Qarabag Media
Haqqımızda Əlaqə

Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut


Tarix:9-10-2017, 12:12 Kateqoriya:Manşet / Araşdırma

Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan TurqutAzərbaycan və Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən əsas amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində dəfələrlə bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər.

1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakını xilas etməsi Azərbaycan üçün nə qədər önəmlidirsə, Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə Azərbaycan türklərinin maddi və mənəvi yardım göstərmələri Türkiyə üçün bir o qədər önəmli olmuşdur. Bu gün hər iki ölkədə tarixçilər, tədqiqatçılar Türk Qafqaz İslam Ordusunun Azərbaycandakı tarixi xidmətləri, eyni zamanda Azərbaycanın Türkiyəyə göstərdiyi maddi və mənəvi dəstək haqqında ciddi tədqiqatlar aparır, bu barədə xeyli sayda məqalələr və kitablar yazırlar ki, bütün bunlar təqdirə layiqdir. Lakin milli mücadilə illərində Türkiyəyə mühacirət etmiş Azərbaycan Cümhuriyyəti ordusunun 1200 nəfərlik bir birliyinin Kazım Qarabəkir Paşanın komandanlıq etdiyi Şərq ordusunun sıralarına qatılaraq, Qurtuluş Savaşında iştirak etmələri, onların keçdikləri döyüş yolu və sonrakı xidmətləri haqqında ciddi tədqiqatların aparılmaması təəssüf doğuran məqamlardan biridir. Gərəkdir ki, Türk Qafqaz İslam Ordusunun Bakının düşmən qüvvələrindən azad etməsinə verdiyimiz önəmi, könüllü Azərbaycan birliklərinin müxtəlif cəbhələrdə Anadolu türkləri ilə çiyin - çiyinə savaşaraq Türkiyənin istiqlalı uğrunda göstərdikləri xidmətlərə də verək.

Tarixə marağı olan, qeyri ixtisas sahibi həvəskar bir araşdırmaçı olaraq, bu istiqamətdə araşdırmalar aparıb Türkiyənin qurtuluş savaşında iştirak etmiş Azərbaycan türklərindən bir neçə zabit haqqında (Firudin Daryal, Baba Behbud) məqalə yazıb, onların keçdikləri döyüş yoluna işıq tutmağa çalışsam da, bu sahədə peşəkarların ciddi tədqiqatlar aparmasına ehtiyac vardır.

Bu gün sizlərə milli mücadiləyə qatılaraq Türkiyənin Qurtuluş savaşında iştirak etmiş Azərbaycan türklərindən olan general (tümgeneral) Hüseyn Turqut haqqında söhbət açacam.

Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut

İRƏVAN XANLARININ GENERAL OĞLU

Hüseyn Turqut Azərbaycanın görkəmli nəsillərindən birinin nümayəndəsidir. O, sonuncu İrəvan xanı Həsən xan Turqut ilə Bəhmən Mirzə Qacarın qızı şahzadə Nuraleyin Qacarın ilk övladıdır. 1900-cü ilin noyabr ayında qədim Azərbaycan şəhəri olan İrəvanda anadan olmuşdur. Babası 1912-ci ildə vəfat edən Abbasqulu xan İrəvanskidir. İrəvan Xanlığının Çar Rusiyası tərəfindən işğal edilərək müstəqilliyinə son qoyulsa da, xan titulu bu nəsildən alınmamışdır. Ailədə beş uşaq olublar. Qardaşları Fərid xan, Sami xan, bacıları Rüxsarə və Adilə xanım.

Hüseyn Turgut orta təhsilini İrəvan şəhərində gimnaziyada almışdır. 1917-ci il oktyabr inqilabından sonra İrəvanda baş qaldıran erməni terroru nəticəsində bütün ailə üzvləriylə birgə Naxçıvana köçürlər. Bir müddət Naxçıvanın müdafiəsində iştirak etdikdən sonra ailəsi ilə vidalaşıb Türkiyəyə keçir.
Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut

BİRİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ İŞTİRAKI

Türkiyədə zabit namizədi olaraq Osmanlı ordusuna qoşularaq Birinci dünya müharibəsinə qatılır. IV Kolordunun 5-ci tümənində, daha sonra isə Doğu Bəyaziddə 11-ci tüməndə döyüşlərə qatılır. Savaşın son aylarında doğu ve güneydoğu cəbhələrində göstərdiyi üstün xidmətlərə görə "Dəmir Hilal" döş nişanı ilə təltif olunur. Qurtuluş Savaşının başlamasıyla doğu cəbhəsində leytenant rütbəsiylə Qarsın, Sarıqamışın və Gümrünün işğaldan azad edilməsi əməliyyatlarında iştirak edir.

