Qarabag Media
Haqqımızda Əlaqə

30 məcburi köçkün ailəsinin yaşadığı yanan binadan - FOTO/VİDEO

Tarix:13-09-2017, 01:39 Kateqoriya:Manşet / Gündəm

30 məcburi köçkün ailəsinin yaşadığı yanan binadan - FOTO/VİDEO

Bakıda məcburi köçkünlərin yaşadığı binada gecə saatlarında yanğın olub.

Hadisə 12 sentyabr 2017-ci il tarixdə gecə saat 04:00 radələrində Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov küçəsi 15 ünvanında baş verib.

Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Kazımağa Kərimov baş vermiş yanğın hadisəsi ilə əlaqədar ərazidə olub. İcra başçısı sakinlərin müraciətlərini dinləyib, onların suallarını cavablandırıb, müvafiq tədbirlərin görülməsi üçün əlaqədar təşkilatlara və məsul şəxslərə tapşırıqlar verib.

Yanğın zamanı xəsarət alan olmasa da, 7 məcburi köçkün ailəsinin əmlakına ziyan dəyib, hazırda mənzillərdə yaşamaq qeyri mümükündür.

Sakinlər məişət əşyalarını çıxarmağa çalışsalar da, əksəriyyətinin ev əşyaları tamamilə yanıb.

Bina sakinlərinin verdiyi məlumata görə, bina 2 mərtəbəli, 3 blokdan ibarətdir. 30-dan çox məcburi köçkün ailəsi 25 ildən çoxdur ki, bu binada məskunlaşıb.

Qeyd edək ki, 30 məcburi köçkün ailəsinin məskunlaşdığı bina 1930-cu illərdə inşa olunub. Bina əsas yükdaşıyıcı konstruksiyası ağac karkas olmaqla ara boşluqları qamışla doldurulmuş tikilidən ibarətdir. Uzun müddət ərzində təmirsiz istismar nəticəsində binada çoxsaylı çatlar yaranıb, binanın 3-cü girişinin yan divarında çökmə yaranıb.

Son 6 ildə binanın müxtəlif yerlərində iri çatlar əmələ gəlməsi və bina sakinlərinin həyat və sağlamlığına böyük təhlükə yaranması barədə dəfələrlə aidiyyatı orqanlara məlumat verilisə də, məcburi köçkünlərin şikayətinə baxan qurum tapılmayıb.

Qamışdan tikilmiş binanın damı su buraxaraq divarların orta hissəsini yetərincə zədələmişdir. Fövqəlada Hallar Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları tərəfindən dəfələrlə binaya ətraflı baxış keçirilmiş və şifahi olaraq bildirilmişdir ki, bina həqiqətən də ağır qəza şəraitinə düşüb, həyat üçün son dərəcə təhlükəlidir. Lakin deyilənlərə baxmayaraq heç bir tədbir görülməmiş və binaya verilən qiymət həyatda öz əksini tapmamışdır. İndiyədək köçkünlər həmin binada yaşayışlarını qorxu içində davam etdirirlər. Divarların ilin bütün fəslində nəm qalması bina sakinlərində ağır xəstəliklər yaratmışdır. Binanın uçmaq təhlükəsi günü-gündən artaraq son həddə çatmış və nəticədə gecə saatlarında yanğın baş vermişdir.

Binada yaşayan məcburi köçkünlərin verdiyi məlumata görə, onlar Qaçqın və Məcburi Köçkünlərin İşlər Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun və Xətai rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmuşlar və qəzalı vəziyyətdə olan binanın şəkillərini onlara təqdim etmişlər. Binaya baxılması və tədbir görülməsi barədə Əli Həsənovun verdiyi göstərişlərə hələ də baxılmayıbdır.

Karabakhmedia.az

SON XƏBƏRLƏR
"F- 35"lər Türkiyədə!
Ruslar Paşinyana o qırıcıları satan deyil
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Azərbaycan və Ermənistan XİN başçıları Minskdə görüşdülər
Prezident səhiyyə işçilərini təltif edib - SİYAHI
BMT-NİN 4 QƏTNAMƏSİNƏ LAVROV YANAŞMASI...
Millət vəkili: Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq
Dilqəm Əsgərovun oğlu evləndi
Nərimanov rayonunda eyvanlardan paltar asmaq qadağan edildi
Elmar Məmmədyarov erməni nazirlə görüşə razılaşdı
Futbolçular baş məşqçini dəyişməyi xahiş etdi - Məğlubiyyətdən sonra
22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər
Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
Azərbaycan hökuməti bayraqla bağlı tarixi qərara imza atdı
Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı- Bəxtiyar Qəhrəmanov
Hacısamlı — Kəndlərimiz rubrikasından
Çavuşoğlu və Məmmədyarovu nə bağlayır?
Vikipediyada AXC ilə bağlı nə baş verir? - VİDEO
Abdulla Şaiq yaradıcılığında insan problemi - II YAZI
Qadın paltarına qarşı kəlbətin - Murad Köhnəqala yazır
Səlahəddin Dəmirtaşın qardaşı Qəndildə öldürüldü
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
Altayda iki min il yaşı olan qeyri-adi türk mumiyası tapılıb
Elmar Məmmədyarov Belarusa gedib
900 manatdan çox maaş alan müəllimlərin sayı açıqlandı
Hafiz Hacıyevin şortikli kişilər dərdi
Yevlaxda bir tona yaxın narkotik aşkarlandı
Şou ruhu ilə Qarabağ olmaz
Türkiyə seçkilərindən sürpriz gözləməyə dəyərmi?
Azərbaycan yeni hərbi helikopterlər əldə edib - VİDEO