Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan iqtisadiyyatına 233,5 milyard dollar yatırılıb


Tarix:24-10-2017, 11:14 Kateqoriya:Manşet / İqtisadiyyat

Azərbaycan iqtisadiyyatına 233,5 milyard dollar yatırılıb

1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 233,5 milyard ABŞ dolları həcmində investisiya qoyulub.

Karabakhmedia.az-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev bu gün Bakıda "Beynəlxalq investisiya siyasətləri: irəliyə doğru" mövzusunda keçirilən beynəlxalq investisiya konfransında deyib.

O qeyd edib ki, bunun 111 milyard dollarını xarici investisiyalar təşkil edir.

S.Babayev qeyd edib ki, Azərbaycanda 800-dən artıq xarici şirkət fəaliyyət göstərir.

Azərbaycan iqtisadiyyatı, ölkəmizin investisiya siyasəti və bu sahədə həyata keçirilən hüquqi və institusional islahatları diqqətə çatdıran nazir müavini konfransın investisiyalar sahəsində fikir mübadiləsinin aparılması, yeniliklərin öyrənilməsi və təcrübə mübadiləsi baxımından önəmini vurğulayıb.

Bildirilib ki, Azərbaycanda yaradılmış siyasi və iqtisadi sabitlik, biznesə başlamaq üçün prosedurların sadəliyi, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe Azərbaycanı xarici iınvestisiyalar üçün cəlbedici ölkəyə çevirib.

Tədbirdə 11 xarici ölkənin dövlət qurumlarınm, beynəlxalq təşkilatların, о cümlədən UNCTAD, Avropa Komissiyası, Beynəlxalq Əmək Təşkilatı və Enerji Xartiyası Katibliyinin təmsilçiləri, xarici universitetlərdən nümayəndələr və iş adamları iştirak edib. Azərbaycan tərəfdən konfransa böyük maraq göstərilib və tədbirə müxtəlif dövlət qurumlarının, bir sıra universitet və özəl şirkətləri təmsil edən 40-a yaxın nümayəndə qatılıb.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Milli Qəhrəman Əlif Hacıyevin doğum günüdür — FOTO
Zaqatala: Azərbaycanın qalib gəldiyi mübahisə
TARİXİ GÜN — Xalq həm prezident, həm də parlamenti seçir
Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür
Suriyada İran ordusunun generalı həlak olub
"F- 35"lər Türkiyədə!
Ruslar Paşinyana o qırıcıları satan deyil
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Azərbaycan və Ermənistan XİN başçıları Minskdə görüşdülər
Prezident səhiyyə işçilərini təltif edib - SİYAHI
BMT-NİN 4 QƏTNAMƏSİNƏ LAVROV YANAŞMASI...
Millət vəkili: Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq
Dilqəm Əsgərovun oğlu evləndi
Nərimanov rayonunda eyvanlardan paltar asmaq qadağan edildi
Elmar Məmmədyarov erməni nazirlə görüşə razılaşdı
Futbolçular baş məşqçini dəyişməyi xahiş etdi - Məğlubiyyətdən sonra
22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər
Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
Azərbaycan hökuməti bayraqla bağlı tarixi qərara imza atdı
Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı- Bəxtiyar Qəhrəmanov
Hacısamlı — Kəndlərimiz rubrikasından
Çavuşoğlu və Məmmədyarovu nə bağlayır?
Vikipediyada AXC ilə bağlı nə baş verir? - VİDEO
Abdulla Şaiq yaradıcılığında insan problemi - II YAZI
Qadın paltarına qarşı kəlbətin - Murad Köhnəqala yazır
Səlahəddin Dəmirtaşın qardaşı Qəndildə öldürüldü
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
Altayda iki min il yaşı olan qeyri-adi türk mumiyası tapılıb
Elmar Məmmədyarov Belarusa gedib
900 manatdan çox maaş alan müəllimlərin sayı açıqlandı