Qarabag Media
Haqqımızda Əlaqə

Vətən sevgisi, vətəndaşlıq borcu


Tarix:17-10-2017, 14:03 Kateqoriya:Manşet / Yazarlar

Vətən sevgisi, vətəndaşlıq borcuHəzrəti Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur:
"Sərhəd boyunca vətəni qoruyan gözləri cəhənnəm atəşi yandırmayacaqdır, Allahın razılığı üçün vətən sərhədlərini qoruyanlara isə daim savab yazılacaqdır."


VƏTƏN. Nədir vətən? Niyə sevməliyik vətəni? Nədir bu məfhum?

Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə vətənsiz yaşaya bilmir.Doğma vətənim Azərbaycan müxtəlif fikirli və əqidəli övladları birləşdirən yeganə anadır. O ana ki, övladları arasında heç bir fərq qoymur, hamısını böyük məhəbbətlə ağuşuna alır.Bəs Vətən haradan başlanır? – Vətən sərhəddən başlanır. Vətən məndən, səndən, ondan başlanır.

Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir.Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır.Vətən müqəddəsdir.Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar. Onlar bu torpaqlar uğrunda canlarından keçib,şəhidlik rütbəsinə yüksəlmişlər.Vətəni və vətəndaşı sevmək böyük bir əxlaqi keyfiyyətdir. Dinimizin əmri, Uca Rəbbimizin razı qaldığı əməldir.İnsan mənəviyyatını müəyyən edən, zənginləşdirən önəmli əxlaqi prinsiplərdən biri də xalq və vətən sevgisidir. Nahaq yerə “ana vətən”sözü işlədilmir.Vətən ana qədər sevilməli,ana namusu kimi qorunmalıdır. İnsanı ucaldan onun dəyərini artıran bu qəbildən vətən sevgisidir.Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Əks təqdirdə bu sevgi kamil sayılmır.

Xalqın, millətin üzvü olmaq hansısa bir dildə danışmaq, hansısa bir dinə mənsub olmaq demək deyildir. Hər bir insan mənsub olduğu millətin, xalqın mənəvi dəyərlərini bilməli, onları qətiyyən unutmamalıdır.

Vətənə bağlılıq onu sevmək, qorumaq və inkişaf etdirməkdir. Çünki nə vətənsiz bir millət, nə də millətsiz bir vətən ola bilər.Vətən əldən gedərsə, o millətin hər cür milli-mənəvi dəyərləri də yox olub gedər.Vətəni qorumaq dövlət və milləti qorumaq, vətəni sevmək də dövlət və milləti sevməkdir.Vətənə bağlılıq milli-mənəvi dəyərlərə, ailəyə, bayrağa, dilə, tarixə, adət-ənənəyə, dinə, sənətə, milli birlik və bərabərliyə bağlılıqdır.
Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi, şair, dramaturq, tərcüməçi Abbas Səhhətin Vətən şerində deyildiyi kimi:
Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim.

Vətən – əcdadımızın mədfənidir, Vətən – övladımızın məskənidir. Vətənin sevməyən insan olmaz, Olsa, o şəxsdə vicdan olmaz.

Ata babalarımızdan əmanət olaraq aldığımız,üzərində xoşbəxt və firavan yaşadığımız,yer üzünün cənnəti olan bu gözəl yurdumuzu,onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq.

İnsanoğlunun xislətində yaradılışından ömrünün sonuna qədər belə bir psixoloji hiss mövcuddur: qarşılıq. Daha dəqiq desək, insan bəzən hansısa bir hərəkətinin, sözünün qarşılığında təmənna umur.Müəyyən məqamlarda bu, insanın ən təbii haqqıdır. Amma yeganə bir varlıq vardır ki, o, təmənnasız olaraq sevilir, ona təmənnasız olaraq xidmət edilir – VƏTƏN! Xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Düşünməyin ki, Vətən sizə nə edib, düşünün ki, siz Vətən üçün nə etmisiniz”.

Vətən sevgisi ən əsil, ən uca sevgidir. Məqamı gəlincə Vətən üçün döyüşmək də Vətən sevgisinin bir təzahürüdür. Unutma¬malıyıq ki, biz Vətən uğrunda qanlarıyla dastanlar yazanların, şəhidlər verən bir millətin övladlarıyıq.Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. Əsl vətəndaş odur ki, öz vətənini qəlbi ilə, canı və qanı ilə sevir. Onun azadlıq və istiqaliyyəti uğrunda hər an canını da verməyə hazırdır. İnsan həyata bir dəfə gəlir. Müdrik bir kəlamda deyilir: "Vətəndə ölməyən iki dəfə ölür". Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır. Bu müqəddəs məkanda keçmişlə gələcəyimiz qovuşur. O əbədi və əzəlidir. Onun göylərində əcdadlarımızın ruhları dolaşır.Torpağa, yurda sevginin əsası isə ailədə və məktəbdə qoyulur. Buna görə də hər bir məktəb, ilk növbədə şagirdlərinin yüksək vətənpərvər kimi böyüməsi üçün bütün imkanlardan istifadə etməlidirlər. Bunun üçün məktəblilər yurdun tarixilə yanaşı, onun hər bir bölgəsini yaxşı öyrənməlidirlər. Çünki Vətəni yaxşı tanımadan onu sevmək çətindir. Ölkə, Vətən sevgisi uşaqlara möhkəm aşılanmalıdır.

