Qarabag Media
Haqqımızda Əlaqə

Rəsulzadə dövlətimizə Azərbaycan adını verməklə, böyük Türk dövlətinin qurulmasını hədəfləmişdir


Tarix:15-10-2017, 13:31 Baxış Sayı:560 Kateqoriya:Manşet / Yazarlar

Rəsulzadə dövlətimizə Azərbaycan adını verməklə, böyük Türk dövlətinin qurulmasını hədəfləmişdir

Böyük Azərbaycan Türk aydını, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə Azərbaycan türkləri, Azərbaycan xalqı üçün nə lazımdır artıqlaması ilə, layiqincə etmişdir. Bizlər də, Böyük Azərbaycan aydınına, dövlət xadimimizə bir az da sahib çıxıb Bakı Dövlət Universitetinin önündə abidəsini qoysaq, onun adını yenidən universitetə versək, millət olaraq vıcdanımız az da olsa rahatlıq tapar!!! Ancaq bu məsələnin bir tərəfidir. Hər halda bununla da BDU-ya təhsil almağa gələn gənclər Rəsulzadənin adını daşıdığı bir Universitetdə bilik almaqdan da, onun abidəsi önündə dayanmaqdan da yalnız və yalnız qürur, şərəf duyacaqlar!!!

Ancaq burada önəmli olan məsələ, yalnız Rəsulzadəyə BDU-nun önündə abidənin ucaldılması ya da BDU-ya yenidən onun adının verilməsi deyildir. Eyni zamanda onun adını daşıdığı, abidəsinin ucaldıldığı bir Universitetdə oxuyan tələbələr bir qədər də yaxından biləcəklər ki, Rəsulzadə yeni dövrdə yalnız parçalanmış Azərbaycanın ya da Azərbaycan türklərinin deyil, bütün Turan Türklərinin (Azərbaycan, Xorasan, Qaşqay, Kərkük, Borçalı, Dərbənd, Türkistan və b.) liderlərindən biri olmuşdur. Əgər hər bir azərbaycanlı, Azərbaycan türkü (Gəncəli, Ərdəbilli, Xoylu, Bakılı, Naxçıvanlı, Şuşalı, Marağalı və b.) bunu daha dərindən, daha məntiqli şəkildə dərk edərsə, digər Türk qardaşlarıyla, Türk soydaşlarıyla (Xorasanlı, İsfahanlı, Qaşqaylı, Kərküklü və b.) əl-ələ verib, çiyin çiyinə durub, arxa dayaq olub mərkəzi Azərbaycan olmaqla böyük bir Türk dövlətini də quracaqlar...

Deməli, Yeni Türk dövlətinin qurulmasının əsas təməllərindən biri də Rəsulzadənin irsinin, onun Azərbaycan Cümhuriyyəti əsərinin dərkindən keçir. Rəsulzadə "Əsrimizin Səyavuşu" əsərində təsadüfən yazmırdı ki, Azərbaycan Cümhuriyyəti Yeni Turanın mərkəzidir!!! Doğrudan da, bu gün də bu bölgədə yalnız Azərbaycan mərkəzli Yeni Türk dövləti qurmaq mümkündür!!! Bizcə, yalnız Azərbaycan mərkəzli Yeni Türk dövləti düşmənlərimizin planlarını alt-üst etmək gücündədir! Bunu, böyük Türk aydının Rəsulzadə 100 il bundan öncə dərindən dərk etmiş, dövlətimizə Azərbaycan adını verməklə, 100 il ya da 150 il sonra Azərbaycan mərkəzli daha böyük Türk dövlətinin qurulmasını hədəfləmişdir. Bir şey dəqiqdir ki, Yeni Türk dövlətinin adı nə olursa olsun, onun mərkəzində Azərbaycan, Azərbaycan Türkləri dayanacaqdır!!!

Faiq Ələkbərli (Qəzənfəroğlu),
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.




loading...




SON XƏBƏRLƏR
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi - (III YAZI)
"Hoçaz çayının səsi indi də qulağımdadır" - Ərşad Hüseynov
Bir gecədə məşhurlaşan müğənnidən daha bir maraqlı mahnı: "Qaytar qoyunları..." - VİDEO
Araz Türk Cümhuriyyəti hansı zərurətdən yarandı?
"Beşikdaş"ı qardaş klub seçib, onun izi ilə gedəcəyik" - QURBAN QURBANOV
AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib
“Hərbi xidmətdə olmamışam” – Əli Həsənovun nəvəsinin məhkəməsi
İranlı xanəndə Azərbaycan türklərini təhqir etdi - VİDEO
Xəyal Əhmədov: "Yarışlarda Azərbaycanın bayrağını ucaltdığım üçün qürur duyuram"
MTN GENERALI MƏHKƏMƏDƏ ELDAR MAHMUDOVUN ŞOK CİNAYƏTİNİ AÇIQLADI
Nazir: “Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?”
Qarabağ əlili nazir müavini təyin edilsin! - Deputatdan təklif
Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın etirazına cavab verib
Yağış və qar yağacaq, bəzi yollar buz bağlayacaq -XƏBƏRDARLIQ
Jurnalist Natiq Qədimov dəfn olunub - FOTO
Gələn il orta aylıq əməkhaqqı 4 faizədək artacaq - NAZİR MÜAVİNİ
Prezident NATO-da Qarabağ problemini qaldırdı
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anım günüdür
"Qarabağ"ın əziyyətinə heyfim gəldi" - Elmar Məmmədyarov
RUSİYA, İRAN VƏ TÜRKİYƏ LİDERLƏRİ SURİYA İLƏ BAĞLI BƏYANAT QƏBUL ETDİLƏR
"Qırmızı vərəqə çox vaxt hansısa oyunçunu sındıranda verilir" - Qurban Qurbanov
Şenol Günəş “Qarabağ”ın oyununa gəlib
Azərbaycanda neçə min erməni yaşayır? - RƏSMİ RƏQƏM
İşləməyən köçkünlərin pulu niyə kəsilib? - Rəsmi açıqlama
Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib
Ərdoğan: "Qarabağ münaqişəsini yalnız Rusiya həll edə bilər"
İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşəcək
Fransalı mer Alfortvile və işğal altında olan Laçın şəhəri arasında qardaşlaşmanı pisləyib
Böyük turançı: İsmayıl Ənvər Paşa — Bu gün onun doğum günüdür
Niderlandda Qarabağa səfərlər təşkil edən Booking.com saytına qarşı kampaniya başlayır