Atatürk tərəfindən “İstiqlal” medalıyla təltif edilir. Savaşın bitməsindən sonra da orduda qalaraq hərbi xidmətini davam etdirir. Türkiyənin güney doğusunda baş qaldıran kürd üsyanlarının yatırdılmasında iştirak edir.
Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut

1928-ci il Hüseyn Turqutun həyatında iki əlamətdar hadisə ilə yadda qalır. Onun ailə üzvləri böyük çətinliklərdən sonra nəhayət ki, Türkiyəyə köçməyə müvəffəq olmuşdular. O, ali hərbi təhsilini bitirməyin sevincini, uzun ayrılıqdan sionra ailə üzvlərinə qovuşmanın sevincini ilə birgə yaşayır.

6 DİLDƏ DANIŞAN ZABİT
Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut

1930-cu ildə Hüseyn Turqutun həyatında böyük bir dönüş nöqtəsi olur. Həmin ərəfədə Atatürkün təşəbbüsü ilə Türkiyə Hərbi Hava Qüvvələrinin gücləndirilməsi istiqamətində bir çox işlər görülürdü. 1930-cu ilə qədər Ankarada mühafizə alayında xidmət edən Hüseyn Turqut da xidmətdə fərqləndiyinə görə, Hərbi Hava Qüvvələrinə keçirilir.

1932-ci ildə pilotlar arasında keçirilən yarışda uğurlu nəticə göstərən beş nəfər pilotdan biri olduğu üçün, yenilikləri izləmək və təlimlərdə iştirak etmək üçün Fransaya göndərilir. Fransada keçirilən təlimlərdə də yüksək nəticələr göstərir.

Hüseyn Turqut bacarıqlı bir zabit idi. O, altı dil bilir, üstün zəkası və çalışqanlığı ilə digər zabitlərdən seçilirdi. Türkiyəyə qayıtdıqdan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin komandanlığı onun əməyindən yeni pilotların yetişdirilməsi üçün istifadə edirlər.

“Junge Dayı”

Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan TurqutHava Qüvvələrində “Junge Dayı” ləqəbi ilə məşhurlaşır və çox sevilən bir zabit olur. 1934-cü ildən 1946- cı ilə qədər, bu gün dünyanın ən güclülərindən olan Türkiyə Hərbi Hava Qüvvələrinə çox sayda pilot yetişdirməklə ordu quruculuğunda və inkişafında müstəsna xidmətlər göstərmişdir. 1946-cı ildə ağır qəza keçirir. Bu qəzadan sonra səhhəti təlim keçməsinə imkan vermədiyi üçün Hərbi Hava Qüvvələrində başqa müxtəlif vəzifələrdə çalışmış, 42 illik xidmətdən sonra 1960- cı ildə general-mayor rüstbəsində təqaüdə çıxmışdır.

ŞƏHİDLƏR XİYABANINDA DƏFN EDİLƏN GENERAL
Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut

Hüseyn Turqut 1936 - cı ildə Ləman Hattusas ilə evlənmişdir. 1940 - cı ildə Nur adlı qızları, 1946-cı ildə isə Turhan adlı oğlanları anadan olmuşdur.
Hüseyn Turqut 1971-ci ilin noyabr ayında vəfat edir. Xüsusi hərbi mərasimlə Ankara şəhərində Cebeci Şəhidlər xiyabanında dəfn edilmişdir.
Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan TurqutOğlu Turhan Tuqut hüquqşunasdır. 2016-cı ildə Bakıya gəlmiş, Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak etmişdir. Tanınmış iş adamıdır. Azərbaycan diasporasının fəallarından biridir. Hazırda İstanbulda yaşayır.

Orxan Cəbrayıl










SON XƏBƏRLƏR
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi