Qarabag Media
Haqqımızda Əlaqə

Türk İrfan İdrakı: Səbəblər və Məqsədlər Bəyanı


Tarix:24-10-2017, 00:47 Kateqoriya:Manşet / Araşdırma

Türk İrfan İdrakı: Səbəblər və Məqsədlər BəyanıXoşniyyətli olmaq və qalmaq üçün AĞIL və İRADƏ əsas şərtdir. Çünki insanlıq sürəkli xoş niyyətlərin sui-istimal edilməsi gerçəkliyi yaşayır. Tarixdə bunun minlərcə örnəyi var və günümüzdə də bunu görməkdəyik. Özəlliklə Bəşəri ismarıcları olan Müqəddəs Kitabların idrakı, peyğəmbərlər, imam və övliyalar missiyasının dərindən alqılanması, bu ismarıc və missiya həqiqətlərinin BİR MİLLƏTİN DİGƏR MİLLƏTİ SUİ-İSTİMAL ETMƏSİNƏ FÜRSƏT VERMƏYƏCƏK KEYFİYYƏTDƏ OLMALIDIR.

Təəssüf ki bəşər, özəlliklə də İslam ölkələri deyə tanınan dövlətlər bu məsələdə yetərsiz qalmaqda, İnanç (Göy) və Milli Kimlik (Yer) kimi İKİ TƏMƏL NÖQTƏ müsəlmanları daima ziddiyyət içində buraxmaqda, bu səbəblə də sui-istimal ləyaqətsizliyi və irqçi baxış kimi Medalyonun İKİ ÜZÜ daima ön plana çıxmaqdadır.

Qısa Təsbit:

Seyid Nəsimi və Şah Xətainin davamçıları olan biz çağdaş dərvişlər üçün (istər Alevi Bektaşi, istərsə də təsəvvüf mənsubu kimi tanınmış olsun) İsanın yəhudi, Məhəmmədin ərəb olması və ya başqa bir İlahi Missiya sahibi insanın milli mənsubiyyəti deyil, daşıdığı mənəvi dəyərlər önəmlidir, əlbət. Biz işin HƏQ BOYUTUNA baxar və o məqama üstünlük verərik. Fəqət, məsələnin bir də Toplum = Xalq boyutu da var ki, bu boyut RUHANİ İDRAK sahibləri üçün hər kəsdən çox təhlükəlidir. Bunun 2 əsas səbəbi var:

1) Həqdən alıb Xalqa vermək = İlahi İdrakı xalqla bölüşmənin gözardı edilməsi və ya əngəllənməsi ən çox dərvişlərin başına bəla, onların xalq tərəfindən yanlış anlaşılmasına səbəb olur.

2) Xalq kütlələrinin dini sui-istifadə və irqçilik kimi bir-birini bəsləyən üsullarla cahilləşdirilərək kin və nifrət dolu şəraitin yaradılması, Cəmiyyət, Ölkə və Dünya həyatının cəhənnəmə dönüşməsinə səbəb olur.

Bu təməl xüsuslarla birgə digər önəmli məqamlar da var:

1) İlahi Biliyin ZATI VƏHDƏTİ dünyanın fərqli bölgələrində və fərqli zamanlarda FƏRQLİ İFADƏ ŞƏKLİ və İDRAK DƏRİNLİYİ ilə TƏCƏLLİ ETMİŞDİR.

2) İnsanlığın inkişaf mərhələlərində, özəlliklə də İsanın doğumundan sonrakı mərhələdə fərqli millət və dövlətlər arasında əlaqələrin get-gedə artması, NƏFS MƏQAMInın = Politikanın İnanc Xüsuslarını bu əlaqələrdə daha çox istifadə etməsinə səbəb olmuşdur.

3) Son peyğəmbərin vəfatından qısa müddət sonra İNSANLIĞA XİTAB EDƏN İSLAMIN arxa plana atılaraq Ərəb və Məvali = Ərəb olmayan fərqliliyinin ön plana çıxarılması, Əhli-Beytin Bəşəri-Elmi İlahi Əxlaq Missiyasının daima zülmlə gözardı edilməsi, Əməvi-Abbasi siyasətinin istər Quran təfsirini, istərsə də Quran adına yalan söyləyərək mənəvi-əxlaqi parametrləri ŞƏXSİ MƏNFƏƏT üzərinə kökləməsi Quran missiyasının öncə mürtəce Sünniçilik = Ərəbçilik, daha sonra isə mürtəce Şiəlik = Farsçılığa alət edilməsinə səbəb olmuşdur.

Türk Dünyası: Milli Kimlik və İnanc Ziddiyyətindən Doğan İdraki və Ruhani Fəlç.

