Qarabag Media
Haqqımızda Əlaqə

"Dərdin biri gedir, biri qayıdır" - Tahir Talıblı


Tarix:8-09-2017, 20:17 Baxış Sayı:148 Kateqoriya:Manşet / Yazarlar

"Dərdin biri gedir, biri qayıdır" - Tahir Talıblı[/thumb] Nə var ki, ölməkdən asan
Nə də yaşamaqdan usan
Uca dağ başınnan aşan
Günüm yol elədi məni.

Elə beləsə də qulam
Lələ bələsə də qulam
Ağa eləsə də qulam,
Başdan qul elədi məni.

Nə fərqi lap güllələyin,
Ya başıma gül ələyin.
Hamınıza əl eləyən-
Tanrım,əl elədi məni.

2014, sentyabr

Gəmisi qayıtmaz liman kimisən…

Sənnən gələn hoşdur bana
Ya gül göndər, ya da tikan.
Mehrin də hoş, qəhrin də hoş
Ya xalat ver, ya da kəfən.
Ahmet Yasəvi

Deyəsən zənglərim sənə xoş olmur
Sənin susmağınnan çox xoş oluram.
Mən göz düzəldirəm, üstə qaş olmur,
Gözümü tökürsən bihuş oluram.

Asıla qalmısan kipriklərimnən
Gözümdə sıxılmış bir damcı yaşsan
Ağrı göyərəcək, dərd cücərəcək
Qəfil tufan kimi haraya düşsən.

Bitər gözlərində ayrılıq, bitər
Yoxsa bir lal-dibsiz güman kimisən.
Limanlar ağlayar, gəmilər gedər
Gəmisi qayıtmaz liman kimisən.

12 iyun 2016

******

İçimə çən düşən kimi
Özümnən gen düşən kimi
Yadıma sən düşən kimi
İt kimi, qurd kimi qəribsəyirəm.

Ölüsüz qəbirlər çökük
Daş evləri uçuq-sökük
Qaşı batıq, qəddi bükük
Yurd kimi qəribsəyirəm.

Atlar çapışır yüyənsiz
Barrar-bacalar iyəsiz
Bir kimsəsiz, bir yiyəsiz
Dərd kimi qəribsəyirəm.

Bilgə 08.05

******

Bu ömrə biçilən bir yazıdımı,
Yazıla-yazıla ayazıdımı?!
Dünya tərs dəyirman boğazıdımı,
Ölü atılan var, diri qayıdır.

Arşınçı arşında bezini görür.
Əyrilik əyridə izini görür.
Hər kəs gəlib məndə özünü görür
Hər kəs dəyib mənə geri qayıdır.

İçim gennən gəzən qıraqlar kimi
Başımnan tökülür qınaqlar kimi
Üzünə baxılan qonaqlar kimi
Dərdin biri gedir, biri qayıdır.

Dekabr 2015

DƏRD

Ayrılıq elə dərd deyil
Ayrılıq ağrıdı, gülüm.
Ayrılıq can almasa da
Ayrılıq ağrıdır,gülüm.

Çeşid-çeşid dərdlər varsa
Gəlib də qəsdinə dursa
Sən allahın altında durr
Allahın üstündə dursun.

İçimdə dərdlər ağrıyır,
Gözümdə dərdlər səyriyir
Məni sizdən ayırırsa
Çəkdiyim dərdlər ayırır.

2010

QURBƏT

Uzaqda yurd qoxusu var.
Neçə bələn, dağ ayırır
Təzə qürbət qorxusu var.
Gözlərim qürbət səyriyir.

Yanır, yanır…
İçim qürbət havasına.
Yenə içimə çəkilləm,
Çıxıb göyümə çəkilləm
Yenə məni qınasalar.

Qat-qat qürbətlər görünür,
Durub göz-gözə qalalı.
Nə var ağrıdan anarı,
Nə var qürbətdən bəlalı.

Gəldi,bu da son, çatdı
Qürbət çıxmadı içimnən.
Keçdi karvannar da getdi
Tək mənmi qaldım köçümnən?

