Qarabag Media
Haqqımızda Əlaqə

Hökməli kəndində “Sufi Həmid” qədəmgahları


Tarix:13-10-2017, 22:18 Kateqoriya:Manşet / Abidələr

Hökməli kəndində “Sufi Həmid” qədəmgahları

Azərbaycan xalqı tarixən Allah dostları olan övliyalara, diyar-diyar dolaşan dərvişlərə və peyğəmbər soyundan gəldikləri üçün seyidlərə xüsusi rəğbət bəsləmiş, onlara sahib çıxmış və qorumuşdur. Təsadüfi deyil ki,öz ölkələrində təqiblərə, əzab-əziyyətlərə məruz qalmış və qətl edilmək təhükəsi ilə üzləşən peyğəmbər övladları zaman-zaman Azərbaycana pənah gətirmişdir. Əhlibeytdən olnlara buranın əhalisi tərəfindən daima rəğbət bəslənmiş və qucaq açılmışdır. Bu diyarın insanlarında ALLAH dostlarına olan sevgi o qədər böyük olmuşdurki, hətta müqəddəs bildikləri övliyaların vəfatlarından sonrada yaşadıqları yerləri və məzarları ziyarətgah və pirlərə çevrilmişdir. Təbii ki, ALLAH-ın seçilmiş dostlarına olan sevgi həmdə bizim xalqın ALLAH-a olan sevgisinin təzahürüdür .

Azərbaycanda övliyalaın adı ilə bağlı çoxlu sayda ziyarətgahlar mövcuddur ki, bu ziyarətgahlardan ikisidə Abşeron rayonunun Hökməli kəndində yerləşən Sufi Həmid qədəmgahları və yaxud sakinlər arasında deyildiyi kimi Sufi Həmid pirləridir. Tarixi orta əsrlərə olan aid bu iki ziyarətgahın yaranma səbəbləridə olduqca maraqlıdır.

Sufi Həmid adlı böyük övliya ilə əlaqədar bu ziyarətgahlarda Sufi Həmidin və yaxud yaxınlarına məxsus məzarları yoxdur. Bəs o zaman kimdir bu Sufi Həmid və ziyarətgahlar niyə sakinlər arasında müqəddəs hesab edilir? Təəssüf ki, mənbələrdə Sufi Həmid haqqında o qədər də geniş məlumat yoxdur. Yalnız Sofi Həmidin 14-cü əsrdə Azərbaycana səfər etmiş molla tacir olduğu və yaxud bəktaşiyyə tərqətinin qollarından birinə mənsub bir sufi şeyxi olduğu qeyd edilir.

Rəvayətə görə ömrünün sona çatdığını anlayan Sufi Həmid müridlərinə və övladlarına vəfatından sonra nəşini ağ dəvənin üzərinə qoyulmasını və dəvə harda çökərsə orda dəfn edilməsini vəsiyyət edir. Yaxınları və müridləri vəfat etmiş Sufi Həmidin cansız bədənini ağ dəvənin üzərinə qoyub yola düşürlər.

Ağ dəvə birinci dəfə Hökməli kəndinin giriş çökür və hamı məzarın orada qazılmasına hazırlaşdığı anda gözlənilmədən ayağa qalxan dəvə yola düşür. İlk çökdüyü ərazidən bir qədər aralanan dəvə ikinci dəfə yenidən Hökməli kəndinin başqa səmtində dizləri üstə çökür.Lakin yenidən ayağa qalxaraq 40-km ərazini durmadan qət edən dəvə üçüncü dəfə hal-hazırda Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində, Miəcik adlanan ərazisində dizləri üstə çökür.Yaxınları tərəfindən dəvənin çökdüyü yerdə dəfn edilən şeyxin məzarı Sufi Həmid piri adlı ziyarətgaha çevrilir. Hazırda Sufi Həmid piri xalq arasında sevilən və kəramətlərinə inanılan böyük ziyarətgahlardan biridir.

Deyilənlərə görə indiki türhbə çox daha sonralar XVIII əsrdə tikilib. Sofi Həmid piri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.

Ziyərətgahda dəvənin çökmə anını ifadə edən daşdan yonulmuş ağ dəvə heykəli qoyulmuşdur.İnanca görə, dizləri üstə çökən «ağ dəvə» ilə yer arasında yaranmış çox qısa məsafəni keçə bilən insan öz arzusuna çatır.

Maraqlıdır ki, dəvənin Hökməli kəndində çökdüyü ilk iki yer bir-birinə yaxın ərazilər olsada ikinci dəfə qalxan dəvə uzun məsafəni bir dəfəyə qət edərək hal-hazırda şeyxin qəbrinin olduğu yerə qədər çökməmişdir.

