Qarabag Media
Haqqımızda Əlaqə

“Qarabağda yaşanan hadisələrlə Kıbrısda yaşanan hadisələr arasında oxşar cəhətlər çoxdur” - Kıbrıslı nazir


Tarix:6-10-2017, 13:30 Kateqoriya:Manşet / Müsahibə

“Qarabağda yaşanan hadisələrlə Kıbrısda yaşanan hadisələr arasında oxşar cəhətlər çoxdur” -

Ötən həftə Şimali Kıbrıs Türk Cümhuriyətinin Milli Təhsil və Mədəniyyət naziri Dr.Özdemir Berova Bakıda səfərdə olub. Diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk kıbrıslı nazirlə Azərbaycanı necə görməsi, iki ölkənin turizm potensialı və başqa mövzular ətrafında söhbət edib.
Həmin müsahibəni təqdim edirik:


- Cənab nazir, Azərbaycan Kıbrısdan necə görünür?

- Əvvəla, mənə çox xoşdur ki, qardaş Azərbaycandayam. Azərbaycanda olmaqdan qürur və fərəh hissi keçirirəm. Azərbaycan sürətlə inkişaf edən bir dövlətdir. Bakıda yaradılan infrastruktur vəziyyətdən xəbər verir. Bu gün Azərbaycanın türk dünyasında xüsusi önəmi var. Bundan fəxr etməyə bilmərik. Azərbaycan nə qədər çox inkişaf edərsə, eynilə Türkiyə, Kıbrıs da inkişaf edər. Biz bir millətin övladlarıyıq.

- Kıbrısda təhsilin səviyyəsi h ansı həddədir?

- Bilirsiniz ki, bu gün Kıbrısda təhsilin səviyyəsi yüksəkdir. Yüksək şərtlərə cavab verən təhsil sistemimizi formalaşdırmışıq. Minlərlə azərbaycanlı gənc Kıbrıs universitetlərində təhsil alır. Təhsil alan azərbaycanlı tələbələr yaradılan şəraitdən bəhrələnirlər. Qeyd edim ki, onlar vətənlərinə qayıdıb müxtəlif sahələrdə çalışaraq, öz təcrübələrini bölüşəcəklər. Onların uğurları və xoş sədalarını eşitmək bizi də sevindirir.

- Bilirik ki, Kıbrısda turizm inkişa edir. Hal-hazırda vəziyyət necədir?

- Kıbrısda turizm sahəsinə xüsusi önəm verilir. Ölkəmizin əsas gəlir mənbəyi turizmdən formalaşır. İldə on minlərlə turist qəbul edirik. Kıbrısın əlverişli coğrafi mövqeyi və turizm üçün yaradılan şərait turistləri cəlb edir.

- Azərbaycan turizmini izləyirsinizmi?

- Bəli. Son illər Azərbaycanda turizmdə güclü inkişaf müşahidə olunur. Ölkəyə turistlərin axını sürətlənib. Bir məsələni qeyd edim ki, Azərbaycanda turizmin inkişafı digər sahələrin inkişafına təkan verə bilər. Bu isə yeni iş yerləri və əlavə gəlir mənbəyi deməkdir. Azərbaycanda yeni hotellərin istifadəyə verilməsi və yaradılan infrastrukur turizmin inkişafına müsbət implus verəcək.

- Özdəmir bəy, Qarabağ problemi haqqında sual vermək istərdim. Kıbrıslılar Qarabağ problemi haqqında nə qədər geniş bilgiyə sahibdirlər?

- Qarabağ Kıbrısın da problemidir. Təəssüf ki, ikili standartlar Qarabağ məsələsinin həllinə imkan vermir. Qarabağda yaşanan hadisələrlə Kıbrısda yaşanan hadisələr arasında oxşar cəhətlər çoxdur. Hər ikisində də insanlar qətliamlara məruz qalıblar. Bu, bizim acımızı birləşdirən ortaq faktdır. Beynəlxalq təşkilatların Qarabağ məsələsində hərəkətə keçməsi lazımdır. Çünki dünya birliyi qəbul edir ki, Qarabağ qeyri-qanuni olaraq işğal altındadır. Biz praktiki addımları görmürük. Bunu təəssüflə qeyd etməliyəm. İnanıram ki, tezliklə azərbaycanlı qardaşlarım öz vətənlərinə geri dönəcəklər.

Elnur Elturk










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”