Qarabag Media
Haqqımızda Əlaqə

Akif Əlinin və Lütfü Zadənin başı...


Tarix:9-09-2017, 18:48 Baxış Sayı:712 Kateqoriya:Manşet / Yazarlar

Akif Əlinin və Lütfü Zadənin başı... Baş həmişə strateji orqandır. Adama fiziki yox mənəvi başına gələcəkləri xatırladır. Sən də seçimi özün eləyirsən. Yəni ya başına gələ biləcəkləri gözə alıb mənəviyyatının da, həyatının da başına daş salırsan, ya da düşəcək daşları fərq edib dayanırsan. Beləcə, təhlükə soyuyub gedir. İstədim əvvəlcə başımızın mahiyyətini söyləyim ki, dəyərini həmişə bilək. Bu günlərdə dəyərli başlardan birini itirdik, Lütfü Zadəni, başımız sağ olsun. Azərbaycan Respublikasının prezidenti səviyyəsində alimin ailəsinə başsağlığı verilib. Onun Azərbaycanda, VƏTƏNində dəfn edilməsi üçün bütün tədbirlər görülməkdədir.

Bu arada baxırsan, xəbər portalları Nazirlər Kabinetinin mətbuat xidməti rəhbərinin olaya münasibətini yaylıb. Xidmət rəhbəri Akif Əli müəllim ölüm xəbərlərinə reaksiyasında deyib ki, “mən o, fındıqbaş kişinin ölümünə münasibət bildirmək istəmirəm” . Düzü, ciddi dövlət qurumlarında çalışan nüfuzlu adamların protokol qaydalarını, prosesləri, kimin sözündən sonra nə danışmalarını bilməmələri, ya da biilə-bilə belə elədiklərinə dair gördüklərim media adamı olaraq məni də narahat edir. Yəni olduğun yerin mahiyyəti və nufuzunu necə başa düşməmək olar?!.. Bəlkə də bu şəxsiyyətə yox, hadisəyə yəni ölümə reaksiyadır Akif Əlinin.

Çünki hər birimiz müəyyən yaş dövründən sonra ölümdən qorxuruq. Əslində nəyinsə yarıda qalacağından, nəyisə eləyə bilməməkdən qorxudur bu. Bir də bu adını ilk dəfə eşitdiyin, sorğu sualının olub-olmadığı və necə baş verdiyi, ağrılı, yoxsa əzablı olması bilinməyən vahiməli prosesdir. O üzdən Akif müəllimin yaşını nəzərə alıb yanaşmasını normal olmasa da, anlayışla qəbul elədim.

Eyni cürə mən Akif Əlinin Lütfü Zazdənin ölümünə nə dərəcədə dəxli olduğu sualı ətrafında da baş “sdındırmaqdayam”. Düzü, lap bir balaca da sevindim, yaxışı ki, adam Lütfü Zadəyə dediyi sözü mediaya yönəltməyib. Bəlkə bu daha böyük rezonans yaradardı. Nə isə ömründə bir dəfə ictimai yükü olan, illərdir görünən, gözəl bir işi var Akif Əlinin - “Tütək səsi” filmindəki obrazı. Mən bu adamı o rola bağışladım mənəvi olaraq, vətəndaş kimi. İndi Lütfü Zadənin ruhu bağışlayacaqmı, ya da ölkə başçısının ailəsinə başsağlığı verdiyi dünyaca nufuzlu bir adamı təhqir eləməsini dövlət qulluqçusu olaraq ona bağışlayacaqlarmı, bunu deyə bilmərəm?!.. Bir bildiyim o ki, bağışlayıb şans verdiyimiz hər şey, hər kəs cəmiyyət və dövlət olaraq sonra yenə üzümüzə ağır sillə kimi qayıdıb həmişə. Bu arada Lütfü Zadənin adının önündə və sonunda Azərbaycan, azərbaycanlı yazılması da qürurverici olaydır. Necə ki, eyni duyğunu Rastropoviçlə yaşamışdıq. Bunu anlamaq üçün çox yox, bircə damcı vətənpərvər, gen düşüncəli, bir də həm milliyyətinə, həm də mənəviyyatına görə azərbaycanlı olmaq yetərlidir.

Qaldı fındıqbaş məsələsinə, bu sözü Akif müəllim o yana dursun, heç özümün də dilimdən eşitmək məcburiyyətində olduğum xoşuma gəlmədi. Əslində hər iki baş haqda təssəvvür və təəssüratlarım var. Amma Akif müəllim olmadığım üçün bunu dilimə gətirə də, yaza da bilmədim...
/Musavat.com/

Jalə Mütəllimova

P.S. Qeyd edək ki, A.Əli artıq bu mövzuda xüsusi status yazaraq, “yerinə düşməyən sözlər olubsa, üzr istəyirəm” deyə açıqlama verib.




loading...




SON XƏBƏRLƏR
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi - (III YAZI)
"Hoçaz çayının səsi indi də qulağımdadır" - Ərşad Hüseynov
Bir gecədə məşhurlaşan müğənnidən daha bir maraqlı mahnı: "Qaytar qoyunları..." - VİDEO
Araz Türk Cümhuriyyəti hansı zərurətdən yarandı?
"Beşikdaş"ı qardaş klub seçib, onun izi ilə gedəcəyik" - QURBAN QURBANOV
AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib
“Hərbi xidmətdə olmamışam” – Əli Həsənovun nəvəsinin məhkəməsi
İranlı xanəndə Azərbaycan türklərini təhqir etdi - VİDEO
Xəyal Əhmədov: "Yarışlarda Azərbaycanın bayrağını ucaltdığım üçün qürur duyuram"
MTN GENERALI MƏHKƏMƏDƏ ELDAR MAHMUDOVUN ŞOK CİNAYƏTİNİ AÇIQLADI
Nazir: “Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?”
Qarabağ əlili nazir müavini təyin edilsin! - Deputatdan təklif
Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın etirazına cavab verib
Yağış və qar yağacaq, bəzi yollar buz bağlayacaq -XƏBƏRDARLIQ
Jurnalist Natiq Qədimov dəfn olunub - FOTO
Gələn il orta aylıq əməkhaqqı 4 faizədək artacaq - NAZİR MÜAVİNİ
Prezident NATO-da Qarabağ problemini qaldırdı
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anım günüdür
"Qarabağ"ın əziyyətinə heyfim gəldi" - Elmar Məmmədyarov
RUSİYA, İRAN VƏ TÜRKİYƏ LİDERLƏRİ SURİYA İLƏ BAĞLI BƏYANAT QƏBUL ETDİLƏR
"Qırmızı vərəqə çox vaxt hansısa oyunçunu sındıranda verilir" - Qurban Qurbanov
Şenol Günəş “Qarabağ”ın oyununa gəlib
Azərbaycanda neçə min erməni yaşayır? - RƏSMİ RƏQƏM
İşləməyən köçkünlərin pulu niyə kəsilib? - Rəsmi açıqlama
Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib
Ərdoğan: "Qarabağ münaqişəsini yalnız Rusiya həll edə bilər"
İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşəcək
Fransalı mer Alfortvile və işğal altında olan Laçın şəhəri arasında qardaşlaşmanı pisləyib
Böyük turançı: İsmayıl Ənvər Paşa — Bu gün onun doğum günüdür
Niderlandda Qarabağa səfərlər təşkil edən Booking.com saytına qarşı kampaniya başlayır