Qarabag Media
Haqqımızda Əlaqə

Alparslan Türkeşin Türk Birliyi davası...


Tarix:6-09-2017, 08:47 Baxış Sayı:141 Kateqoriya:Manşet, Türk dünyası

Alparslan Türkeşin Türk Birliyi davası...

XX əsrin ikinci yarısında Türkiyənin siyasi həyatına damğa vurmuş, Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı olmuş Alparslan Türkeş özündən sonra qoyub getdiyi mənəvi-siyasi irsinə görə yalnız Türkiyə türkləri deyil, eyni zamanda Qafqaz, Kərkük, Krım, Kipr, Azərbaycan, Türkistan türkləri arasında da özünə məxsus yer tutmağı bacarmışdır.

Türkeş Türkiyənin, Türk Dünyasının yetərincə güclü olmadığı, üstəlik də türkçülüyə münasibətdə ziddiyyətli baxışların olduğu bir dövrdə türkçülük, Türk Birliyi ideyasını müdafiə etməyə başlamışdır. Hələ, 1944-cü ildə Türkiyə ordusunun zabiti olarkən Alparslan Türkeşin Nihal Atsız və başqa turançılarla birlikdə «İrqçılık-Turancılıq» ittihamıyla mühakimə olunması göstərir ki, onun düşüncəsində türklük yalnız Türkiyə türklüyü kimi dar mənalı olmamışdır. Özəlliklə, İkinci Dünya müharibəsinin son illərində (1944-1945) Sovetlər Birliyinin Türkiyə üzərində təzyiqlərinin artdığı bir dövrdə A.Türkeş, N.Atsız kimi türkçülərin, turançıların həbsxanalara atılması türküçülük davasının əməli örnəyi idi. A.Türkeş həbsxanaya düşməsinə səbəb olan Orkun dərgisində nəşr olunmuş məqaləsində yazırdı: “Başda özünü Türkdən başqa bir şey saymayan və ya Türk qanından olan insanlar olmalı... Türküm deməklə də olmaz, Türklüyü sindirmiş olmalı”.

Bütün bunlar Türkiyədə hələ də, türkçülük, turançılıq ideyasının yaşaması, türklüyün daha geniş anlamda başa düşülməsindən xəbər verirdi. Başqa sözlə, türkçülüyə və turançılığa qarşı ölkə daxilində və onun xaricində olan təzyiqlərə baxmayaraq, Türkeş ondan öncə Ənvər Paşa, Yusif Akçura, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Ziya Gökalp, Atatürk kimi böyük türkçülərin də müdafiə etdikləri Türk Birliyi ideyasının davamçısı olmuşdur. Yəni Türkeş Hüseynzadələr, Akçuralar, Kaspıralılar, Gökalplar, Rəsulzadələr, Atatürklər kimi böyük türkçülərdən, turançılardan yol alaraq Türk Birliyi ideyasını davam etdirməyə çalışmışdır. Doğrudur, ilk dövrlərdə o, Türkiyə ordusunun bir əsgəri ya da zabiti kimi bu ideyanı bacardığı qədər müdafiə etmişdir. Hətta, turançılıq ideyasından dolayı bir neçə dəfə həbsxana həyatı yaşamağa da məcbur olmuşdur. Bütün bunlar isə onun gələcəkdə böyük bir Türk siyasətçisi kimi formalaşmasında mühüm rol oynamışdır. Burada önəmli olan odur ki, Türkeş istər bir zabir, istərsə də siyasətçi olaraq Türk birliyi, Turançılıq məfkurəsinə həyatının sonuna qədər sadiq qalmışdır. Yəni Tükeş Türk ordusunun zabiti ya da siyasətçisi olduğu dövrdə əsas hədəfdən heç zaman kənara çıxmamış, üstəlik Türk birliyi ideyasının inkişafında mühüm rol oynamışdır.

