Qarabag Media
Haqqımızda Əlaqə

Amerika və Qərb ölkələri üçün Yaxın Şərqi xaosa sürükləmək əsasdır


Tarix:13-09-2017, 00:28 Kateqoriya:Manşet / Siyasət

Amerika və Qərb ölkələri üçün Yaxın Şərqi xaosa sürükləmək əsasdır

Qərb Yaxın Şərqdəki xaosları İran və Türkiyənin daxilinə transferə çalışırAzər Rəşidoğlu: “Qərb strateqləri referendumun baş tutmasına yox, bu hadisənin hay-küyə və qarşıdurmaya səbəb olmasına çalışırlar”

Setyabrın 25-də İraqda Kürdüstan regional hökuməti referendum keçirməyi planlaşdırır. Eyni zamanda İraq Məclisi referendum qərarını rədd edib. Belə olan halda nə gözlənilir, bölgədə hadisələr hansı məcraya yönələcək? Beynəlxalq aləmin bu məsələdə mövqeyi nədir?

Məsələ ilə əlaqədar politoloq Azər Rəşidoğlu FaktXeber.com-a münasibət öyrənib.

Növbəti mərhələdə bölgəni bir daha xaosa sürükləmək cəhdləri durur və bu referendumun əsas nəticəsi ondan ibarətdir

Siyasətçinin sözlərinə görə, kürdlərin müstəqillik referendumu bölgədə vəziyyəti daha da gərginləşdirəcək: “Bəri başdan ehtimal etmək olar ki, onun nəticələri beynəlxalq aləm tərəfindən tanınmayacaq. Buna baxmayaraq, kürd separatçılarının Yaxın Şərqdə, o cümlədən Türkiyədə daha da fəallaşması mümkündür. Bu səbəbdən Türkiyənin daxilində terror aktlarının baş verə biləcəyi, bölgədə etnik qarşıdurmaların daha da şiddətlənə biləcəyini proqnozlaşdıra bilərik.”

İraq Parlamentinin bu referendumu qanunsuz kimi dəyərləndirdiyini xatırladan ekspert bu səbəbdən hadisənin hüquqi dəyişikliyə səbəb olmayacağını deyib: "Bununla belə etnik qarşıdurmanın və bölgədə gərginliyn artırılması baxımından hər halda ciddi bir hadisə kimi dəyərləndirmək olar."

Yeri gəlmişkən, qeyd edək ki, beynəlxalq güclərin bu məsələyə münasibəti birmənalı deyil. Nəticələrin beynəlxalq aləmdə tanınmayacağı söylənsə də, hələ ki, dünya gücləri sakit görünürlər. Siyasi təhlilçi bu məsələyə də aydınlıq gətirdi.

Politoloqun sözlərinə görə, dünya gücləri – xüsusən Amerika və Qərb ölkələri üçün Yaxın Şərqi xaosa sürükləmək əsasdır: “Onlar hüquqi baxımdan kürd separatçılara bir yardım göstərməsələr də, maliyyə və silahla təmin edir, insan haqlarının pozulması prizmasından yanaşaraq yardım göstərirlər. Qərb üçün əsas məsələ Yaxın Şərqi xaosa sürükləmək, həmçinin prosesləri İran və Türkiyənin daxilinə transferə nail olmaqdır. Gərginlik və referendumdan sonra qarşıdurma nə qədər çox olarsa, idarə olunan xaos nəzəriyyəsinə uyğun həyata keçiriləcək. Bu baxımdan Qərb strateqləri referendumun baş tutmasına yox, bu hadisənin hay-küyə və qarşıdurmaya səbəb olmasına çalışırlar.”

“Birmənalı şəkildə demək olar ki, Yaxın Şərqdə bütün məzhəb və etnik çatışmaların arxasında Qərb strateqləri durur. Bu da növbəti mərhələdir. Növbəti mərhələdə bölgəni bir daha xaosa sürükləmək cəhdləri durur və bu referendumun əsas nəticəsi ondan ibarətdir”, - deyə Azər Rəşidoğlu sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, İraq Kürdüstanı regional hökumətinin sentyabrın 25-də keçiriləcək "müstəqillik referendumu" ilə əlaqədar İraq Məclisində müzakirələr olub. Parlament səs çoxluğu ilə referendum qərarını rədd edib. Qərara qarşı çıxan kürd parlamentarilər zalı tərk edib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Çağdaş Azərbaycan Türk fəlsəfəsinin başlıca problemləri
Əlimərdan bəy Topçubaşovun qayınanasına məktubu – Sizin qızınızı sevirəm…
Fizuli Məmmədov İtaliya mətbuatında Xocalı soyqırımından yazdı
"Yollar uzanan gün..." filminin təqdimatı oldu - FOTO
Qazaxıstan “Barıs” zirehli maşının qış sınaqlarına başlayıb
"Hamilə qadınların qarnına biz soxdular, içalatlarını çıxartdılar" — Xocalı şahidi
Fəxri adlara görə aylıq təqaüd artırıldı
Azərbaycanda "Youtube" kanalı bağlanmalıdır? – EKSPERTLƏRİN RƏYİ
"Xəcalət" dramı bu dəfə Ağdam səhnəsində — FOTO
Türk ordusu 3 kəndi azad etdi
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı
“Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb" — Rəşad Sadıqov
"Azərbaycanlı terminator": Biz pul üçün döyüşmürük
Atatürkün dəfnində iştirak edən sabiq nazir — Azərbaycan Cümhuriyyəti - 100
“Video Vəkillik Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirmişdir
“İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var”
Qarabağda erməni əsgər məhv edildi
İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq
Azərbaycan XİN Eduard Nalbandyana cavab verib
Azərbaycanın müdafiə naziri Belarusa gedib
Türkiyə Silahlı Qüvvələri: "Afrinə tərəf hərəkət edən bütün qüvvələr məhv ediləcək"
İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstək
3 Milli Qəhrəmanın doğum günüdür
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - V Yazı
Məcburi köçkünlərin vahid aylıq müavinəti artırılıb
Afrində daha bir kənd terrorçulardan təmizləndi
Neçə Milli Qəhrəman var?
“Yollar uzanan gün...” filminin təqdimat mərasimi keçiriləcək
Rəsmi Bakı Qarabağ məsələsində Fransanın mövqeyindən narahatdır
Birinci sinfə şagird qəbulu başlayır - Qaydalar açıqlandı