Qarabag Media
Haqqımızda Əlaqə

Milli Qəhrəman İmamverdi Əliyevin doğum günüdür - Foto/Video


Tarix:1-10-2017, 04:18 Kateqoriya:Manşet / Qəhrəmanlar

Milli Qəhrəman İmamverdi Əliyevin doğum günüdür - Foto/VideoƏliyev İmamverdi Barat oğlu 1 oktyabr 1950-ci ildə İmişli rayonunun Qulubəyli kəndində doğulmuşdur.

1969-cu ildə Kürdmahmudlu kənd orta məktəbini bitirdikdən sonra İmişli rayon Hərbi Komissarlığının göndərişi ilə Saatlı rayon 9 saylı texniki-peşə məktəbinin sürücülük kursuna daxil olmuşdur. 1970-ci ildə sürücü peşəsinə yiyələnib, hərbi xidmətə gedir. 1972-ci ildə ordudan tərxis olunur və Bakı şəhəri Yasamal rayon Daxili İşlər Şöbəsində sürücü-milis nəfəri kimi əmək fəaliyyətinə başlayır. 1973-77-ci illərdə o, Bakı Maliyyə-Kredit Texnikumunun tələbəsi, 1978-ci ildə isə Bakı Xüsusi Milis Məktəbinin kursantı olmuşdur. İ.Əliyev təhsilini başa çatdırdıqdan sonra DİN-nin göndərişi ilə İmişli rayon DİŞ-nin mühafizə bölməsində baş inspektor vəzifəsində çalışır.

1987-ci il... Artıq o, İmişli RDİŞ-də sahə müvəkkili işləyirdi. 90-cı illər... Torpaqlarımızın bütövlüyü uğrunda qanlı döyüşlər başlanmışdı. Bir azərbaycanlı kimi İmamverdi Əliyevin də ürəyində düşmənə qarşı nifrət hissi alovlanırdı. 1991-ci ildə İmişli RDİŞ-nin bir qrup əməkdaşını Cəbrayıl rayon DİŞ-nə ezam etdilər. Onların arasında İ.Əliyev də vardı. O, dəfələrlə ölümlə üzbəüz gəlsə də, çevikliyi, döyüş əzmi sayəsində bütün xatalardan qurtula bilmişdi. Ağır döyüşlərdə düşmənin 4 tankını sıradan çıxarmışdı.
15 noyabr 1991-ci il... Erməni yaraqlıları Hadrut rayonunun (Xocavənd) Şaqax kəndinə hücuma keçmişdi. Yüzlərlə erməni yaraqlısına qarşı cəmi 17 nəfər polis əməkdaşı döyüşürdü. On saatdan artıq davam edən bu ölüm-dirim savaşında düşmən xeyli itki verdi. Döyüşdə xüsusi rəşadət göstərən İmamverdi Əliyev qəhrəmancasına həlak oldu.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əliyev İmamverdi Barat oğluna ölümündən sonra “Azərbaycanm Milli Qəhrəmanı” adı verilmişdir. İmişli rayonunda dəfn edilmişdir.

Adına İmişli rayonunda küçə var. Qulubəyli kənd orta məktəbi də qəhrəmanm adını daşıyır. İmişli rayon Daxili İşlər Şöbəsi binasının önündə büstü qoyulmuşdur.

Milli Qəhrəman İmamverdi Əliyevin doğum günüdür - Foto/Video

Milli Qəhrəman İmamverdi Əliyevin doğum günüdür - Foto/Video

Milli Qəhrəman İmamverdi Əliyevin doğum günüdür - Foto/Video










SON XƏBƏRLƏR
Çağdaş Azərbaycan Türk fəlsəfəsinin başlıca problemləri
Əlimərdan bəy Topçubaşovun qayınanasına məktubu – Sizin qızınızı sevirəm…
Fizuli Məmmədov İtaliya mətbuatında Xocalı soyqırımından yazdı
"Yollar uzanan gün..." filminin təqdimatı oldu - FOTO
Qazaxıstan “Barıs” zirehli maşının qış sınaqlarına başlayıb
"Hamilə qadınların qarnına biz soxdular, içalatlarını çıxartdılar" — Xocalı şahidi
Fəxri adlara görə aylıq təqaüd artırıldı
Azərbaycanda "Youtube" kanalı bağlanmalıdır? – EKSPERTLƏRİN RƏYİ
"Xəcalət" dramı bu dəfə Ağdam səhnəsində — FOTO
Türk ordusu 3 kəndi azad etdi
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı
“Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb" — Rəşad Sadıqov
"Azərbaycanlı terminator": Biz pul üçün döyüşmürük
Atatürkün dəfnində iştirak edən sabiq nazir — Azərbaycan Cümhuriyyəti - 100
“Video Vəkillik Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirmişdir
“İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var”
Qarabağda erməni əsgər məhv edildi
İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq
Azərbaycan XİN Eduard Nalbandyana cavab verib
Azərbaycanın müdafiə naziri Belarusa gedib
Türkiyə Silahlı Qüvvələri: "Afrinə tərəf hərəkət edən bütün qüvvələr məhv ediləcək"
İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstək
3 Milli Qəhrəmanın doğum günüdür
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - V Yazı
Məcburi köçkünlərin vahid aylıq müavinəti artırılıb
Afrində daha bir kənd terrorçulardan təmizləndi
Neçə Milli Qəhrəman var?
“Yollar uzanan gün...” filminin təqdimat mərasimi keçiriləcək
Rəsmi Bakı Qarabağ məsələsində Fransanın mövqeyindən narahatdır
Birinci sinfə şagird qəbulu başlayır - Qaydalar açıqlandı