Qarabag Media
Haqqımızda Əlaqə

"Almaniya futbolçuları ilə bizim heyəti müqayisə etmək yersiz olar" - Mahmud Qurbanov


Tarix:7-10-2017, 17:13 Kateqoriya:Manşet / Müsahibə

"Almaniya futbolçuları ilə bizim heyəti müqayisə etmək yersiz olar" -  Mahmud Qurbanov

Azərbaycan millisinin məşqçisi Mahmud Qurbanov apasport.az saytına müsahibə verib.
Karabakhmedia.az həmin musahibəni təqdim edir:

- Yığmamız DÇ-2018-in seçmə mərhələsində evdə Çexiyaya məğlub oldu (1:2). Komandada nə çatmadı?

- Ümumiyyətlə, yığmaların oyununda ola bilər ki, 90 dəqiqə ərzində bir şans əldə edə bildin. Gərək ondan da istifadə edəsən. Mən deməzdim ki, biz lap yaxşı oynadıq. Amma əlimizdən gələni etdik. Rəqib güclü idi. Etiraf edək ki, Çexiya millisi bizə oynamaq imkanı vermədi. Həmçinin qol vəziyyətləri də onlarda çox idi. Hesab 1:2 olarkən Ramil Şeydayevə bərabərlik qolu üçün yaxşı imkan düşsə də, istifadə edə bilmədi. İstəyirdik ki, seçmə mərhələnin evdəki son görüşündə ən azı məğlub olmayaq. Amma olmadı. Buna çox üzüldük.

- Bəzi futbolçular klublarında müntəzəm oynamasalar da, Çexiya ilə görüşdə meydana çıxdılar ki, bu da birmənalı qarşılanmadı...

- Bizdə geniş seçim imkanı yoxdu. Ola bilər ki, bir mövqe üçün 3-4 namizəd var və onlardan 2-si çağırılır. Robert Prosineçki artıq 3 ildi ki, yığmadadı. Həmin futbolçular əvvəllər klublarında da çıxış edirdilər və yığmaya çağırılırdılar. Onlar yığmanın oyun üslubunu yaxşı başa düşürlər. Baş məşqçi də həmin futbolçulara etibar etdi. Heç bir baş məşqçi yaxşı oyunçunu kənarda saxlamaz. Çünki o da nəticə qazanmaq istəyir. Bizdə fərdi şəkildə seçilən bir futbolçu yoxdu. Həmişə komanda şəklində mübarizə aparmışıq. Avropa arenasında da yalnız bu yolla uğur qazana bilərik.

- Almaniya ilə sabahkı görüşə hazırsınızmı?

- Almanlarla bir neçə dəfə üz-üzə gəlmişik. Onların gücündən danışmağa ehtiyac yoxdu. Dünyanın ən güclü komandalarından biridi. Qrupda keçirdikləri 9 matçın hamısında qələbə qazanıblar. Almanlar üçün evdə və ya səfərdə oynamağın fərqi yoxdu. Rəqibin Şimali İrlandiya ilə son görüşünü izlədik. Çox rahatlıqla qalib gəldilər. Çalışacağıq bacardığımız qədər mübarizə aparaq.

- Möcüzə ola bilərmi?

- Məncə, möcüzə gözləməyə dəyməz. Onların futbolçuları ilə bizim heyəti müqayisə etmək yersiz olar.

- AÇ-2020 ilə bağlı hədəf bəllidi. Rəşad Sadıqovun gedişindən sonra komandanı meydanda kim toparlayacaq?

- Bizdə başqa təcrübəli futbolçular da var. Düşünürəm ki, kimsə bu vəzifəni öz öhdəsinə götürəcək. Belə qala bilməz. Rahid Əmirquliyev, Riçard Almeyda, Bədavi Hüseynov, Cavid Hüseynov kimi oyunçularımız var. Onlardan hansı oynasa bu işi üzərinə götürməyə qadirdi.

- Robert Prosineçkinin müqavilə müddəti bitmək üzrədi. Kənardan elə təəssürat yaranır ki, "Bursaspor" məsələsi ortaya çıxdıqdan sonra Prosineçki beynində milli ilə vidalaşıb...

- Mən belə şey hiss etmirəm. Əvvəl necə idisə, indi də elədi. İstəyində, çalışqanlığında dəyişiklik yoxdu. Əlbəttə ki, qalmağını istəyərdim. Amma bizdən asılı olan şey deyil. DÇ-2020-yə də az zaman qalıb. Yeni baş məşqçiyə həmişə öz sistemini qurmaq üçün vaxt lazım olur. Azarkeşlərimiz isə gözləmək istəmirlər.

- Bəlkə elə komanda daxilində olan biri təyin olunsun? Məsələn, siz...

- Yox. Prosineçki müqavilə müddətini uzatsa, daha yaxşı olar. Uşaqlar onun meydanda nə istədiyini yaxşı bilirlər. Məncə, dəyişməyə ehtiyac yoxdu.

- Qarşıdakı dünya çempionatı ilə bağlı qoyulan hədəfə çatmaq mümkündümü?

- Mümkünsüz heç nə yoxdu. Qrupumuza düşəcək rəqiblərdən çox şey asılıdı. Bunu kağıza yazmaq asandı. Məşqçilər, futbolçular çox çalışmalıdılar. Bunu sözlə yox, işlə göstərmək lazımdı.

- Rəşad Sadıqova millidən getməsi üçün kənardan çox təzyiqlər oldu. Vaxtilə sizin də başınıza gələn bir hadisədi. Bu amil onun qərarına təsir edibmi?

- Bizdə pasporta baxırlar. Yaşın 30-u keçdisə və hansısa matçı bir az zəif keçirdinsə, müəyyən qrup insan deyir ki, artıq vaxtıdı. Gün keçdikcə bu cür düşünənlərin sayı artır. 35 yaşa gələndə hamı deyir ki, niyə getmir? Düzgün yanaşma deyil. Tələsdirmək olmaz. Futbolçu özü nə qədər gücünün olduğunu bilir. Komandaya xeyir verirsə, yaşının bir fərqi olmamalıdı. Bu cür suallar futbolçunun özünə pis təsir edir. Təbii ki, bu, təzyiq yaradır. Bizdə yaşlı oyunçu zəif çıxış edəndə, siyahıdan silirlər. Amma gənc futbolçu zəif oynayanda, deyirlər ki, yəqin gecəni yaxşı yatmayıb, formada deyil. Sanki hamı harasa tələsir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO