Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan alimi Qazaxıstanda ortaq Türk diliylə bağlı təkliflərini səsləndirib - FOTO


Tarix:21-10-2017, 21:59 Kateqoriya:Manşet / Türk dünyası

Azərbaycan alimi Qazaxıstanda ortaq Türk diliylə bağlı təkliflərini səsləndirib - FOTO[/center
AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) 18-20 oktyabr 2017-ci il tarixlərində Qazaxıstanın Türküstan şəhərində Uluslararası Xoca Əhməd Yəsəvi Türk-Qazax Universitetinin və onun nəzdindəki Türkologiya İnstitutunun düzənlədiyi 7-ci Beynəlxalq Türkoloji Konqresdə iştirak edib.

Bu barədə Karabakhmedia.az-a məlumat verən Faiq Ələkbərli bildirib ki, “Təhlükədəki Türk dilləri” mövzusuna həsr edilmiş Beynəlxalq konfransa 6-dan çox ölkənin Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya Federasiyası, o cümlədən Tatarıstan, Çuvaşiya, Başqırdıstan, Yakutiya və b. Türksoylu ölkələrin alimləri qatılıblar.

F.Ələkbərli bildirdi ki, Konqresdə tanınmış dilçi alimlərdən Suer Eker, Eyup Sarıtaş (Türkiyə), Şakir İbrayev, Serdar Dağıstan (Qazaxıstan), Nikolay Eqorov (Rusiya Federasiyası, Çuvaşiya), Valerya Lemskaya (Rusiya Federasiyası, Tomsk), Firdaus Xisamatidinova (Rusiya Federasiyası, Başqırdıstan), Nasraddin Nazarov (Özbəkistan) və başqaları iştirak ediblər. Konqresin əsas mövzusu təhlükədəki Türk dilləri və onların həll yolları, eləcə də ortaq türk dilinin yaranmasının vacibliyi olmuşdur.

Azərbaycan alimi “Quzey Azərbaycanda milli dil məsələsi və onun həll yolları (XX yüzil-XXI yüzilin başları)” mövzusunda məruzəsi zamanı həm Azərbaycan türkcəsinin son əsrdə yaşdığı problemləri, həm də digər Türk xalqlarının eyni taleyi yaşamasından dolayı ortaq Türk dilinin artıq özünü ifadə etməsinin vacibliyini dilə gətirib. F.Ələkbərli: “Mən məruzəmdə 19-cu əsrin ortalarına qədər Türk xalqlarının əsasən, bir-birlərini anladıqları halda, ancaq son bir əsr yarım ərzində ciddi probləmlərlə üzləşdiyini bildiridim. Özəlliklə, Türk xalqlarının dillərinin sözdə inkişafında maraqlı olan qüvvələrin, əslində niyyətləri onların bir-birlərindən uzaqlaşması olmuşdur. Çünki hər bir xalqın milli varlığı ilk növbədə, onun dilinin inkişaf səviyyəsi ilə ölçülür. Biz isə görürük ki, xüsusilə Sovet Rusiyası Türk xalqlarının dillərinin ayrı-ayrılıqda inkişafı adı altında əslində ruslaşdırma siyasəti aparmışdır”.

F.Ələkbərli Konqresdə ortaq Türk dilinin yaranmasıyla bağlı konkret iki təklif verdiyini də dedi: “Mən Konqres iştiraskçılarının nəzərinə çatdırdım ki, birincisi, ortaq Türk dili qədim Türkcə ilə Türk xalqlarınım müasir dilləri üzərində işləməklə ortaya qoyulmalıdır. Yəni, ortaq Türk dili əski türkcə ilə müasir dövrdə çox işlədilən Türk dilləri üzərində təşəkəkül tapmalıdır. İkincisi, həmin ortaq Türk dili bütün müstəqil Türk dövlətlərinin (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Quzey Kipr Türk Cümhuriyyəti, Türkmənistan) təshil sistəmində yer almalı və 1-ci siniflərdən etibarən məcburi olaraq tədris olunmalıdır. Bir sözlə, hər bir Türk xalqı öz dilini inkişaf etdirmək, digər əcnəbi dilləri öyrətməklə yanaşı, ortaq Türk dilini də keçməlidirlər. Bununla da, bu kimi Türkoloji və digər konqreslərdə bir araya gələn Türk xalqlarının alimləri də öz çıxışlarını ortaq Türkcədə etməlidirlər. O zaman indi də qarşılaşdığımız kimi artıq rus, ingilis və ya başqa dillərdən istifadə etməyə də ehtiyac qalmayacaqdır”.
[center]Azərbaycan alimi Qazaxıstanda ortaq Türk diliylə bağlı təkliflərini səsləndirib - FOTO

Azərbaycan alimi Qazaxıstanda ortaq Türk diliylə bağlı təkliflərini səsləndirib - FOTO

Azərbaycan alimi Qazaxıstanda ortaq Türk diliylə bağlı təkliflərini səsləndirib - FOTO

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Bu gün Üzeyir Hacıbəyovun doğum günüdür
TÜRK MİLLİYYƏTÇİLİYİNDƏ SİYASƏT
Yaqub Mahmudov: "Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb"
Rəsmi Moskva hədəfi göstərdi: Təyyarənin vurulmasının günahkarı İsraildir
İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
Şükür Mürsəloğlunun şeirlər kitabının təqdimat mərasimi keçirilib
Bakının qurtuluşunun 100 illiyi münasibətiylə geniş tədbir keçirilib - FOTOLAR
İsrailli politoloq: “Paşinyan Azərbaycanı müharibəyə təhrik edir”
Heydər Əliyev hərbi xidmətə yollandı - FOTO
Süleyman Rüstəmin Mir Cəfər məclisində ölümcül zarafatı
Paşinyanın arvadı Qarabağda ölən ermənilərin analarını topladı, azərbaycanlı analara müraciət etdi
Göygöl rayonunda dəhşətli qətl — Atasını balta və bıçaqla öldürdü
İsrail İranın nəqliyyat təyyarəsini anqarda vurdu
Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan parad keçirilib - FOTOLAR
Qaxda dağlıq ərazidə yıxılan çoban ölüb
Qafqaz İslam Ordusunun Bakı zəfəri iki qardaş xalqın birgə yazdığı şərəfli tarixdir
Bu gün Beynəlxalq Demokratiya günüdür
Atatürk hava limanından ilk uçuş Azərbaycana olacaq
Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı video-çarx hazırlayıb
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
Xilaskar paşaların nəvəsi Arzu Ənvər Bakıya gəlib
ABŞ-da fövqəladə vəziyyət elan edilib
Bakının fatehi — Nuru paşa
Xaçmazda "Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda tədbir keçirilib - FOTO
Bu gün Azərbaycanda Bilik günüdür
Bakının erməni-bolşevik işğalından azad olunmasından 100 il ötür
“Bunu deyən kimi başlayırlar məni söyməyə” - Deputatlardan Qafqaz İslam Ordusuna fərqli BAXIŞ
DİN yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başladı
İlham Əliyev TOTAL-ın direktorunu qəbul edib
Azərbaycanla Türkiyə arasında hərbi sahədə daha bir sənəd müzakirə edilib