Gənclərdə vətənpərvərlik hissinin aşılanması,formalaşdırılması məhz məktəblərin üzərinə düşən vəzifələrdəndir.Vətənpərvərlik hissi uşaqlarda körpə yaşlarından formalaşdırılmalıdır.Torpaqlarımızın işğal altında olduğu bir şəraitdə uşaqlarda vətənə,torpağa, elə-obaya sevgi, məhəbbət hissini formalaşdırmaq məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir. Torpaqlarımızın işğal günlərində bunu uşaqlara faciə kimi deyil, bu faciəni törədənlərə nifrət hissi kimi aşılayırlar.Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir.Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir.

Vətəni qorumaq, mühafizə etmək üçün əqidəli, qətiyyətli vətəndaşlara ehtiyac vardır. Bu əqidəsi möhkəm insanların sayı tarixdə hər zaman ümumi kütləyə nisbətdə az olmuşdur. Vətən sevgisi, vətən namusu, vətən qeyrəti sözügedən həqiqi vətəndaşlara xas olan qabarıq xüsusiyyətlərdəndir. Bunlar o eqoist hisslərdən deyil ki, başqalarını əzsin, məhv etsin özünü üstün bilsin. Əsla! Bu sevginin mənbəyi ümumiyyətlə torpağa olan bağlılıq və hörmətdir ki, bu nemət Uca Allah (c.c) tərəfindən bizə əmanət edilmişdir. Bu vətəni, bu torpağı bizə ata-babalarımız necə əmanət qoyublarsa, biz də bizdən sonrakı nəsillərə bu yurdu, bu eli sağlam bir şəkildə təhvil verməliyik .Əziz İslam Peyğəmbəri Muhəmməd (s.ə.s) buyurmuşdur: "Vətəni sevmək imandandır". Belə ki, öz Yaradanını, niyə yaradıldığını, özünü, kimliyini anlayan insanda vətəninə qarşı sevgi mütləq yüksək səviyyədə olacaqdır. Əks halda bu torpaqda yaşamağımız, faydalanmağımız bizim vicdanlı yaşayışımıza zidd hala gətirib çıxaracaqdır.

Son olaraq deyə bilərəmki, Vətən mənim, sənin, bizim, sizin – hamımızındır. Vətəni olmaq həm də azadlıq deməkdir. Bu azadlığın əbədiliyi isə bizim olanın layiqincə sevilməsi, qorunması və nəsildən nəslə ötürülməsi ilə mümkündür.

Rövşən Əvəzoğlu
Müstəqil araşdırmaçı











SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Neftçilər günüdür
Sevil Nuriyevanın həyat yoldaşı İstanbulda güllələnərək qətlə yetirilib
Bu gün Aşura günüdür
İdlib razılaşması: Putin Ərdoğanın arqumentlərini qəbul etdi
Qurban Qurbanov: Üstünlük “Sportinq”dədir
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: NƏCƏF BƏY VƏZİROV - III YAZI
Azərbaycan sevdalı Yavuz Akpınar
"Heydər Əliyev ciddi hərbi təlimlər keçir, hamı kimi ona da güzəşt olunmur" — Ayaz Mütəllibovdan AÇIQLAMA
Rasim Balayev: "Bu gün kinolar seçilir, ancaq səviyyəsiz seriallar ilə"
Tanınmış idmançıya idman ustası adı verildi
Daha bir azərbaycanlı xanım deputat seçildi
LEYSAN ÖZLƏMİ
Ermənistan Dağlıq Qarabağa dair "qırmızı xətti" keçir
Məhərrəmliyin mahiyyəti
Tramp Paşinyanla görüşə razılıq verməyib
Səsi çatan o taya əli yetmədi Şəhriyarın...
Çempionlar Liqası: Qalatasaray və Barselona darmadağınla başladılar
ABŞ Putin-Ərdoğan razılaşmasını dəstəkləyəcək
"O, bilirdi ki, ölümə gedir" - Prezident Mübarizin atası ilə görüşüb
Bu gün Üzeyir Hacıbəyovun doğum günüdür
TÜRK MİLLİYYƏTÇİLİYİNDƏ SİYASƏT
Yaqub Mahmudov: "Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb"
Rəsmi Moskva hədəfi göstərdi: Təyyarənin vurulmasının günahkarı İsraildir
İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
Şükür Mürsəloğlunun şeirlər kitabının təqdimat mərasimi keçirilib
Bakının qurtuluşunun 100 illiyi münasibətiylə geniş tədbir keçirilib - FOTOLAR
İsrailli politoloq: “Paşinyan Azərbaycanı müharibəyə təhrik edir”
Heydər Əliyev hərbi xidmətə yollandı - FOTO
Süleyman Rüstəmin Mir Cəfər məclisində ölümcül zarafatı
Paşinyanın arvadı Qarabağda ölən ermənilərin analarını topladı, azərbaycanlı analara müraciət etdi