Qarabag Media
Haqqımızda Əlaqə

ADA Universiteti və BAMF “Qarabağ” layihəsi həyata keçirəcək


Tarix:14-10-2017, 10:38 Kateqoriya:Manşet / Qarabağ

ADA Universiteti  və BAMF “Qarabağ” layihəsi həyata keçirəcək

ADA Universiteti və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) arasında bağlanmış memorandum əsasında “Qarabağ” sosial-humanitar layihəsinin başlanmasına dair tədbir keçirilib.

BAMF-ın Mətbuat departamentindən verilən məlumata görə, tədbirdə universitetinin müəllim və tələbə heyəti, BAMF əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADA-nın prorektoru Fariz İsmayılzadə BAMF-ın təşkilatçılığı ilə bu ilin iyun ayında ADA universiteti tələbə və müəllim heyətinin müharibədən zərərçəkmiş regionlara səfərinin əhəmiyyətini vurğulayıb. BAMF prezidenti Umud Mirzəyev ADA ilə müharibədən zərərçəkmiş regionlara səfərin digər universitetlərin də bu kimi təşəbbüslərə qoşulması baxımından zəruriliyini bildirib. U. Mirzəyev müharibədən zərər çəkmiş regionlarla tanış olan xarici müəllim və tələbə heyətinin müharibənin törətdiyi faciələr, dağıdılmış infrastruktur, güllələnmiş məzarlıqlara dair esselərinin, həyat hekayələrinin sosial şəbəkələrdə, internet mediada işıqlandırmasının vacib olduğunu qeyd edib.

Daha sonra səfərlə bağlı BAMF tərəfindən hazırlanmış videomaterial ADA-nın müəllim və tələbə heyətinə nümayiş etdirilib. BAMF-ın əməkdaşı Anastasiya Lavrinanın müharibədən zərərçəkmiş ərazilərdə mövcud imkanlar və infrastruktur, sosial humanitar sahədə layihələrinin icrası və tərəfdaşlıq perspektivlərinə dair təqdimatı olub. Sonda təmas xəttinə yaxın yerlərdə yerləşən kəndlərin su və kəhriz probleminin aradan qaldırılması üçün birgə xeyriyyə tədbirlərinin, müharibədən zərərçəkən bölgələrdə sosial biznesin inkişafına, təhsil və idmana dəstək proqramlarının gerçəkləşdirilməsi üçün “Qarabağ” layihəsinin başlanılmasına qərar verilib./APA/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycan Rusiyadan hansı silahları alıb? - TAM SİYAHI
Trampdan Paşinyana "müharibədən uzaq ol, əvəzində mükafatını al" mesajı
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Natiq Əhmədovun anım günüdür
Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi
Zakir Həsənov Bolqarıstanın müdafiə naziri ilə görüşüb
Qətərin nüfuzlu qəzetindən separatçı Qarabağ rejimlə bağlı sərt xəbərdarlıq-FOTO
İran və Ermənistan Araz çayı üzərində SES tikintisi ilə bağlı işçi qrupu yaradıb
KQB polkovniki: “Bizdə heç bir yazıçı agentlik eləməyib” - MÜSAHİBƏ
Prezident İlham Əliyev üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
Pakistan XİN: "Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə təhdiddir"
Abramoviç "Çelsi"ni rekord məbləğə satır
Azərbaycan Prezidenti Avropa İnvestisiya Bankının vitse-prezidentini qəbul edib
Azərbaycanda ən müasir standartlara cavab verən yeni "Vashag" snayperi istehsal olunub
Azərbaycan tarixini dəyişən 13 hadisə
Müdafiə Nazirliyi sərt bəyanat yayıb: Olacaqlara görə biz məsuliyyət daşımayacağıq
Niderlandlı jurnalist azərbaycanlı rəssamlardan yazdı - FOTO
Kəlbəcərin Nadirxanlı kəndində təlim keçən terrorçu dəstənin görüntüləri yayıldı - VİDEO
“Bəs uşaqlarımıza “Şaumyan” adı qoymağa kim məcbur edirdi?”
Azərbaycan tarixçilərinin "Qara bağı"
Qarabağda müharibə başlaya bilər — Gözlər Nyu-Yorkda
Tanınmış rusiyalı müxalifətçi Aleksey Navalnı yenidən saxlanılıb
Neftin qiymətinin 100 dollara çatacağı bildirilir
Sarı ovqat
Türkiyə Ordusu o ərazilərə də girir: Ərdoğan ABŞ-la dəhşətli müharibənin ANONSUNU VERDİ
Azərbaycan istehsalı olan "Tufan" zirehli maşını beynəlxalq sərgidə nümayiş etdiriləcək
FAO Azərbaycanda 4 mln. dollarlıq yeni layihələrin icrasına başlayır
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum oldu
Bu gün "Qurd Cəbrayıl"ın anım günüdür - FOTO
Fəxri Xiyabanda Cümhuriyyət izləri - FOTOLAR
Evli qadınların Facebook sevgiləri