Yaşanan bu acı olaylar ən çox Türkləri etkiləmiş, Türk dünyası fərqli məzhəblər tərəfindən DÜŞÜNCƏ OLARAQ haradasa param-parça edilmişdir. Bir çox məzhəbin, təriqətin Düşüncə və Mənəvi təməlini yaratmış Türklər, sonradan, özəlliklə də Qərbin Şərqi istilası zamanı məzhəb və təriqətçiliyi sui-istifadə edən siyasətin qurbanı olmuşlar. Bu durum Azərbaycan və Anadoluda təməlləri Təbrizli Şəms və Hacı Bektaş Vəli tərəfindən qoyulmuş İrfani baxışı SİSTEMLİ HALA gətirərək MƏRİFƏT = İRFAN QAPISI olmuş Şah Fəzlullah Nəiminin (Seyyid Nəsimi, Alüyyül Ala), Şah Xətai, Şah Qələndər, Şeyx Maşuqi, Həmzə Bali, Niyazi Misri kimi böyük ərənlərin öldürülməsi ilə DAHA FACİƏLİ bir hal almışdır. 4 qapı, 40 məqam təməlində İlahi İdrak Demokratiyası formulunu ortaya qoyan ərənlərin mirasının yox edilməsi ilə Azərbaycan və Anadolu:

1) Elmin inkişafından geri qalmış,

2) Toplumsal İnkişaf və Çağdaş düşüncə sistemlərindən uzaq düşmüş,

3) Batini Quran İdrakı toplumu inkişaf etdirə biləcək gücdə ikən, Zahiri yobaz təqlid-nəql etmək kimi şəriət uyğulaması ilə cəmiyyət Cəhalət Bataqlığına sürüklənmiş və hələ də sürüklənməkdədir

4) Özəlliklə də son 26 ildə yaşananlar Türk Dünyasının, xüsusilə də Azərbaycan və Türkiyənin MƏZHƏBÇİLİK ÜZƏRİNDƏN APARILAN GEOPOLİTİKAya yenildiyini göstərir. Zira, XX əsrin sonlarından etibarən sadəcə şəriət deyil, təriqət məqamının belə FAYDALILIQ ƏMSALI YOX DEYƏCƏK QƏDƏR ZƏİFLƏMİŞDİR. Siyasət Şəriət və Təriqət məqamlarını sui-istifadə edərək BİZləri bir şəkildə bölməkdədir. Sadəcə Mərifət = İrfan məqamıdır ki, siyasətin kirli əlləri O MƏQAMA ÇATMIR. Zira o məqamda olanlar Bədən = Türk + Düşüncə = Çağdaş + Ruh = İrfan boyutunda VƏHDƏTdə olaraq

1) nə SUİ-İSTİFADƏYƏ QURBAN OLURLAR,

2) nə də SUİ-İSTİFADƏ EDƏRLƏR.


TANIMLAMA

Türk İrfan İdrakı deməyimiz bəzilərində şübhə oyada bilər. Yaşananlar fonunda belə bir tanımlama qəribsənilə bilər təbii ki, fəqət, yuxarıda anlatdıqlarımız təməlində bu tanımlamanın

1) Həm irqçi baxışa qarşı,

2) Həm də öz milləti və insanlığa qarşı xəyanət vasitəsinə çevrilməmənin çarəsi olduğu anlaşılmışdır deyə ümid edirəm.


İstər Azərbaycan, istərsə də Türkiyə İÇ HÜZUR və DIŞ GÜVƏNLİYİ öncə vətəndaşlarının RUHANİ ÖZGÜRLÜK və ÖZGÜR DÜŞÜNCƏSİnə istinadən yaşamalarında tapa bilər. Və ərənlərin şəxsində Türkün UCA İRFANINI vurğulamaq niyyətimiz əsla və əsla bundan sadəcə Türklərin faydalana biləcəyi anlamına gəlməz. Necə ki, Fransız Utopik Sosialistləri və ya Alman Klassik Fəlsəfəsi sadəcə Almanlara və ya Fransızlara aid deyildir. Bizlər də dünyadakı Bütün Elm və İrfan sahiblərindən faydalanmaqdayıq. Şəxsən mən Meister Ekhart kimi alman mənşəli dərin idrak sahibi olan İncil yorumcusunu oxumaqdan da feyz almaqdayım. Odur ki, nə millətlər arasındakı İDRAKİ İRTİBATLARI əngəlləmək istəyirik, nə də ki belə bir fikri MƏNTİQLİ və ƏXLAQLI görürük. Sadəcə bu gerçəyin altını vurğulamaq istəyirik:

Quran başda olmaqla Müqəddəs Kitabların İDRAKI hər millətin İÇ POTANSİALI və DÜŞÜNCƏ DƏRİNLİYİ ilə həmahəngdir. Və Türkün İdrakını ərəbə, ərəbin idrakını farsa, farsın idrakını da türkə dayatmaq yerinə bu fərqli idrak səviyyələrinə sayğı duymaq lazımdır. Məsələn, VIII-IX əsrlərin şəriət hökmləri Bədəvi Ərəblər üçün hələ də faydalı ola bilər, fəqət, Azərbaycan və Türkiyə üçün o şəkli ilə HEÇ BİR FAYDALILIQ ƏMSALI daşımırlar və ÇAĞDAŞ BAXIŞLA yenidən ələ alınmalıdırlar. Və əsas məsələ bu dayatmalar yerinə, Türk İrfan İdrakının Uca Ərənlərinin tarixi missiyasına sahib çıxıb, insanları DİNİ İNANC və MİLLİ KİMLİK arasında sıxışıb qalmaqdan xilas etməkdir. Fərqli insanlar və ya millətlər 4 qapı, 40 məqam kimi İlahi Demokratiya formulu təməlində ƏRDƏMLİ ƏLAQƏLƏR və DEMOKRATİK ŞƏRAİT yaradaraq birilərinin nələrisə sui-istifadə alətinə çevirməsinə əngəl ola bilərlər. Və biz əsla “şəriət və təriqət tamamilə lüzumsuzdur” demirik, fəqət, çağdaş dünyanın tələbi olaraq bu məqamların MƏNƏVİ ÖZ = ƏnəlHəq Missiyası = İrfan İdrakı ilə dəyərləndirilməsini istəyirik.

Və son olaraq: Türk İrfan İdrakı əsla və əsla hansısa bir siyasi partiya və ya başqa təşkilatlanma deyil, tam tərsi HƏR ŞEYİN FÖVQÜNDƏ qalaraq Türk millətinin zərər görməsini və ya verməsini əngəlləmək istəyən DÜŞÜNCƏ DƏRİNLİYİDİR.

Sayqılarımla Dimes Hak Alerli.

Mənbə: “Ustad” jurnalının 13-cü sayı.










SON XƏBƏRLƏR
Türk hakerlər Amerikadan “qisas” aldı
Azərbaycan Gürcüstana 465 milyon investisiya yatırıb
MİLLİ FƏLSƏFİ FİKRİMİZDƏ ZAKİR MƏMMƏDOVUN XİDMƏTLƏRİ
«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə üzrə I Şəmkir Çempionatı adlı layihənin ilk mərhələsi başa çatıb
Sabahdan havanın temperaturu yüksələcək
DİM: Magistraturanın qəbul planında 2104 yer boş qalıb
"Rusiya ilə müharibə Avropa üçün faciə olacaq" - NATO generalı
Tanınmış jurnalist intihara cəhd etdi - Reanimasiyadadır
Daha bir ölkə kosmosa insan göndərəcək
Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR
Qurban Qurbanov: "Deyiləcək bir söz yoxdur, heyətimizin yeniləndiyini nəzərə almalıyıq"
Can Laçın — Azər Qaraçənli yazır
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ZEYNALABDİN MARAĞALI
Balakişi Qasımov məşhur rejissoru işdən çıxarır? - Ərizəsi alındı (FOTOLAR)
Türkiyə ABŞ istehsalı olan tikinti materiallarından imtina edib
Qarabağ erməniləri erməni deyil
Donald Tramp “F-35” qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsini təxirə salan qanunu təsdiqləyib
“Axşam yatıb, səhər durub...” — Ərdoğandan Trampa sərt sözlər
Doğma Kəlbəcərin əvəzolunmaz tərənnümçüsü
DTX hərbçiləri şantaj edən “reket jurnalistləri” saxladı
Dünyasını dəyişmiş əsgərin atası: “Ədalətli, düzgün istintaqın aparılmasına inanıram”
Gəncə hadisələrinin daha bir iştirakçısı məhv edildi
İlham Əliyev: "Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır"
Trampın Türkiyəyə qarşı sanksiya qərarına Qərbdən və Şərqdən təpkilər gəlir
Peskov: "Ərdoğan Putindən yardım istəməyib"
Bakı-Balakən sərnişin qatarı təbii fəlakət səbəbindən yolda qalıb
Paşinyan kəşfiyyat şefini Qarabağa göndərdi
Elçin Quliyev at çapan Gülayla görüşdü – Atasını işə götürdü
42 minədək abituriyent ərizəsini təsdiq edib
Ərdoğandan sərt açılama: "ABŞ bizi dinləməsə..."