Sufi Həmidin xalq arasında olan hörmətinin və insanların Sufi Həmidə olan sevgisinin nəticəsi olaraq məzarından əlavə olaraq dəvənin çökdüyü hər iki yer qutsanmış yer olaraq müqəddəs hesab edilmişdir. Hal-hazırda dəvənin çökdüyü hər iki yer sakinlər tərəfindən Sufi Həmid qədəmgahlarının üzərində türbələr tikilmiş və həmin ziyarətgahlar Sufi Həmid qədəmgahları adıyla müasir dövrümüzə qədər qorunaraq gəlmişlər.Sakinlər arasında qədmgahların orta əsrlərdə tikildiyi söylənilir.
Birinci qədəmgah:
Hökməli kəndinin özündə yerləşən birinci qədəmgah dairəvi olmaqla islam dini abidələrinin memarlıq üslubuna xas künbəzli tikilidir.Qədəmgahın hündürlüyü 4 metr, eni 3.20, uzunu 3.30 metrdir. Ziyarətgahın tikilmə tarixi məlum deyil.
İkinci qədəmgah:
İkinci qədəmgah Hökməli kəndi yeni yaşayış massivində Hökməli-Qobu yolunun sağ tərəfində yerləşir. Qədəmgah eyni birinci tikili kimi darivi və künbəzlidir.Tikilinin hündürlüyü 5 metr, eni 4.20, uzunu 4.30 metirdir. Ziyarətgahın tikilmə tarixi məlum deyil.

Qədəmgahın içində sonralar sakinlər tərəfindən qoyulmuş simvolik olaraq Sufi Həmidin ağ dəvəsinin çökdüyü anını təsvir edən ağ dəvə heykəli vardır.

Hökməli kəndində “Sufi Həmid” qədəmgahları

Hökməli kəndində yerləşən birinci Sufi Həmid qədəmgahı
Hökməli kəndində “Sufi Həmid” qədəmgahları

Hökməli kəndinin ərazisində Hökməli-Qobu yolunun sağ tərəfində yerləşən ikinci Sufi Həmid qədəmgahı.

Hökməli bələdiyyəsinin sədr müavini
Hüquqşunas, Fərman Salmanlı










SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Neftçilər günüdür
Sevil Nuriyevanın həyat yoldaşı İstanbulda güllələnərək qətlə yetirilib
Bu gün Aşura günüdür
İdlib razılaşması: Putin Ərdoğanın arqumentlərini qəbul etdi
Qurban Qurbanov: Üstünlük “Sportinq”dədir
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: NƏCƏF BƏY VƏZİROV - III YAZI
Azərbaycan sevdalı Yavuz Akpınar
"Heydər Əliyev ciddi hərbi təlimlər keçir, hamı kimi ona da güzəşt olunmur" — Ayaz Mütəllibovdan AÇIQLAMA
Rasim Balayev: "Bu gün kinolar seçilir, ancaq səviyyəsiz seriallar ilə"
Tanınmış idmançıya idman ustası adı verildi
Daha bir azərbaycanlı xanım deputat seçildi
LEYSAN ÖZLƏMİ
Ermənistan Dağlıq Qarabağa dair "qırmızı xətti" keçir
Məhərrəmliyin mahiyyəti
Tramp Paşinyanla görüşə razılıq verməyib
Səsi çatan o taya əli yetmədi Şəhriyarın...
Çempionlar Liqası: Qalatasaray və Barselona darmadağınla başladılar
ABŞ Putin-Ərdoğan razılaşmasını dəstəkləyəcək
"O, bilirdi ki, ölümə gedir" - Prezident Mübarizin atası ilə görüşüb
Bu gün Üzeyir Hacıbəyovun doğum günüdür
TÜRK MİLLİYYƏTÇİLİYİNDƏ SİYASƏT
Yaqub Mahmudov: "Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb"
Rəsmi Moskva hədəfi göstərdi: Təyyarənin vurulmasının günahkarı İsraildir
İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
Şükür Mürsəloğlunun şeirlər kitabının təqdimat mərasimi keçirilib
Bakının qurtuluşunun 100 illiyi münasibətiylə geniş tədbir keçirilib - FOTOLAR
İsrailli politoloq: “Paşinyan Azərbaycanı müharibəyə təhrik edir”
Heydər Əliyev hərbi xidmətə yollandı - FOTO
Süleyman Rüstəmin Mir Cəfər məclisində ölümcül zarafatı
Paşinyanın arvadı Qarabağda ölən ermənilərin analarını topladı, azərbaycanlı analara müraciət etdi