Qarabag Media
Haqqımızda Əlaqə

Bu gün üç Milli Qəhrəmanın şəhid olduğu gündür


Tarix:11-10-2017, 15:30 Kateqoriya:Manşet / Qəhrəmanlar

Bu gün üç Milli Qəhrəmanın şəhid olduğu gündür

Bu gün Azərbaycanın 3 Milli Qəhrəmanın şəhid olduğu gündür.

Karabakhmedia.az-ın məlumatına görə, hər üç Milli Qəhrəman 1992-ci ildə şəhid olub.

Bu gün üç Milli Qəhrəmanın şəhid olduğu gündürOqtay Güləliyev 10 noyabr 1962-ci ildə Laçın rayonunun Xaçınyalı kəndində doğulub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Laçın polisində işlədiyi dövr Ermənistan-Azərbaycan münaqişəsinin daha da kəskinləşdiyi bir dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də polis işçisi kimi ermənilərə qarşı əməliyyatlatda iştirak edib, uğurszluqla sona çatan "Daşaltı əməliyyatı" zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olub. Daha sonra Pircahan kəndi yaxınlığında ağır yaralanıb, müalicə olunaraq cəbhəyə qayıdıb.

Oqtay Güləliyevin Laçın dəhlizini geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatıb və beləliklə Gorus-Şuşa yolu nəzarətə alınıb. Lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olub və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşüb. 11 oktyabr 1992-ci ildə Hoçaz yüksəkliyində gedən ağır döyüş onun son döyüşü olub. Döyüşçülərini təhlükəsiz yerə keçirə bilsə də bu döyüşlərdə Oqtay Güləliyev özü qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli fərmanı ilə Güləliyev Oqtay Güləli oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.


Bu gün üç Milli Qəhrəmanın şəhid olduğu gündürZakir Yusifov 29 sentyabr 1956-cı ildə Bakı şəhərində doğulub. 1974-cü ildə 194 saylı məktəbi bitirib və Sasovski adına Mülki Təyyarəçilik məktəbinə daxil olub. 1977-ci ildə təhsilini başa vurub və Yevlaxda işə başlayıb. AN-2 təyyarəsinə komandir təyin edilib. Respublika ilk hərbi vertalyot eskadrilyasının yaradılması olduqca çətin bir iş idi. Zakir bu işin öhtəsindən Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevlə birgə gəldi. Hərbi təlimlər keçiblər və ardınca Qarabağa uçuşlar ediblər. Bu uçuşlardan ən uğurlusu 11 apreldə olub. İlk dəfə hərbi vertolyotla havaya qalxan Zakir Yusifov Füzuli-Xocavənd istiqamətində uğurlu uçuş edib. Cəsur komandir Zakir yüzdən artıq uçuşlar edərək erməni yaraqlılarının xeyli zirehli texnikasını məhv edib.

O, Füzuli, Xocavənd, Tərtər, Ağdərə, Şuşakənd səmalarında əsl qəhrəmanlıq səhifələri yazıb. 11 oktyabr 1992-ci il növbəti uçuş zamanı onun vertolyotu ermənilər tərəfindən vurulub.

Səfiyan kəndi istiqamətdə uçarkən vurulan vertolyotun heyəti həlak olub. Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə Yusifov Zakir Tofiq oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Bu gün üç Milli Qəhrəmanın şəhid olduğu gündürTahir Bağırov 14 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olub. Milliyətcə azərbaycanlıdır. 1974-cü ildə Şirvan şəhərində 8-ci sinifi bitirib. 1977-ci ilin may ayıdan 1979-cu ilin sentyabr ayınadək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Tahir Bağırov Milli Ordu hissələri təşkil edilməyə başlananda onun sıralarına qoşulub. 1992-ci ilin 1 mart tarixində N saylı hərbi hissənin komandirinin əmri ilə Tahir təlim komandirinin müavini təyin olunub, sonra isə Azərbaycan Respublikası hərbi hava qüvvələrinin Mİ-24 helikopterində bort atıcısı vəzifəsinə keçirilib. Qarabağda Ermənistan ekspedisiya korpusuna qarşı keçirilən hərbi əməliyyatlarda iştirak edib. 1992-ci il 11 oktyabrda gedən döyüşlərdə baş çavuş T.Bağırov qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 9 fevral 1993-cü il tarixli fəmanı ilə Tahir Əminağa oğlu Bağırova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib
Faiq Ələkbərli İstanbulda Uluslararası simpoziuma qatılıb - FOTOLAR
“Polislər bizi şərlədi, onlara cinayət işi açıldı” – Həmyerlilərimizin başına iş gəldi
Ermənilər tərəfindən bir gündə vurulan Azərbaycan və Yuqoslaviya təyyarələri
Makedoniyalı siyasətçi: ”Şəhid Mübariz İbrahimov Balkan türklərinin qəhrəman oğludur”
94 YAŞLI FENOMEN — Bu gün Şirməmməd Hüseynovun doğum günüdür
Qarabağ bəylərbəyliyi: ETİMOLOGİYASI, ƏRAZİSİ VƏ SƏRHƏDLƏRİ
Qənirə Paşayeva himn müzakirələrinə etiraz etdi
Oqtay Əsədov jurnalistlərə çağırış edib
Ərdoğan Suriya ilə bağlı sensasion bəyanat verdi
Prezident şəhid vərəsələrinə verilən 11 mindən danışdı
Qarabağda erməni əsgər minaya düşdü
Rusiya Ermənistanda zirehli texnikaların dağlıq relyefdə təlimlərini keçirdi
Angela Merkel Avropa Birliyi ölkələrindən səfirlikləri Qüdsə köçürməməyi xahiş edib
"Sultan Inşaat MMC "- endirimli qiymət paketləri təkilif edir
Prezident Mingəçevirə yeni icra başçısı təyin etdi
Gürcüstan müxalifəti növbədənkənar parlament seçkiləri tələbi ilə fasiləsiz aksiyalara başlayır
Nazirlikdən xəbərdarlıq: Yollar buz bağlayacaq
Şəhid qızından millət vəkilinə MÖHTƏŞƏM CAVAB: "İçində atamın nəfəsi var" - FOTO
Türkiyədə böyük əməliyyat: 4328 nəfər tutuldu
Qaxda yol qəzası olub, xəsarət alan var - FOTO
ABŞ kilsə zəngini 100 ildən sonra Filippinə qaytardı
Sabahın HAVASI: Yağış və qar yağacaq
Maksim Şevçenko: "Ermənistan Laçın, Cəbrayıl, Fizuli və başqa rayonları Yeltsin rejiminin dəstəyi ilə işğal edib"
Ehtiyatlı olmaq lazımdı
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Avstraliya Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdı
"Nərmin Şahmarzadəni cinayət məsuliyyətinə cəlb etmək lazımdır"- Millət vəkili
Ramiz Rövşənin doğum günüdür - "Bağışla, bağışla, məni bağışla"