Ona görə də, bizi burada daha çox maraqlandıran Türkeşin Türkçülük və Türk birliyi ideyasıyla bağlı irəli sürdüyü mülahizələrdir. Özəlliklə, Türkeşin Sovetlər Birliyi dövründə Türkiyə xaricindəki Türk xalqlarıyla bağlı düşüncələri diqqətçəkici məqamlardandır. Hər halda 1960-cı illərin ortalarında siyasətə atılaraq silahdaşları ilə birlikdə Cümhuriyyətçi Köylü Milllət Partiyasına (CKMP) daxil olan Türkeşin izlədiyi yolda Türk Birliyi ideyası ön sıralardan birini tutumuşdur. Belə ki, 1965-ci ildən CKMP-nin sədri olan Türkeş həmin siyasi təşkilatın ideya istiqamətinin müəyyənləşməsində də mühüm rol oynamışdır. Bu ideya istiqamətlərindən biri də “9 İşıq Doktrinası”nda da öz əksini tapdığı kimi Türk Birliyi idi. 1969-cu ildə CKMP Milliyətçi Hərəkat Partiyasına (MHP) çevirildikdəın sonra da Türkeşin lideri olduğu bu siyasi qurum Türk Birliyi məfkurəsindən bir addım olsun geri addım atmamışdır.

Hər halda 1960-1970-ci illərdə onun “9 İşıq Doktrinası”nda, Ülkücülük görüşlərində Sovetlər Birliyinin tərkibində yaşamağa məcbur olan Türk xalqlarıyla bağlı mülahizələri bir çox müzakirələrə səbəb olmuşdur. Öncə bildirməliyik ki, “9 İşıq Doktrinası” Alparslan Türkeş tərəfindən Milli Doktorina kimi müəyyənləşdirilərək “Doqquz İşıq” kimi ortaya qoyulan idealist düşüncənin ifadəsidir. Əvvəlcə CKMP-nın, daha sonra da Milliyyətçi Hərəkat Partiyasının (MHP) proqramının təməl prinsipləri olan “9 İşıq Doktrinası”nı Türkeş 1960-cı illərdə kapitalizm, liberalizm və kommunizm başda olmaq üzrə xarici doktrina və rəhbərlik sistemlərinə qarşı son müstəqil Türk dövlətini qoruya bilmək üçün, milli bir görüş ətrafında birləşmək üçün ortaya qoymuşdur.

Bizcə, Türkeşin Türk birliyi ya da “dış Türklər” siyasi-ideoloji baxışları onun “9 İşıq Doktrinası”nın ilk maddəsində - milliyyətçilkdə öz əksini tapmışdır. Türkeşə görə, Milliyyətçilik dedikdə -, hər şey Türk milləti üçün, Türk milləti ilə birgə və Türk millətinə görə sözləriylə yekunlaşdırıla biləcək doktrinadakı fikir, Türk millətinə bağlılıq, sevgi və Türkiyə dövlətinə sədaqət və xidmətdir. Milliyyətçilik Türk millətini, Türk vətənini və Türk dövlətini sevmək, bunların yaxşılığı üçün və yüksəlməsi üçün köklü bir ehtiras və şüur sahibi olmaq deməkdir. Türkçülük isə, mədəniyyətdə, elm və texnikada, siyasət, iqtisadiyyat və ticarətdə hər şeyin Türkə xüsusi və Türkə uyğun bir şəkildə olmasını istəmək və təmin etmək deməkdir. Alparslan Türkeş, milliyyətçilik qanununda əvvəlcə Türk tərifi üzərində dayanmışdır. O, bunu "Türklük şüuruna çatmış, səmimi olaraq "Mən Türkəm" deyən hər kəs Türkdür”-deyə ifadə etmişdir. “Türkçülük və Türkün təyinində, pozğun ölçülərə, xüsusilə məzhəbçiliyə, coğrafiyaçılığa, laboratoriya irqçiliyinə inanmıram.” (10 iyun 1973) sözləriylə açıqlamışdır.

