Qarabag Media
Haqqımızda Əlaqə

POEZİYAMIZA BİR ŞAİR GƏLİB: Sevinc Qərib - FOTOLAR


Tarix:11-10-2017, 22:20 Kateqoriya:Manşet / Yazarlar

POEZİYAMIZA BİR ŞAİR GƏLİB: Sevinc Qərib - FOTOLAR ...İmzası Sevinc Qərib olsa da, gənc şairə poeziyaya qərib kimi gəlməyib.

Onun özündən əvvəl şeirləri ilə tanış olmuşdum. Yazdıqlarının kələ-kötürlüyünə "ilişib", az qala "yıxıla biləcəyim" bəzi təzə başlayanlardan çox fərqli olaraq Sevinc Qərib elə ilk şeirlərindən məni möhkəm "tutdu".

Odur ki, bir müddət əvvəl respublikamıza qonaq gəlmiş özbək tərcüməçisi, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Şaxlo Qasımova ilə Əli Kərim adına Sumqayıt Poeziya klubunun təklifi üzrə Poeziya Evində keçirilən görüş zamanı çıxış üçün söz bu gənc qıza veriləndə onun şeirlərinə diqqətlə qulaq asmaq istəyirdim. Lakin mikrofonsuz danışdığından demək olar ki, heç nə eşidə bilməmişdim. Kimsə dillənərək, "bir az icadan oxu" deyəndə bir qədər eşidilən səslə günahkar kimi cavab verdi ki, "mənə həmişə bunu irad tuturlar ki, səsim eşidilmir". Ancaq çox fərəhli haldır ki, bu gün Sevinc Qəribin poetik səsi çox aydın eşidilməkdədir.

Şeirləri müəllifini qətiyyən utandırmasa da, əksinə - onu artıq yetkin bir şair kimi təsdiq etsə də, Sevinc xanımda əsl Azərbaycan qızı üçün xarakterik olan bir utancaqlıq, təbii abır-həya, ləyaqət var. Bu, onun ilk dəfə feysbukda, bugünlərdə isə yenicə çapdan çıxmış ilk şeirlər kitabında - "Hardasa o uzaqlarda..." toplusunda da oxuduğum lirik-sevgi şeirlərində də özünü göstərir. Təvazökarlıq da əlavə olunmaqla yüksək, saf mənəvi hisslər, duyğular, fəlsəfi düşüncə və fikirlər onun poeziyasına başqa bir rəng, əsl milli ruh və ahəng verir.

Ancaq məhəbbətlə bağlı şeirlərində utancaq, abır-həyalı olan Sevinc xanım yurd həsrətli-duyğulu, Vətən göynərtili şeirlərində "Azad qadın" heykəlinin çadrasını başından atan qəhrəmanı kimi sanki dünya kürsüsündən bütün planetə hayqıraraq Azərbaycanın səsinə kar, faciəsinə kor olmamağı, haqq-ədalət tələb edir. Bu şeirlərində o, lirik şeirlərində olduğu kimi kövrəkliyi, utancaqlığı ilə yox, daha çox dünyanı "boğazından" tutub silkələyən, "qılıncı" ilə onun başını kəsib atmağa hazır olan fövqəlbəşər, üsyankar bir igid, Nigar, Həcər qeyrətli olması ilə diqqəti cəlb edir, az qala oxucunu da ədalətsiz dünyaya qarşı qiyama qaldırır:

Kar olan qulaqlar duymur harayı,
o qədər ah-nalə, o qədər fəryad
əsrin qulağını dəlir, heyf ki,
Allah da eşitmir, Allah da görmür -
ərşin qulağı kar, qapısı bağlı...


