Qarabag Media
Haqqımızda Əlaqə

«Ermənistan Azərbaycana müharibədən başqa çıxış yolu qoymayıb»


Tarix:17-10-2017, 14:16 Kateqoriya:Manşet / Qarabağ

«Ermənistan Azərbaycana müharibədən başqa çıxış yolu qoymayıb»

Akif Nağı: “Ermənistan prezidenti açıq şəkildə bildirdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalma variantı yoxdur”

Dünən Cenevrədə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezident Serj Sarqsyan görüşüblər. Tədbirdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı FaktXeber.com-a sözügedən görüşü şərh edib.
«Ermənistan Azərbaycana müharibədən başqa çıxış yolu qoymayıb»

QAT sədri bildirdi ki, Aprel döyüşlərindən sonra ermənilər Azərbaycanın problemin müharibə yolu ilə həllinin tərəfdarı olduğunu göstərdiyini deyərək, özlərini də sülh göyərçini kimi təqdim etmək istədilər: “Azərbaycan tərəfi isə bunu qələbə kimi təqdim elədi, bildirdi ki, ermənilər danışıqları davam etdirmək üçün şərt qoyublar, amma şərtsiz davam elədi. Hesab edirəm ki, bu gülməlidir, Azərbaycan tərəfi belə bir mövqedən çıxış eləməməlidir. Torpağımız işğal altındadır. Ermənistan danışığa gəlib görüşürsə, bunu qələbə kimi təqdim eləmək ən azı qeyri-ciddi bir məsələdir».

Danışıqların gedişində hər iki tərəfin cəbhə xəttində gərginliyin azaldılmasında maraqlı olduğu barədə həmsədrlərlə birgə bəyanat verildiyini xatırladan Akif Nağı, həmsədrlərin də, BMT-nin Baş katibinin də görüşdə əldə olunan razılıqla bağlı razılıqlarını bildirdiyini dedi: «Amma nəticə Azərbaycan üçün də heç də xoş deyil. Xüsusilə də ordan çıxandan sonra Ermənistan prezidenti erməni diasporasının nümayəndələri ilə görüşdü və açıq şəkildə bildirdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalma variantı yoxdur. Əgər Emənistan bu mövqedən çıxış edirsə, Azərbaycan danışıqları nə üçün davam etdirməlidir, yaxud danışıqların nəticələrindən danışmağa dəyməz. Əgər belədirsə, torpaqları işğaldan azad etmək üçün Azərbaycanın da müharibədən başqa variantı yoxdur. Yəni dolayısı ilə Ermənistan Azərbaycana müharibədən başqa çıxış yolu qoymayıb».

Bəs Soçidən sonra Cenevrə görüşünün təşkil edilməsi ATƏT-in münasibəti ilə bağlıdır, yoxsa pərdə arxasında bir məqam var?

Müsahibimiz, Qərblə Rusiya arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi rəqabət getdiyini bildirdi və bunun kökündə münaqişənin həll eləmək istəyi dayanmadığını vurğuladı: «Münaqişəyə kim təsir edir, kimin nəzarəti daha çoxdur onu göstərməyə çalışırlar. Ona görə Moskvanın təşəbbüsü ilə Rusiya ərazisində görüş keçirəndə Qərb tərəfi də ya ATƏT, ya Avropa Şurası çərçivəsində, ya da Amerikaya dəvət etməklə çalışır ki, bir görüş keçirməklə onlar da hansısa təsir imkanlarına malik olduqlarını göstərsinlər. Hesab edirəm ki, Rusiyadan sonra, görüşün Cenevrədə təşkil olunması Qərb dairələrin münaşqişəyə təsir imkanlarını nümayiş etmək istəyi kimi dəyərləndirmək olar».

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı — FOTO
İŞİD Suriyada əsas istinadgahını itirib
Milli qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür
XİN-dən azərbaycanlı əsirlərə işgəncə verən erməni generalın həbsinə MÜNASİBƏT
AHİLİK– ƏXİLİY NƏDİR?! — Unudulmuş bir Türk gələnəyinin bilinməyənləri...
Türkiyə Antarktikada elmi baza yaradacaq
Bu gün tibb işçilərinin peşə bayramı günüdür
Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərləndi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MIRZƏ ŞƏFİ VAZEH
Əfqanıstanda partlayış nəticəsində 35 nəfər ölüb, 65 yaralanıb
"Bizim ailədə 5 nəfər SSRİ maarif əlaçısı olub" — Şəbnəm Uğurlu
DÇ-2018: Bugünkü oyunlar – CƏDVƏL
Mübariz Mənsimov Eynulla Fətullayevə cavab verdi: “Siz nə yazsanız da, nə etsəniz də, hansı dona girsəniz də…”
Putin Paşinyanı İlham Əliyevlə tanış edib
Azərbaycanın ən görkəmli yerlərində Nadir şahın xatirəsinə abidə ucaldılmalıdı
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür
Ərdoğan: “ Kürd qardaşlarımızın bu oyunu pozacaqlarına inanıram”
Topçubaşovla ABŞ prezidentinin görüşünü kim təşkil etmişdi? - FOTO
Dörd ayda olan nikah və boşanmaların sayı açıqlanıb
Cocuq Mərcanlıda məcburi köçkün uşaqlar üçün tədbir təşkil edilib
“Son zəng” günündə şagirdlər arasında qanlı dava
İsmayıllıda şəhid Mikayıl Vahabzadənin anım mərasimi keçirilib - FOTO
Qurtuluş - zəfərin yüksəlişi
Azərbaycan əhalisinin sayı açıqlanıb
AMB sədri 200 manatlıq əskinaslara çəkilən xərcdən danışdı
26 il öncə baş vermiş yay hücumunun detalları — Əməliyyatın iştirakçısı şərh edir
Atatürk türkün nələri bilməsini vacib hesab edirdi?.. - ARAŞDIRMA
Bu gün son zəngdir
ABŞ Koalisiyasının Suriyada aviazərbələri nəticəsində dinc sakinlər həlak olub