Qarabag Media
Haqqımızda Əlaqə

Talıb Tale illər öncə gələcəkdə baş verəcək hadisəni söyləyib - İfaçının əmisiylə müsahibə


Tarix:25-10-2017, 22:03 Kateqoriya:Manşet / Müsahibə

Talıb Tale illər öncə gələcəkdə baş verəcək hadisəni söyləyib - İfaçının əmisiylə müsahibə

"Maşın" realiti-şousunda iştirak edən tanınmış ifaçı Talıb Talenin əmisi Xətai Ələsgərli Analoq.az -a müsahibə verib. Həmin müsahibəni oxucularına təqdim edirik.

-Xətai müəllim, Talıbın pərəstişkarlarına ifaçı haqqında geniş bilgilər vermənizi istərdik.

-Talıb Ələsgərov Ələsgər oğlu 1981-ci il 16 fevralda Göyçə mahalının Ağkilsə kəndində, aşıq Ələsgərin ocağında dünyaya göz açıb.Ailədə dörd uşaqdırlar. Talıb ailənin 3-cü övladıdır. 1988-ci il deportasiyasından sonra Göygöl rayonunda məskunlaşdıq. Talıb orada Səməd Vurğun adına 3 nömrəli orta məktəbə daxil oldu və əla qiymətlərlə orta məktəbi bitirdi.Ali təhsilini isə BDU-nun Politologiya fakültəsində alıb.

- Talıb musiqidən başqa hansı istedada malikdir?

- Talıbın çox kiçik yaşlarından qeyri-adi uşaq olduğu açıq-aydın bilinirdi. Musiqiyə marağı hələ uşaq ikən onun zərb aləti olan nağarada ifa etməyinə səbəb olub. O vaxt kəndimizə (Ağkilsəyə) toylara Nemət adlı bir nağara ifaçısı gəlirdi.Talıb demək olardı ki, Nemətin sənətinin vurğunu idi. O nağara ifaçısının elə bir məclisi olmazdı ki, Talıb orada iştirak eləməsin. Musiqiyə, şeirə olan sevgisi babası Ələsgərdən ona irsən keçmişdi. Eyni zamanda da Nemətin sənətinə olan sevgisi Talıbın musiqiyə gəlməsində stimul yaratdı. Talıbla bağlı sizə maraqlı bir əhvalat danışım. Göyçədə yaşayanda Talıbın hardasa 4 yaşı olardı. Talıb o zaman söyləyirdi ki,vaxt gələcək biz Bakıya köçəcəyik, həyətimizdə olan qoyunun da quzusu doğulacaq. Özü də qara rəngdə. O quzunun dərisindən də mənə nağara düzəldəcəksiniz. İnanırsınız dediklərinin hamısı oldu. Həyətimizdə olan qoyunun quzusu qara rəngdə doğuldu.

1988-ci ildə dədə-baba yurd yerlərimizdən deportasiya olunduq. Babamız, ustad aşıq Ələsgər də yaşadığı vaxtlarda qardaşı oğlu Növrəs İman və digər şəxslərlə bağlı verdiyi proqnozlar düz çıxmışdı. Talıbın vaxtılə Bakıya köçəcəyimizi söyləməsi də babası aşıq Ələsgər kimi ona irsən keçib. Talıb həm də gözəl rəsm əsərləri çəkir. İdmanda da müəyyən uğurlar eldə edib.

- Xətai müəllim,Talıb şou boyu demək olar aşıq Ələsgərin nəslindən olmasını söyləmədi.Son günlər isə Talıbın hansı nəslə mənsub olduğu məlum oldu. Bu barədə də istərdik fikir bildirəsiniz.

-Talıb babası aşıq Ələsgərin nəslindən olması ilə daim fəxr edib.Atası Ələsgər kişiylə, babası İslam müəllimlə,İslam müəllimin atası, aşıq Ələsgərin oğlu Talıb babamla daim qürur duyub. Sadəcə olaraq ekranda özü səsləndirmədi ki, bəzi insanlar bunu süni reklam kimi qiymətləndirməsin.

