüquqlarına da böyük diqqət yetirilir. İslahatların aparılmasında Əmir-Abbas Hoveyda (1965 – 1977-ci illərdə İranın baş naziri) böyük rol oynayırdı.

“Ağ inqilabın” əsasını torpaq islahatı təşkil edirdi. 1962-ci ilin yayında A.Əmini istefaya gedəndən sonra A.Aləm hökuməti şahın sərəncamı ilə 6 qanun layihəsi hazırlayır.

Bütün ölkədə torpaq islahatının keçirilməsi.

Meşələrin milliləşdirilməsi.

Torpaq islahatını maliyələşdirmək üçün dövlət zavodlarının və fabriklərinin satılması.

Məclisə seçkilərin keçirilməsi qaydasının dəyişdirilməsi.

İşçilərin müəssisələrin gəlirlərində iştirakı

Kənd yerlərində savadsızlıqla mübarizə üçün “Maarif korpusunun” yaradılması.


Torpaq qanununa görə iri mülkədarlar ancaq, kənd təsərüfatı maşınlarının və muzdlu əməyin istifadəsi şərti ilə 500 hektara qədər torpaq öz mülkiyətində saxlaya bilərdi. Qalan torpaqlar torpaq fonduna daxil olurdu. Həmin bu fondlardan kəndlilərə torpaq payları verilirdi. Keçmiş mülkədarala isə dövlətin zəmanəti ilə həmin torpaq müqabilində, bankdan onun dəyəri ödənilirdi. 500 hektardan az torpağı olan mülkədarlara:

Torpaqlarını köhnə qaydada 30 illik kəndlilərə icarəyə vermək, bununla belə icarə şərtləri 5 ildən bir yenidən baxılmalı idi.

Ümumi razılığa görə torpağı kəndlilərə satmaq, həm də kəndli torpağın dəyərini 10 il ərzində eyni paylarla ödəməli idi.

Məhsulun bölüşdürülməsi zamanı, torpağı mülkədar və kəndli paylarına görə proporsional olaraq bölüşdürmək.


Torpağın bölüşdürülməsi Marağa rayonundan və Azərbaycan ostanlarının başqa rayonlarından başladı. Kənd təsərüfatında kapitalist sisteminin bərqərar olması müəyyən mənada mütərəqqi idi, çünki İranda buna qədər feodal münasibətlər hökm sürürdü. Ama islahatın ancaq mülkədar və kapitalist zümrənin marağında keçirilməsi, geniş kəndli kütləsinə çox baha başa gəldi. Xüsusi ilə kənd icmasının düşünmədən dağıdılması kəndlilərin böyük şəhərlərə üz tutmasına səbəb oldu. Surətli urbanizasiya ölkədə kəndlə şəhər arasında əhalinin qeyri-bərabər bölüşdürülməsinə gətirdi. Öz kəndlərindən və deməli adət etdikləri patriarxal həyat tərzindən belə tezliklə ayrılan kəndlilər, belə surətli modernizasiyaya tab gətirə bilmədilər. Nəticədə müxalif ruhanilər xalqın bu narazılığından istifadə edib 1979 ildə Məhəmməd Rza Pəhləvini devirdilər.
Rza Şahın acı taleyi və Fərəhin göz yaşlarındakı İran

Diba – Fərəh

Rza şahın özü qədər məşhur olan xanımı Diba Pəhləvi haqqında yazmasaq, olmaz.

Əslən azərbaycanlı olan Fərəh Pəhləvi 1938-ci il oktyabrın 14-də Tehran şəhərində anadan olub. Şahın üç xanımı arasında yalnız onun üçün tacqoyma mərasimi keçirilmişdir. Qızlıq soyadı Diba olan Fərəh Pəhləvi zabit ailəsində dünyaya göz açıb. Ailəsi çox varlı olsa da, atasının vəfatı ailəni Tehrandakı villalarını satıb qohumlarıgilə köçməyə məcbur edir. Fərəh təhsilini Tehran və Parisdə alır. Məktəb illərində o, idmanla məşğul olur, hətta basketbol komandasının kapitanı seçilir. Liseyi bitirəndən sonra Fərəh memarlıqla məşğul olur və Parisdə bu ixtisas üzrə təhsil alır. 1959-cu ildə Parisdə İran səfirliyində qonaqların qəbulu zamanı Fərəh şaha Fransada təhsil alan tələbə kimi təqdim olunur. Amma onların tanışlığının başqa bir versiyası da mövcuddur — Tehranda iki dəfə yüzlərlə gənc xanımın iştirak etdiyi xüsusi idman paradı təşkil olunmuşdu. Birinci parad zamanı Məhəmməd şah seçim edə bilməmiş və parad yenidən keçirilmişdi. Şah Fərəhə işarə etmişdi. 24 yaşlı tələbə Fərəh və 40 yaşlı Məhəmməd Rza Pəhləvinin toyu 1959-cu il dekabrın 21-də baş tutmuşdu.

