Qarabag Media
Haqqımızda Əlaqə

Araxış sovməsi - Laçının əsir abidələri - FOTOLAR


Tarix:23-10-2017, 23:12 Kateqoriya:Manşet / Abidələr

Araxış sovməsi - Laçının əsir abidələri - FOTOLAR

Araxış kəndi Kiçik Qafqaz sıra dağlarında, Murovdağın cənubunda, ortadağlıq yamaclarda, təxminən Respublikanın paytaxtı Bakı şəhərindən şose yolla 508 km qərbdə, rayon mərkəzindən şose yolla 58 km şimal-qərbdə, Qarabağ yaylasının cənub-qərb yamacında yerləşən kənd Xankəndi dəmir yolu stansiyası ilə şose yolla ara məsafəsi 130 km, Kürdhacı kəndindən 5 km şimalda, Ərikli kəndindən təxminən 2 km cənubda yerləşir. Kəndin ərazisində kəndin xarabalıqları və qədim qəbristanlıqların, həmçinin qəzalı vəziyyətdə olan Araxış sövməsi mövcud idi. Sövmənin tavanı çatma tağlarla tamamlanan günbəzli, bir nefli, mərkəz tipli bazilikası olan və olduqca diqqətəlayiq və dövrünə uyğun möhtəşəm bir şəkildə inşa edilmişdir.

Sövmə Sovet hökuməti tərəfindən qeydiyyata götürülmüş, lakin sövmənin ərazisində heç bir vaxt arxeoloji qazıntı işləri belə aparılmamışdır.
Əsas özəlliklərini müxtəlif dövrlərdə itirərək günümüzdə öz görkəminin bir hissəsini saxlayan abidə qeyri-adi memarlıq quruluşuna malikdir. Bu tip digər tikililərdən fərqli olaraq burada keşiş cübbələrinin saxlandığı yer - yəni geyinmə otağı yoxdur. Tikilinin planında bir apsidalı, nalşəkilli qurbangah diqqətəlayiq formadadır. Tikintinin inşası zamanı əsasən əllə yonulmuş, yaxşı işlənməmiş daşdan, əhəng və qum qarışığından istifadə edilmişdir. Xarici ölçüləri; 12.30x5.20 metrdir. Tikilinin ətrafında və ona yaxın ərazilərdə xristianlığa qədər və xristianlıq dövrünə aid edilən qədim qəbristanlıq uzanır.

Divarların qalınlığı 90 santimetrə qədərdir. Kompozisiya və və konstruksiya xüsusiyyətlərinə görə XII - XIII əsrlərə aid etmək olar. Tikintinin təməlinə və hörgü üslubuna diqqətlə baxış keçirən zaman açıq-aydın görünür ki, bu tikinti daha qədim zamanlarda tikilmiş və hansısa səbəbdən uçub dağılmış bir binanın təməli üzərində yenidən inşa edilmişdir. Sövmənin qapı və pəncərələrinin yanları ustalıqla yonulmuş, hörgü daşından tam fərqli, cilalanmış daş kəmərlə hörülmüşdür.

Yaxınlıqda yerləşən qəbiristanlıqda olan məzarüstü daşlara baxış keçirən zaman yuxarıda söylənən fakt özünü tam təsdiq edir. Burada onlarla məzarüstü daşlar günümüzə qədər gəlib çatmışdır. Ərazidə mövcud olan qədim qəbir abidələri əsas tarixi abidələr sayıla bilər. Onlardan bir neçəsinin üstündə yazılar vardır. Sövmə yenidən inşa edilən zaman məzarüstü daşların bəzilərinin yeri dəyişdirilmiş, sındırılmışdır və məhv edilmişdir. Bu proses sonrakı dövrlərdə də davam etmişdir.

Laçın rayonunun ərazisində olan mədəniyyət abidələri içərisində əsasən qəbirüstü abidələrin, kurqanların, məbədlərin özünəməxsus yeri var. Təbiətin rəngarəng gözəlliyi ilə səsləşən çox nadir sənət nümunələrindən biri olan, incə zövqlə, cızma və qabartma üsulları ilə işlənmiş qəbirüstü abidələr, eləcədə baş daşları, həmçinin at və qoç fiqurları, habelə digər abidələrin bir çoxu hələ də öz forma və gözəlliyini saxlayıb. Qeyd edək ki, Laçın ərazisi atəşpərəstliyin - zərdüştlüyün yaranma məkanlarının bir parçası və mərkəzi olan Zəngəzur ərazisinə daxil olduğundan burada Günəşə, Ulduza, Aya, ocağa sitayiş bu bölgədə yaranan bütün tikililərdə, əsas etibarı ilə memarlıq abidələrində öz əksini tapmışdır.

Araxış kəndinin yaxınlığındakı qəbristanlıq ərazisində bir-birindən fərqli çox sayda qəbirüstü abidələr və onların qalıqlarına son dövrlərə qədər rast gəlmək olurdu. Bu baxımdan şosse yolun aşağı hissəsində olan qədim qəbirlər və qəbirüstü abidələr diqqəti cəlb edir. Onlar xristianlıqdan əvvəlki dövrə aiddir. Hətta dəfn üslubu tam fərqli olan bu qəbristanlıqda bir iri arxaik daş abidə əkin işləri aparılan zaman təsadüf nəticəsində üzə çıxmışdı. 220x68x30 sm olçüdə olan bu qaya üzərinə işlənmiş rəsmdə dünyanın ən köhnə etiqadlarından biri olan Zərdüşt dininə inananlar odu, günəşi ən müqəddəs, baş ilahi və ülvi qüvvə hesab edir, odun, günəşin nuruna sitayiş etmək, qarşısında səcdə qılmaq, dua oxumaq və onun şərəfinə qurban vermək üçün kollektiv şəkildə mərasim keçirirlər. Mərasimdə Zərdüşt dininə iman gətirənlər oda, günəşə qurban olaraq heyvan (buğa və ya qoç) aparırlar.

Alban memarlığının səciyyəvi əlamətlərini özündə qoruyub saxlayan sinə və baş daşları albanlara xas olan üslubda naxışlanmış, üzərində alban xaçları işlənmiş, xristianlığa aid qədim daş abidələr özləri də müxtəlif dövrlərə aiddir. Belə ki, qəbristanlığın ərazisində, sövmənin cənubi-şimal tərəfində, bu yaxınlara qədər qalan, heç bir yazısı olmayan, arxaik, iri qaya üzərində işlənmiş alban xaçı da diqqəti cəlb edir. 220x60x30 sm olçüdə olan bu məzarüstü abidəni üslub və bədii xüsusiyyətlərinə əsasən XI-XII əsrlərə aid etmək olar. 180x67x30 sm ölçüdə olan daha bir daş abidə (xaçkar) sövmədən bir qədər aralıda, sövmənin cənub tərəfində bir kənara atılmış şəkildə qalmaqda idi. Bu abidəni isə öz üslub və bədii xüsusiyyətlərinə əsasən XVI-XVII əsrlərə aid etmək olardı.

Məzarlığın digər bir hissəsi isə islam dinin qaydalarına əməl olunaraq dəfn edilən müsəlman qəbristanlığıdır. Bu məzarların baş və sinə daşında ərəb qrafikası ilə yazılmış yazılar, eləcə də baş daşıların üzərində ki, ay-ulduz rəsmləri çox maraqlı idi.

Araxış kəndinin maddi və mənəvi mədəniyyətinin mühüm tərkib hissəsi olan bu daş abidələrin hay əsirliyidən sonrakı taleyi haqqında bu gün dəqiq məlumatımız yoxdur.

1992-ci ilin may ayının 18-i günü Laçın koridorunu ələ keçirmək məqsədi ilə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan Respublikasının Gorus rayonu istiqamətindən hücuma keçən Ermənistan Respublikası Silahlı Qüvvələri Laçın şəhərinin işğalını reallaşdırdı. Bu işğal nəticəsində Laçın rayonunun digər əraziləri ilə birlikdə Araxış kəndinin ərazisi də döyüş meydanına çevrildi. İşğaldan sonra hayların yayımladığı şəkillərdən məlum olur ki, qəzalı vəziyyətdə olan sövmənin bir hisəsi uçaraq yarıuçuq vəziyyətə düşmüşdür.
Araxış sovməsi - Laçının əsir abidələri - FOTOLAR

Araxış sovməsi - Laçının əsir abidələri - FOTOLAR

Araxış sovməsi - Laçının əsir abidələri - FOTOLAR

Araxış sovməsi - Laçının əsir abidələri - FOTOLAR

Araxış sovməsi - Laçının əsir abidələri - FOTOLAR

Araxış sovməsi - Laçının əsir abidələri - FOTOLAR

Sultan HÜMBƏTOV










SON XƏBƏRLƏR
Paşinyanın ritorikası Bakı üçün əlavə manevr imkanlar yaradır
Ukrayna ilə Rusiya arasında daha bir "körpü" yandırıldı
Gürcüstanda siyasi vəziyyət yenidən gərginləşir
Başı qırxılan qadın...
İraqda İŞİD üzərində qələbənin ildönümü qeyd olunur
Kəlbəcərdən yeni görüntülər - VİDEO
Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub
İlham Əliyev Beynəlxalq Şahmat Federasiyası prezidentini qəbul etdi
Vətəndaşlara birdəfəlik ödəmələrlə bağlı narazılıqlara aydınlıq gətirildi
Alimlərimizin dünyaya çıxmaq imkanları var
Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb
"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Mərhum General-mayor Fikrət Məmmədovun doğum günüdür
Özü ölsə, sözü ölməz ustadın
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib
RONNI Electronics -yeni il qabağı müştərilərini hədiyyələrlə sevindirdi
Azərbaycanda xəbər aparıcılarının tələffüz zamanı etdikləri səhvlər açıqlanıb - SİYAHI
Şəlvə sovməəsi - Laçının əsir abidələri - FOTO
Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYN - II YAZI
Paşinyanı Moskvada mühafizəçilərlə bir yerdə əyləşdirdilər
Qurban Qurbanov millidən getdi
Millət vəkili şagirdlərə dərs vəsaiti göndərdi
“Azərbaycan...Qazax...Səməd” - Mühacir Baycanın son sözləri
Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır
Günah xəbərlərini həvəslə tirajlamayın!.. - Bunun özü də böyük günahdır...
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazdı
Ərdoğan Poroşenkonun xahişini Putinə çatdırdı
Cavid Qurbanov: “Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”
Səksən səkkiz il əvvəl baş vermiş üsyan