- Aşıq Ələsgərin kötücəsi olan Talıbın saza münasibəti necədir?

- Talıb sazda gözəl ifa edir.Aşıq Ələsgərin "Tellərin" şeirinə də yeni aranjımanda gözəl musiqi bəstələyib ifa edib.El məclislərində də bu mahnı ən çox sifariş edilən mahnılardan biridir.Bundan başqa Talıbın oxuduğu mahnıların söz və musiqiləri özünə aiddir.

- Talıbın şouda iştirak etməsi atası Ələsgər kişini xeyli həyacanlandırdı. Ələsgər müəllimlə əlaqə saxlaya bilmədik. Amma istərdik Ələsgər müəllimin həyacanını, sevincini sizdən öyrənək.

- Qardaşım Ələsgər,mən və digər qohum-əqrəbalar da Talıbın şou boyu göstərdiyi oyundan razı qaldıq. Çünki oyun boyu heç kimə qarşı kobudluq etmədi.Oyunda yarışdığı iştirakçılara tamaşaçılarının,onu sevənlərin dəstəyi ilə qalib oldu.

- Xətai müəllim, bu müsahibə üçün təşəkkür edirik.

-Mən özümün və ailəmizin adından sizə təşəkkür edirəm. Aşıq Ələsgərə, ələsgərsevərlərə öz minnətdarlığımı bildirirəm. Talıb Taleyə də diqqət ayırdığınız üçün bir daha xüsusi təşəkkürümü bildirirəm.

Savalan Talıblı










SON XƏBƏRLƏR
Aqil Məmmədov Daşkəsən və Göygöldə məskunlaşan seçiciləri ilə görüşüb
Rusiyada yeni hökumətin tərkibi bəlli oldu - TAM SİYAHI
Cavid Qurbanov Qazaxıstanda bu razılaşmanı imzaladı
Rövşən Rzayev köçkünləri qəbul etdi
“Mən bu “əyilə-əyilə” fikrini aprel döyüşlərindən sonra səsləndirmişəm” – Elman Nəsirov
Rusiyanın yeni hökümətində iki müsəlman da təmsil olundu
Rəsulzadə və Nuru Paşa adına banknot buraxıldı-10 min... - FOTO - VİDEO
Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzi yaradılır - Protokol imzalandı
Mahir Abbaszadə Abşeronda seçiciləri ilə görüşüb - FOTOLAR
Prezident İlham Əliyev Mixail Qusmanı təbrik etdi
Bu gün Zəlimxan Yaqubun doğum günüdür
Axısqa türkü olan komandir dünyasını dəyişdi – Xocalı batalyonuna başçılıq etmişdi
Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısı açıqlanıb
Hikmət Hacıyev NATO rəsmisi ilə görüşüb
Türkiyədə böyük əməliyyat – Beş minə yaxın adam tutuldu
22 yaşlı gənc Fərid Məmmədovun UĞURLARI
Şadlıq evində tavan uçdu, ölən var
Özbəkistan Prezidentindən Rusiyaya qəti mövqe: “Avrasiya İttifaqına üzv olmayacağıq”
Qorxmaz Hüseynov bu rayonların vətəndaşlarını qəbul edəcək
Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb
Mahir Abbaszadə şəhid ailələri və məcburi köçkünlərlə görüşüb - FOTOLAR
Ərdoğan Haftarla danışıqlardan imtina etdi – SƏBƏB
ABŞ yeni silahını nümayiş etdirdi – VİDEO
Deputatlığa namizəd polkovnik Mehdi Mehdiyev Qobu və Saray qəsəbəsində görüşlər keçirib - FOTO
Prezident İlham Əliyev “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubinşteynlə görüşüb
Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı film çəkilib
Putin baş prokuroru istefaya göndərib
Məşhur rus generalı 20 yanvarda Bakını necə işğal etməsindən yazıb - I HİSSƏ
Siqaret çəkən futbolçular Azərbaycan millisindən qovuldu
Londonda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib