Qarabag Media
Haqqımızda Əlaqə

II Türk Dünyası Sənədli Filmlər Festivalı Bakıda


Tarix:16-10-2017, 13:45 Kateqoriya:Manşet / Mədəniyyət

II Türk Dünyası Sənədli Filmlər Festivalı Bakıda

Oktyabrın 13-də Bakı Dövlət Universitetində II Türk Dünyası Sənədli Filmlər Festivalının açılışı olub. Tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Yunus Əmrə İnstitutu və BDU-nun dəstəyi ilə keçirilib.

Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, "6 ölkə bir festival” devizi ilə təşkil edilən Türk Dünyası Sənədli Filmlər Festivalının keçirilməsinin başlıca məqsədi müxtəlif ölkələrdə yaşayan türklərin zəngin mədəniyyətə malik dəyərlərini tanıtmaq və dünyaya təqdim etməkdir.

Eyni zamanda, qeyd olunub ki, festivalın təşkili həm də qardaş türk xalqlarının biri-birilərini daha yaxından tanımaları üçün şərait yaratmaq məqsədi daşıyır. Rektor müvafiq layihəyə türk dünyasının müxtəlif yerlərindən bir çox qurumların, o cümlədən ali məktəblərin dəstək verdiyini diqqətə çatdırıb. Türk Dünyası Qəzetçilər Federasiyasının rəhbəri Menderes Dəmir türkdilli ölkələr arasında əlaqələrin əhəmiyyətindən bəhs edib. Bildirilib ki, 2016-cı ildə beş ölkədən təqdim edilən yeddi filmlə keçirilən festivalın builki ikinci tədbirində artıq yeddi ölkədən 18 film nümayiş olunur. Digər çıxış edənlər də festivalın əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb, uğurlar arzulayıblar. Sonra TRT-nin hazırladığı "Sırac” sənədli filmi nümayiş etdirilib. Filmin mövzusu Türkiyənin Tokat, Yozqat, Sivas, Çorum bölgələrində yaşayan türkmən sırac tayfasının mədəni dəyərləri və yaşam tərzi ilə bağlıdır. Sıraclar Azərbaycan türklərinin də formalaşmasında rol oynayıb, eləcə də Azərbaycan Səfəvi İmperiyasının qurulmasında iştirak etmiş Oğuzun Bəydilli tayfasına məxsusdurlar. Daha sonra Nizami Kino Mərkəzində II Türk Dünyası Sənədli Filmlər Festivalı çərçivəsində növbəti mərasim baş tutub olub. Əvvəlcə festivalla bağlı videoçarx nümayiş etdirilib.

Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, səfirliyin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi, Türk Dünyası Qəzetçilər Federasiyasının rəhbəri Menderes Dəmir çıxış edərək festivalın müxtəlif ölkələrdə yaşayan türklərin zəngin mədəniyyətə malik dəyərlərini tanıtmaq və dünyaya təqdim etmək baxımdan əhəmiyyətini vurğulayıblar. Vurğulanıb ki, bu ildən etibarən festivalda mərhum azərbaycanlı rejissor Tofiq İsmayılovun xatirəsinə xüsusi mükafat təyin edilib. Mükafata Başqırdıstandan Kirsten Qaynetin "7 Maidens Theatre” filmi layiq görülüb.

Daha sonra "Sıraç” nümayiş etdirilib. Qeyd edək ki, Türkiyəli rejissor Gülşən Sarunun "Sıraç” filmi festivalda üçüncü yerə layiq görülüb. Film bakılı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib
Faiq Ələkbərli İstanbulda Uluslararası simpoziuma qatılıb - FOTOLAR
“Polislər bizi şərlədi, onlara cinayət işi açıldı” – Həmyerlilərimizin başına iş gəldi
Ermənilər tərəfindən bir gündə vurulan Azərbaycan və Yuqoslaviya təyyarələri
Makedoniyalı siyasətçi: ”Şəhid Mübariz İbrahimov Balkan türklərinin qəhrəman oğludur”
94 YAŞLI FENOMEN — Bu gün Şirməmməd Hüseynovun doğum günüdür
Qarabağ bəylərbəyliyi: ETİMOLOGİYASI, ƏRAZİSİ VƏ SƏRHƏDLƏRİ
Qənirə Paşayeva himn müzakirələrinə etiraz etdi
Oqtay Əsədov jurnalistlərə çağırış edib
Ərdoğan Suriya ilə bağlı sensasion bəyanat verdi
Prezident şəhid vərəsələrinə verilən 11 mindən danışdı
Qarabağda erməni əsgər minaya düşdü
Rusiya Ermənistanda zirehli texnikaların dağlıq relyefdə təlimlərini keçirdi
Angela Merkel Avropa Birliyi ölkələrindən səfirlikləri Qüdsə köçürməməyi xahiş edib
"Sultan Inşaat MMC "- endirimli qiymət paketləri təkilif edir
Prezident Mingəçevirə yeni icra başçısı təyin etdi
Gürcüstan müxalifəti növbədənkənar parlament seçkiləri tələbi ilə fasiləsiz aksiyalara başlayır
Nazirlikdən xəbərdarlıq: Yollar buz bağlayacaq
Şəhid qızından millət vəkilinə MÖHTƏŞƏM CAVAB: "İçində atamın nəfəsi var" - FOTO
Türkiyədə böyük əməliyyat: 4328 nəfər tutuldu
Qaxda yol qəzası olub, xəsarət alan var - FOTO
ABŞ kilsə zəngini 100 ildən sonra Filippinə qaytardı
Sabahın HAVASI: Yağış və qar yağacaq
Maksim Şevçenko: "Ermənistan Laçın, Cəbrayıl, Fizuli və başqa rayonları Yeltsin rejiminin dəstəyi ilə işğal edib"
Ehtiyatlı olmaq lazımdı
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Avstraliya Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdı
"Nərmin Şahmarzadəni cinayət məsuliyyətinə cəlb etmək lazımdır"- Millət vəkili
Ramiz Rövşənin doğum günüdür - "Bağışla, bağışla, məni bağışla"