2010

******

Canımızdan şirə çəkir
Əcəl dartıb gora çəkir
Bu yol bizi hara çəkir
Şah olub onda bilərsən.

Gedə-gedə heçə çıxır
Öcəşikdi öcə çıxır
Can boğazdan necə çıxır
Ah olub onda bilərsən.

Tək çəkilən,dərdə nə var,
Ta qalmağa yerdə nə var.
Bilməzsən göylərdə nə var
Ruh olub onda bilərsən.

2010

******

Bəxtində bir kişi vardı,
O kişini sən öldürdün
Bilmədim billə-biləmi,
Bəlkə bilmədən öldürdün?!

Günü ölümə açılar
Kişi ölümnən asılar
Məni içimnən acılar
Yoxsa,sən genən öldürdün?

Tanrım,adamı dərd oyar,
Dərdin özü də bir boya
Sənin adına dünyaya
Gəldiyim günnən öldürdün.

Noyabr 2016

******

(Nazim Hikmətə nəzirə)

Dərd-dərdnən unudular,
Kadın-kadınnan.
Seni unutamadım ama
Unuturamadı heç bir kadın
Seni bana.
Gerçekler-
Yalanlar kadar unudular
Yalanlar unudular gerçekler
Kadar
Ölümlə gerçəkləşər sonda
Bütün yalanlar.

Mart 2016

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi - (III YAZI)
"Hoçaz çayının səsi indi də qulağımdadır" - Ərşad Hüseynov
Bir gecədə məşhurlaşan müğənnidən daha bir maraqlı mahnı: "Qaytar qoyunları..." - VİDEO
Araz Türk Cümhuriyyəti hansı zərurətdən yarandı?
"Beşikdaş"ı qardaş klub seçib, onun izi ilə gedəcəyik" - QURBAN QURBANOV
AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib
“Hərbi xidmətdə olmamışam” – Əli Həsənovun nəvəsinin məhkəməsi
İranlı xanəndə Azərbaycan türklərini təhqir etdi - VİDEO
Xəyal Əhmədov: "Yarışlarda Azərbaycanın bayrağını ucaltdığım üçün qürur duyuram"
MTN GENERALI MƏHKƏMƏDƏ ELDAR MAHMUDOVUN ŞOK CİNAYƏTİNİ AÇIQLADI
Nazir: “Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?”
Qarabağ əlili nazir müavini təyin edilsin! - Deputatdan təklif
Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın etirazına cavab verib
Yağış və qar yağacaq, bəzi yollar buz bağlayacaq -XƏBƏRDARLIQ
Jurnalist Natiq Qədimov dəfn olunub - FOTO
Gələn il orta aylıq əməkhaqqı 4 faizədək artacaq - NAZİR MÜAVİNİ
Prezident NATO-da Qarabağ problemini qaldırdı
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anım günüdür
"Qarabağ"ın əziyyətinə heyfim gəldi" - Elmar Məmmədyarov
RUSİYA, İRAN VƏ TÜRKİYƏ LİDERLƏRİ SURİYA İLƏ BAĞLI BƏYANAT QƏBUL ETDİLƏR
"Qırmızı vərəqə çox vaxt hansısa oyunçunu sındıranda verilir" - Qurban Qurbanov
Şenol Günəş “Qarabağ”ın oyununa gəlib
Azərbaycanda neçə min erməni yaşayır? - RƏSMİ RƏQƏM
İşləməyən köçkünlərin pulu niyə kəsilib? - Rəsmi açıqlama
Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib
Ərdoğan: "Qarabağ münaqişəsini yalnız Rusiya həll edə bilər"
İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşəcək
Fransalı mer Alfortvile və işğal altında olan Laçın şəhəri arasında qardaşlaşmanı pisləyib
Böyük turançı: İsmayıl Ənvər Paşa — Bu gün onun doğum günüdür
Niderlandda Qarabağa səfərlər təşkil edən Booking.com saytına qarşı kampaniya başlayır