Qarabag Media
Haqqımızda Əlaqə

İranda İsmayılizm təriqətinin yaranması


Tarix:17-10-2017, 16:16 Kateqoriya:Manşet / Araşdırma

 İranda İsmayılizm təriqətinin yaranması VII əsrdə İranda İsmayılizm təriqətinin və XI əsrdə İsmayılizm dövlətinin yaranmasının səbəbləri haqqında...

VII əsrdə altıncı şiə imamı olan Cəfər Sadıx imamlığı öz böyük oğlu olan İsmayıla vermədi. Səbəb isə İsmayılın şərab içməsi olmuşdur. İsmayıl isə atasından əvvəl vəfat etdi. Bu səbəbdən də şiə təriqətinin daxilində parçalanma baş verdi. Şiələrin müəyyən hissəsi imam kimi İsmayılın oğlu Məhəmmədi qəbul etdilər.

Bağdadda oturan xəlifə tərəfindən təqib olunan İsmayıllı cəmiyyətinin üzvləri gizlənmək məcburiyyətində qaldılar. Bundan sonra onlar xalq arasında belə şayiə yaymağa başladılar ki, Mehdi adında yeni imam gələcək və o, insanlara irqindən və dinindən asılı olmayaraq xoşbəxtlik gətirəcəkdir.
VIII-IX əsrlərdə İsmayıllı cəmiyyətində yenidən parçalanma baş verdi. Bu dəfə özünün imam Əlinin və Peyğəmbərin qızı Fatmanın nəslindən olduğunu elan edən Ubeydulla adlı şəxs Fatimilər xilafətinin Tunisdə yaranmasının əsasını qoydu. Bu xəlifə dövləti 909-cu ildən 1171-ci ilə kimi hakimiyyətdə qalmışdır. Fatimilər xilafətində dövlətin rəsmi dini İsmayılizm təriqəti olmuşdur.

İranda İsmayılizm cəmiyyətinin üzvləri tərəfindən başlanan xalq üsyanına başçılıq etmək Həsən ibn Sabbaxın adı ilə bağlıdır. Həsən ibn Sabbax rəhbər, təşkilatçı İsmayılizm cərəyanının ideologiyasını ifadə və müdafiə edən şəxs olmuşdur. Əlamut qalası İsmayıllılar tərəfindən 1090-cı ildə tutulmuşdur. Həmin vaxt İsmayıllı dövlətinin yaranma tarixi hesab olunur. Əlamut qalası sıldırım qayalarla əhatə olunmuş və o dövrün hərbi texnikasına görə alınmaz qala olmuşdur. İsmayıllı dövləti nə Səlcuq, nə də Fatimilər xəlifəsinə tabe deyildi.

Həsən ibn Sabbaxın otuz beş illik hökmranlığı dövründə Əlamut qalasında heç kəs açıq olaraq şərabdan istifadə etməmişdir. Bu qanunu pozduğuna görə Həsən ibn Sabbax öz doğma oğlu Məhəmmədi dar ağacından asdırmışdır.

Həsən ibn Sabbax xalq üsyançılarına başçılıq etmiş şəxslərdən fərqli olaraq varlanmaqdan və şəxsi sülalə qurmaqdan, hakimiyyəti oğlanlarına verməkdən imtina etmişdir.
Məşhur italyan səyahətçi Marko Polo İsmayıllılar və onların terrorçu hazırladıqları haqqında yazmışdır.

Ələddin adlı qoca iki dağın arasında yerləşən dərədə böyük və əla bir bağ yaratmışdır. Bu bağı heç yerdən görmək və ora getmək mümkün deyildir. Həmin bağda ən gözəl imarətlər və saraylar tikilmiş idi. Bu bağın daxilində kanallar çəkilmiş, kanalların birindən şərab, digərindən süd, başqasından bal və özgəsindən su axırdı. Burada ən gözəl qızlar və qadınlar bütün musiqi alətlərində çalıb oxuyurdular.

Qoca Ələddin öz adamlarına bu bağın Peyğəmbər Məhəmmədin təsvir etdiyi cənnətə oxşadığını deyirdi ki, cənnətdə də insanlar istədikləri qədər kanallarda axan şərab, süd, bal və sudan istifadə edəcəklər.

Qoca bu bağa öz istəyinə uyğun olaraq beş, on, bəzən iyirmiyə qədər gənc oğlanları seçər, onları anaşa vasitəsilə yuxuya verdirib sonra bağda oyadardılar. Oyanmış gənc özünün harada olmasını soruşanda ona sən cənnətə düşmüsən deyirdilər. Burada qızlar və qadınlar bütün günü mahnı oxuyar, oynayar və oğlanların bütün arzularını yerinə yetirərdilər.

Müəyyən vaxtdan sonra qocanın əmrinə uyğun olaraq gəncləri yenidən anaşa ilə yuxuya verib onun yanında oyadardılar. Oğlanlar bağda gördüklərini qocaya danışardılar. Onlar qocanın peyğəmbər olmasına inanar və onun tapşırıqlarını yerinə yetirərdilər.

Qoca tərəfindən öldürülmək və ya qorxutmaq üçün seçilmiş şəxslər dövlət başçıları olurdular. Ona görə də çoxlu sayda dövlət başçıları, hökmdarlar və zadəganlar qocaya xərac, hədiyyə və bəxşiş verirdilər.

Qoca tərəfindən öldürülmüş ən məşhur şəxs Səlcuq sultanlarından Alp Arslan və Məlik şaha otuz iki il vəziri olmuş Nizami mülk və Hersoq Konrad olmuşdur.

1257-ci ildə Ələmut qalası monqol xanı Xulaqi tərəfindən tutulmuş və bununla da İsmayilliyə dövləti tarixdən silinmişdir.

Hal-hazırda İsmayıllı təriqətinin üzvləri Pakistanda, Suriyada, Tacikistanda, Şərqi Afrikanın Zənzibar adasında və Pamir dağlarında yaşayırlar.

Məhəmməd QARAKİLSƏLİ










SON XƏBƏRLƏR
Milli Qəhrəman Əlif Hacıyevin doğum günüdür — FOTO
Zaqatala: Azərbaycanın qalib gəldiyi mübahisə
TARİXİ GÜN — Xalq həm prezident, həm də parlamenti seçir
Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür
Suriyada İran ordusunun generalı həlak olub
"F- 35"lər Türkiyədə!
Ruslar Paşinyana o qırıcıları satan deyil
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Azərbaycan və Ermənistan XİN başçıları Minskdə görüşdülər
Prezident səhiyyə işçilərini təltif edib - SİYAHI
BMT-NİN 4 QƏTNAMƏSİNƏ LAVROV YANAŞMASI...
Millət vəkili: Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq
Dilqəm Əsgərovun oğlu evləndi
Nərimanov rayonunda eyvanlardan paltar asmaq qadağan edildi
Elmar Məmmədyarov erməni nazirlə görüşə razılaşdı
Futbolçular baş məşqçini dəyişməyi xahiş etdi - Məğlubiyyətdən sonra
22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər
Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
Azərbaycan hökuməti bayraqla bağlı tarixi qərara imza atdı
Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı- Bəxtiyar Qəhrəmanov
Hacısamlı — Kəndlərimiz rubrikasından
Çavuşoğlu və Məmmədyarovu nə bağlayır?
Vikipediyada AXC ilə bağlı nə baş verir? - VİDEO
Abdulla Şaiq yaradıcılığında insan problemi - II YAZI
Qadın paltarına qarşı kəlbətin - Murad Köhnəqala yazır
Səlahəddin Dəmirtaşın qardaşı Qəndildə öldürüldü
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
Altayda iki min il yaşı olan qeyri-adi türk mumiyası tapılıb
Elmar Məmmədyarov Belarusa gedib
900 manatdan çox maaş alan müəllimlərin sayı açıqlandı