Qarabag Media
Haqqımızda Əlaqə

Niderland radiosunda Azərbaycan haqqında danışıldı


Tarix:9-09-2017, 16:49 Kateqoriya:Manşet / Dünya

Niderland radiosunda Azərbaycan haqqında danışıldı

Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri, həmyerlimiz, Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov və təşkilatın katibi Vim van Embden bu günlərdə Radio Sxouven Dəüvlandda (Schouwen-Duiveland) aparıcısısı Geert Jan de Bruijn olan proqramın qonağı olublar.

Bu barədə təşkilatın sədri Vüqar Abbasov məlumat verib. Onun sözlərinə görə proqram vaxtı iki ölkə arasındakı əlaqələrdən söhbət açılıb. Azərbaycanın turizm imkanları barədə geniş danışan soydaşımız indi Azərbaycana viza almağın daha asan olduğunu bildirərək bunu internet üzərindən bir neçə dəqiqəyə etməyin mümkünlüyünü deyib.

Ötən ilin yay fəslində Azərbaycanda olmuş “Connect”in katibi Vim van Embden isə Bakının olduqca gözəl şəhər olduğundan, yerli əhalinin insanpərvərliyindən, tolerantlığından və.s. söhbət açıb. Niderlandlı turizm həvəskarlarını Azərbaycana dəvət edən Vim qeyd edib ki, o özü də növbəti tətillərindən birini mütləq bu ölkədə keçirtmək istəyir. Daha sonra isə söhbət Niderland məhsullarının Azərbaycanda və əksinə, Azərbaycan məhsullarının Niderlandda tanıdılmasından danışılıb. Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli sədri ilə görüşündən danışan Vüqar Abbasov bildirib ki, əgər hər hansı bir Niderland şirkəti Azərbaycanda iş görmək istəyərsə cənab səfir də bu barədə öz fikirlərini həmən şirkətlə bölüşməyə hazırdır.

Daha sonra soydaşımız proqramın aparıcısına Azərbaycan çayı və üzərində Bakıya aid şəkil olan fincan hədiyyə edib və Geert Jan de Bruijn canlı yayımda bu barədə dinləyicilərə danışaraq soydaşımıza təşəkkür edib.

Elnur Eltürk










SON XƏBƏRLƏR
Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığı yeni mərhələdə
Zakir Həsənov Putinlə görüşə və “qırmızı ordu”nun yubileyinə getmədi
Berlində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar simpozium keçirilib
Makedoniyalı siyasətçi: "Xocalı soyqırımı Ermənistana ləkədir"
Abırsızlıqları izləməkdəyik
Rusiyada yaşayan azərbaycanlı jurnalist vəfat edib
Çağdaş Azərbaycan Türk fəlsəfəsinin başlıca problemləri
Əlimərdan bəy Topçubaşovun qayınanasına məktubu – Sizin qızınızı sevirəm…
Fizuli Məmmədov İtaliya mətbuatında Xocalı soyqırımından yazdı
"Yollar uzanan gün..." filminin təqdimatı oldu - FOTO
Qazaxıstan “Barıs” zirehli maşının qış sınaqlarına başlayıb
"Hamilə qadınların qarnına biz soxdular, içalatlarını çıxartdılar" — Xocalı şahidi
Fəxri adlara görə aylıq təqaüd artırıldı
Azərbaycanda "Youtube" kanalı bağlanmalıdır? – EKSPERTLƏRİN RƏYİ
"Xəcalət" dramı bu dəfə Ağdam səhnəsində — FOTO
Türk ordusu 3 kəndi azad etdi
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı
“Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb" — Rəşad Sadıqov
"Azərbaycanlı terminator": Biz pul üçün döyüşmürük
Atatürkün dəfnində iştirak edən sabiq nazir — Azərbaycan Cümhuriyyəti - 100
“Video Vəkillik Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirmişdir
“İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var”
Qarabağda erməni əsgər məhv edildi
İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq
Azərbaycan XİN Eduard Nalbandyana cavab verib
Azərbaycanın müdafiə naziri Belarusa gedib
Türkiyə Silahlı Qüvvələri: "Afrinə tərəf hərəkət edən bütün qüvvələr məhv ediləcək"
İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstək
3 Milli Qəhrəmanın doğum günüdür
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - V Yazı