Heç yerdən ümid, kömək olmadığını görüb, "igidlərim, yeriyin düşmən üstünə, leş bir yana, baş bir yana!" deyib hayqıran Koroğlu tək haray çəkib, igid Vətən oğullarını sanki Dədə Qorqudun Qaraca çobanına səslənirmiş kimi döyüşə səsləyir:

Eheyy!..
Dağ kimi dağ,
nə durmusan yerində?
Dağıl, parçalan,
daş-daş ol,
tökül düşmən başına!
Götür ətəyindən boz təpələri,
böyründən-başından
sərt qayaları,
tolazla sal-sal
yağı düşmən başına!..
Ancaq yenə də əlini Uca Tanrıdan üzmür:
Bu zalım dünyanın yiyəsi Allah,
mərhəmət əlini çək üstümüzə,
yazıqdı bu millət, yazıqdı, vallah,
nədənsə dünyanın qəsdi var bizə...


Göynərtili şeirlərindən də hiss etdiyim kimi, sən demə, Sevinc də dədə-baba yurdu əldən getmiş dərdli-qubarlı vətən oğul-qızlarından biri, Laçından imiş. Sən demə, şeirlərindən birində də dediyi kimi, üzü məhz bu səbəbdən gülmür, ömrünə sevinc arzulanaraq Sevinc adı verilsə də, üzündən sevinc, gülüş sanki uzaq düşüb... Sanki sevinci düşüb, Laçından gəldiyi yollarda qalıb:

Uşaqlığımın son səfəri
dönüşsüz yollardan başladı.
İçimdə acıyla bərabər
bir ümid də daşıdım,
dönərəm deyə...

Bu yolların heç insafı yox imiş,
gətirdiyi kimi
götürmədi geriyə...


Onun sevgi-məhəbbət şeirləri də orijinallığı ilə seçilir. "Arxanca atdığım su da qurudu", "Darıxmıram ki...", "Sığınmağa yerim ta olmaz mənim" və digər şeirlərindəki sevgi minlərlə sevgilərə bənzəmir. Onlardakı sevgi qəhrəmanının özünə qapandığı, hay-haray qoparmayan, özünü büruzə verməyə çalışmayan, saf, təmiz, büllur, utancaqlığı, həyalı-abırlı olması ilə seçilən, qiymətli olan - ideal bir sevgidir:

Deyirsən ki, darıxma,
darıxmıram ki...
Təkcə gözlərimdi yollarda qalan.
Bir az da ürəyim sözümə baxmır,
sıxılır, boğulur, köksümə sığmır.
Bir az havam çatmır, bir az - nəfəsim,
darıxmıram ki...


Sevginin guya etiraf olunmadığı, gizlədildiyi böyük bir sevgi etirafı!..

Sevinc xanımın təkcə yeni çapdan çıxmış "Hardasa o uzaqlarda..." ilk şeirlər kitabı haqqında çox geniş və daha əhatəli yazmaq olar. Yalnız bu kitabdakı şeirlərlə, Sevinc Qəribin maraqlı, orijinal yaradıcılığı ilə bağlı geniş araşdırmalar aparıb, ortalığa çox dəyərli bir namizədlik işi də qoymaq olar (heyf ki, mənim üçün yaş o yaş deyil...).

Və təsadüfi deyil ki, onun ilk kitabının təqdimatı ilə bağlı Sumqayıt Poeziya Evinə toplaşan həm tanınmış qələm sahiblərinin, həm də şeir həvəskarlarının demək olar ki, hamısı həvəslə gənc şairənin poeziyası haqqında ürək sözlərini deməyə can atırdı. Bu, hamıya müyəssər olmasa da, Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, respublikanın Əməkdar Mədəniyyət işçisi, şair Əşrəf Veysəlli, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, Azərbaycanın Əməkdar jurnalisti, yazıçı-publisist Eyruz Məmmədov, şairlərdən respublikanın Əməkdar jurnalisti Rafiq Oday, Zirəddin Qafarlı, Firdovsi Kazımov, Əli Kərim adına Poeziya Klubunun sədri, Poeziya Evinin direktoru, tədbirin aparıcısı İbrahim İlyaslı, yazıçı Almaz Bəyazid, nisbətən gənc şairlər - Xatirə Fərəcli, Sabir Yusifoğlu, Ənvər Məsud, Namiq Dəlidağlı (o, həm də Sevinc xanımın kitabının redaktorudur) və digərləri gənc şairənin şeirləri barədə fikirlərini bildirib, ona yaradıcılıq uğurları arzuladılar.

