Qarabag Media
Haqqımızda Əlaqə

"Görəsən, mənə də həsəd aparan olacaqmı?" - Bu gün Səxavət Məmmədovun amım günüdür


Tarix:30-09-2017, 23:24 Kateqoriya:Manşet / Mədəniyyət

"Görəsən, mənə də həsəd aparan olacaqmı?" - Bu gün Səxavət Məmmədovun amım günüdür...Məni hamı xanəndə kimi tanıyır. Əslində... mən oxumuram. Danışıram. Quş dilində. Bu dildə qeybət eləmək olmur. Yalan danışmaq, ara vurmaq, ev yıxmaq olmur. “Bu quş dilidi”... Yaxşı ki, bu dili təkcə Süleyman peyğəmbər bilmir. Ayağımın altında dəniz kimi dalğalanan torpaq bilir, qanadlarımla yelpiklədiyim göy üzü bilir. Deyəsən, özüm də bir az öyrənmişəm. Quş dilini yaxşı öyrənəndən sonra susmaq istəyirəm. Əlbəttə, quş dilində! Quş dilində susmaq sözləri köməyə çağırmadan oxumaqdı. Mən buna can atıram...

...İnsan bir neçə dəfə doğulur. Hərənin də öz missiyası. İşini vaxtında görənlər sınaqdan üzüağ çıxdıqları üçün bir də bu dünyaya ezam olunmurlar. Mən belələrinə həsəd aparıram. Görəsən, mənə də həsəd aparan olacaqmı?..

...Dünya zəhərlənib: yalanla, qarğışla, tüstüylə. Dünya boğulur. Amma qorxusu yoxdu. Dünyanın ayağı yeriməsə, gözü tutulsa, dili batsa da olar.Təki qulağı eşitsin! Onun havasını təmizləməyə, gözünü, ayağını, dilini açmağa bir quş səsi bəsdi...

...Vədə tamam olanda insanın ayağı yerdən üzülür, quşun göydən. Mən ayağımı uçduğum göydən üzə bilərəm, doğulduğum yerdən yox. Mən əlimi Allahdan üzə bilərəm, Qarabağdan yox.

Torpağa düşsəm də,

Bu gənc yaşımda...

Səxavət Məmmədov


Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. Səxavətin də səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Külək" və s.

1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə “Hümayun” xalq ansmblının solisti olur. 1983-88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.

“Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yarandı. Səxavət “Qarabağ”la təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini gəzib dolanır, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırırdı.

Səxavət Məmmədov bənzərsiz səsə malik idi. Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı


Karabakhmedia.az










SON XƏBƏRLƏR
Çağdaş Azərbaycan Türk fəlsəfəsinin başlıca problemləri
Əlimərdan bəy Topçubaşovun qayınanasına məktubu – Sizin qızınızı sevirəm…
Fizuli Məmmədov İtaliya mətbuatında Xocalı soyqırımından yazdı
"Yollar uzanan gün..." filminin təqdimatı oldu - FOTO
Qazaxıstan “Barıs” zirehli maşının qış sınaqlarına başlayıb
"Hamilə qadınların qarnına biz soxdular, içalatlarını çıxartdılar" — Xocalı şahidi
Fəxri adlara görə aylıq təqaüd artırıldı
Azərbaycanda "Youtube" kanalı bağlanmalıdır? – EKSPERTLƏRİN RƏYİ
"Xəcalət" dramı bu dəfə Ağdam səhnəsində — FOTO
Türk ordusu 3 kəndi azad etdi
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı
“Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb" — Rəşad Sadıqov
"Azərbaycanlı terminator": Biz pul üçün döyüşmürük
Atatürkün dəfnində iştirak edən sabiq nazir — Azərbaycan Cümhuriyyəti - 100
“Video Vəkillik Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirmişdir
“İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var”
Qarabağda erməni əsgər məhv edildi
İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq
Azərbaycan XİN Eduard Nalbandyana cavab verib
Azərbaycanın müdafiə naziri Belarusa gedib
Türkiyə Silahlı Qüvvələri: "Afrinə tərəf hərəkət edən bütün qüvvələr məhv ediləcək"
İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstək
3 Milli Qəhrəmanın doğum günüdür
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - V Yazı
Məcburi köçkünlərin vahid aylıq müavinəti artırılıb
Afrində daha bir kənd terrorçulardan təmizləndi
Neçə Milli Qəhrəman var?
“Yollar uzanan gün...” filminin təqdimat mərasimi keçiriləcək
Rəsmi Bakı Qarabağ məsələsində Fransanın mövqeyindən narahatdır
Birinci sinfə şagird qəbulu başlayır - Qaydalar açıqlandı