Bu, şahın üçüncü evliliyi idi. Birinci xanımı Misir şahzadəsi, ikinci isə bir tərəfi alman əsilli olan o dövrün məşhur xanımlarından idi. Hər iki nikah varisin olmaması səbəbindən dağılmışdı. Məhz vəliəhdin olmaması xalqı, həm də hökuməti narahat edirdi. 1960-cı ildə Fərəh oğlan övladı dünyaya gətirdi. Onların ümumilikdə dörd övladları oldu: Rza Kir Pəhləvi (1960), Fərəhnaz Pəhləvi (1963]), Əli Rza Pəhləvi (1966-2011) və Leyla Pəhləvi (1970-2001).

Tacqoyma mərasimi və sonrakı fəaliyyəti
Rza Şahın acı taleyi və Fərəhin göz yaşlarındakı İran

1967-ci ildə Fərəh Banuya tacqoyma mərasimi keçirildi. Ona şahbanu titulu verildi. O dövrdə Şərqdə qadınlara belə hüquqlar verilmirdi və bu hadisə böyük əks-səda doğurdu. Əvvəllər Fərəh hökumət işlərinə maraq göstərmirdi, onun fəallığının pik vaxtı 1970-ci illər oldu. Şah və şahbanu İranı müasirləşdirməyə çalışırdılar. Fərəh İranda dəb qaydalarını yaratdı, onun zamanında qızları baletə qoymaq və Qərbdə oxutmaq populyarlaşdı. İranlılar bir neçə dil öyrənməyə başladılar. Şahbanu mütəmadi olaraq İran əyalətlərini gəzərək xalqla ünsiyyətdə olur, tibbin və təhsil ocaqlarının vəziyyətini yaxşılaşdırırdı. Ən böyük uğurlarını incəsənət sahəsində qazanmışdı. Onun təşəbbüsü ilə İrana bir çox tarixi sərvətlər qaytarılmış, həmçinin Asiya ərazisində ən böyük muzey yaradılmışdı. Fərəh qadınların hüquqları uğrunda uğurlu mübarizə aparırdı. Öz fəaliyyəti nəticəsində şahbanu xalq arasında böyük populyarlıq qazanmışdı. Həmçinin o, Qərbdə də çox məşhur idi. Şah və şahbanu Şərqin ən gözəl cütlüklərindən hesab olunurdular.

Şahbanu Azərbaycanda

Məhəmməd Rza Pəhləvi və Fərəh Pəhləvi ABŞ-dan ayrılarkən

1972-ci ildə şahbanu Fərəh Azərbaycan SSR-ə dəvət olundu. Bakıda onun üçün dəbdəbəli qonaqlıq təşkil olunmuşdu. Şahbanunun gəlişi münasibətilə keçirilən konsertdə Azərbaycanın ən aparıcı artistləri — Zeynəb Xanlarova, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Rəşid Behbudov, Fidan Qasımova və başqaları çıxış etmişdilər.

Qürbətdəki həyat

Məhəmməd Rza və ailəsi İranı 1979-cu il yanvarın 4-də tərk etmək məcburiyyətində qaldılar. Çünki inqilab nəticəsində şah hakimiyyəti devrildi. “O günün ən ağır və güclü xatirəsi – son dəqiqələrdə Tehran hava limanında dayanan yoldaşımın gözlərindəki yaşlar idi. Yadımdadır, zabitlərdən biri diziüstə şaha getməməsi üçün yalvarırdı. Bu, həyatımın ən ağır anı idi” — Fərəh Pəhləvi xatırlayır.
Rza Şahın acı taleyi və Fərəhin göz yaşlarındakı İran

Fərəh Pəhləvi 1972-ci ildə

Məhəmməd Rza əvvəlcə Misirə yollanmış, sonra Mərakeş, Baham adaları və Meksikada sürgündə yaşamışdır. Şah limfa xərçəngindən əziyyət çəkirdi. O, 1980-ci il iyulun 27-də Qahirədə vəfat etdi və ər-Rifahi məscidində dəfn olundu. Şahın ölümündən sonra Misir prezidenti şah ailəsinə yaşamaları üçün saray ayırdı. Amma prezidentin qətlə yetirilməsi səbəbilə Fərəh və ailəsi Misiri tərk edərək Reyqanın dəvəti ilə ABŞ-a yollandı.

Ailəsi ilə birlikdə ABŞ-da məskunlaşan Fərəh bütün həyatını “Xatirələr. Yıxılan rejimin və bitməyən eşqin hekayəti.” adı altında fransız dilində qələmə alıb. Bestsellerə çevrilən bu kitab bir çox dillərdə nəşr olunub.

2001-ci ildə Fərəh daha bir bədbəxt hadisə ilə üzləşdi. Belə ki, onun kiçik qızı şahzadə Leyla vəfat etdi. 31 yaşlı Leyla gözəlliyi sayəsində məşhur italyan dizayneri Valentinonun ən yaxşı modellərindən idi. Onun model biznesindəki fəaliyyəti anoreksiyaya (həddindən artıq arıqlama) və depressiyaya gətirib çıxarmışdı. Leyla ABŞ və Böyük Britaniyanın bir çox klinikalarında müalicə qəbul edirdi. Səfərlərin birində o, həddindən artıq dərman qəbulundan London otellərinin birində dünyasını dəyişmişdi. Fərəh qızı Leylanı Parisin Passi qəbiristanlığında anasının yanında dəfn elədi.

2011-ci il yanvarın 4-də Fərəhin ikinci oğlu Əli Rza Pəhləvi evində ölü tapılmışdır. Onun ölüm səbəbi kimi bacısının intiharından indiyə kimi özünə gələ bilməməsi və intihar etməsi göstərilir. Həmin vaxt o Bostonda yaşayırdı.

Hazırkı həyatı
Rza Şahın acı taleyi və Fərəhin göz yaşlarındakı İran

Hazırda Fərəh Pəhləvi Parisdə və Vaşinqtonda yaşayır. Böyük oğlu da ailəsi ilə bərabər Vaşinqtondadır. İran emiqrantlarının bir hissəsi onu “şah” adlandırır. Atasının vəfatından sonra varis kimi o bu titulu götürüb. Şahbanu oğlunun siyasi fəaliyyətini dəstəkləyir, amma özü kölgədə qalmağı sevir. Fərəh əvvəlki kimi incəsənətlə də məşğul olur. Ona əvvəlki kimi şahbanu deyərək müraciət olunur. Fərəh Pəhləvi İranın birinci və yeganə imperatriçəsidir.

Qeyd etdiklərimiz bir ailənin, sıradan olmayan bir ailənin hekayəsidir. Şah ailəsi haqda yazılanlar həmişə cəmiyyətlərin diqqətində olub. Məşhur misalda deyildiyi kimi, kral olmaq heç də hər zaman xoşbəxtlik demək deyil./A24.az/

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi - (III YAZI)
"Hoçaz çayının səsi indi də qulağımdadır" - Ərşad Hüseynov
Bir gecədə məşhurlaşan müğənnidən daha bir maraqlı mahnı: "Qaytar qoyunları..." - VİDEO
Araz Türk Cümhuriyyəti hansı zərurətdən yarandı?
"Beşikdaş"ı qardaş klub seçib, onun izi ilə gedəcəyik" - QURBAN QURBANOV
AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib
“Hərbi xidmətdə olmamışam” – Əli Həsənovun nəvəsinin məhkəməsi
İranlı xanəndə Azərbaycan türklərini təhqir etdi - VİDEO
Xəyal Əhmədov: "Yarışlarda Azərbaycanın bayrağını ucaltdığım üçün qürur duyuram"
MTN GENERALI MƏHKƏMƏDƏ ELDAR MAHMUDOVUN ŞOK CİNAYƏTİNİ AÇIQLADI
Nazir: “Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?”
Qarabağ əlili nazir müavini təyin edilsin! - Deputatdan təklif
Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın etirazına cavab verib
Yağış və qar yağacaq, bəzi yollar buz bağlayacaq -XƏBƏRDARLIQ
Jurnalist Natiq Qədimov dəfn olunub - FOTO
Gələn il orta aylıq əməkhaqqı 4 faizədək artacaq - NAZİR MÜAVİNİ
Prezident NATO-da Qarabağ problemini qaldırdı
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anım günüdür
"Qarabağ"ın əziyyətinə heyfim gəldi" - Elmar Məmmədyarov
RUSİYA, İRAN VƏ TÜRKİYƏ LİDERLƏRİ SURİYA İLƏ BAĞLI BƏYANAT QƏBUL ETDİLƏR
"Qırmızı vərəqə çox vaxt hansısa oyunçunu sındıranda verilir" - Qurban Qurbanov
Şenol Günəş “Qarabağ”ın oyununa gəlib
Azərbaycanda neçə min erməni yaşayır? - RƏSMİ RƏQƏM
İşləməyən köçkünlərin pulu niyə kəsilib? - Rəsmi açıqlama
Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib
Ərdoğan: "Qarabağ münaqişəsini yalnız Rusiya həll edə bilər"
İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşəcək
Fransalı mer Alfortvile və işğal altında olan Laçın şəhəri arasında qardaşlaşmanı pisləyib
Böyük turançı: İsmayıl Ənvər Paşa — Bu gün onun doğum günüdür
Niderlandda Qarabağa səfərlər təşkil edən Booking.com saytına qarşı kampaniya başlayır