Kitaba maraqlı, analitik "Ön söz" yazmış filologiya elmləri namizədi Nailə Mirzəyevanın və çıxış edənlərin də qeyd etdikləri kimi, Sevincin bütün şeirləri kamildir, əl gəzdirməyə, "nəqqaşlıq" etməyə zərrəcə də ehtiyac yoxdur.

Görüşün sonunda gül-çiçək dəstələri təqdim olunan Sevinc Qərib özünün alqışlarla qarşılanan şeirlərini oxudu. Gənc şairənin tədbirdə iştirak edən atası Qərib Səlimov məclisə toplaşanlara ailəsi adından minnətdarlığını bildirdi.

Rəhman ORXAN.

POEZİYAMIZA BİR ŞAİR GƏLİB: Sevinc Qərib - FOTOLAR

POEZİYAMIZA BİR ŞAİR GƏLİB: Sevinc Qərib - FOTOLAR

POEZİYAMIZA BİR ŞAİR GƏLİB: Sevinc Qərib - FOTOLAR

POEZİYAMIZA BİR ŞAİR GƏLİB: Sevinc Qərib - FOTOLAR

POEZİYAMIZA BİR ŞAİR GƏLİB: Sevinc Qərib - FOTOLAR

POEZİYAMIZA BİR ŞAİR GƏLİB: Sevinc Qərib - FOTOLAR

POEZİYAMIZA BİR ŞAİR GƏLİB: Sevinc Qərib - FOTOLAR

POEZİYAMIZA BİR ŞAİR GƏLİB: Sevinc Qərib - FOTOLAR

POEZİYAMIZA BİR ŞAİR GƏLİB: Sevinc Qərib - FOTOLAR

Fotolar Şakir Rəhmanındır.




loading...




SON XƏBƏRLƏR
Qazaxıstan “Barıs” zirehli maşının qış sınaqlarına başlayıb
"Hamilə qadınların qarnına biz soxdular, içalatlarını çıxartdılar" — Xocalı şahidi
Fəxri adlara görə aylıq təqaüd artırıldı
Azərbaycanda "Youtube" kanalı bağlanmalıdır? – EKSPERTLƏRİN RƏYİ
"Xəcalət" dramı bu dəfə Ağdam səhnəsində — FOTO
Türk ordusu 3 kəndi azad etdi
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı
“Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb" — Rəşad Sadıqov
"Azərbaycanlı terminator": Biz pul üçün döyüşmürük
Atatürkün dəfnində iştirak edən sabiq nazir — Azərbaycan Cümhuriyyəti - 100
“Video Vəkillik Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirmişdir
“İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var”
Qarabağda erməni əsgər məhv edildi
İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq
Azərbaycan XİN Eduard Nalbandyana cavab verib
Azərbaycanın müdafiə naziri Belarusa gedib
Türkiyə Silahlı Qüvvələri: "Afrinə tərəf hərəkət edən bütün qüvvələr məhv ediləcək"
İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstək
3 Milli Qəhrəmanın doğum günüdür
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - V Yazı
Məcburi köçkünlərin vahid aylıq müavinəti artırılıb
Afrində daha bir kənd terrorçulardan təmizləndi
Neçə Milli Qəhrəman var?
“Yollar uzanan gün...” filminin təqdimat mərasimi keçiriləcək
Rəsmi Bakı Qarabağ məsələsində Fransanın mövqeyindən narahatdır
Birinci sinfə şagird qəbulu başlayır - Qaydalar açıqlandı
Bu gün görkəmli alim Ziya Bünyadovun anım günüdür
Türkiyədə seçki: Ərdoğanın “Cümhur”una qarşı Akşənərin “12-lər”i
Ərdoğan Əsəd ordusuna xəbərdarlıq etdi
Sovet hakimiyyəti illərində dinə qarşı mübarizədə Azərbaycan filosoflarının rolu