Türkeş açıq şəkildə göstərirdi ki, Türkiyənin bu günki sərhədləri xaricində qalan digər Türklərlə maraqlanmaq və onların yaxşılığı üçün, qurtuluş və salamatlığı üçün əldən gələni etməyə çalışmaq Türk Milliyyətçiliyi üçün müqəddəs bir vəzifədir. Başqa sözlə, Türkeş hesab edirdi ki, bu zamana qədər milləti idarə edənlərin “dış türklər”lə ilgilənməyi daima zərərli görmələri dogru deyildir; dünyanın harasında Türk varsa, Türk millyiyətçilərinin ilgisi içindədir. Türkeş yazırdı: “Türk milləti böyük bir millət olduğu üçün bugün dünya üzərində geniş sahələrə yayılmış və dağılmışdır. Bugün dünya üzərində yaşayan eyni dinə mənsub, eyni tarixə mənsub və eyni dili danışan Türk topluluqlarının sayısı yüz iyirmi milyon civarında (1970-ci illərdə) təxmin edilməkdədir. Bunların ancaq üçdə biri Türkiyə sınırları içində bulunmaqdadır. Bugünkü Türkiyə dışında qalan Türkləri Türk millətindən saymayacaq mıyız? Bugünkü Türkiyə Cümhuriyyəti sınırları dışında qalan Türklər də Türk millətindəndir. Ancaq Türkiyə Cümhuriyyəti sınırları dışında qalan Türklər başqa topraqlarda, başqa millətlərin iradəsi altında bulunmaqdadırlar”.

“9 İşıq Doktrinası”nın ikinci maddəsi olan İdealistlik də daha çox Türk Birliyi və Turançılıq üzərinə köklənmişdir. Alparslan Türkeşin də dediyi kimi ideal insanların yolunu təyin edən mövqeyidir ki, Ülkücülər ya da "Türk Milliyyətçiliyində İdealistlik, Dünya üzərindəki bütün Türk Millətini birlik və birlik içində ən yüksəyə daşıma ideologiyasıdır...". Deməli, Ülkücülüyün ya da Türk Milliyyətçiliyinin əsas hədəfi Türk Birliyi, Turandır.

Bütünlükdə, Türkeş Türk Birliyi məfkurəsini ya da Türk Birliyi fikrini güdənlərin ülküsünü belə dəyərləndirmişdir:

1. Öncə hər çür insanlıq haqlarından məhrum edilmiş bulunan və işkəncə ilə öldürülməsinə çalışılan əsir Türklərin propaqanda yolu ilə haqlarını qorumaq.
2. Diplomatiya yolları ilə onlara hər çeşid yardımı saxlamağa çalışmaq.
3. Arada, imkan nisbətində kültür birliyi qurmaya çalışmaq və bunu qüvvətləndirmək.
4. Əsir bulunan Türk yurdlarının ayrı ayrılıqda istiqlal qazanaraq, azad millətlər topluluğu içində layiq olduqları yerləri almalarını saxlamağa çalışmaq.
5. Əsir bulunduqları ölkələrdən mühacir olaraq gələnləri isti bir ilgi ilə qarşlayıb hər çeşid qabil olan yaxın hədəflərə ulaşmaya çalışmaqdan ibarətdir.


Bundan başqa uzaq bir hədəf olaraq da bağımsızlıqlarını alaraq Türk ölkələrinin irəlidə aralarında sağlam bir kültür birliyi qurduqdan sonra bərabərcə verəcəkləri bir qərarla, böyük bir Türk Birliyi meydana getirmələridir. Bir sözlə, Türkeşə görə, Türk Birliyi ülküsü yer yüzündəki bütün Türklərin bir millət və bir dövlət halında, bir bayraq altında toplanması ülküsüdür. O, bu idealın gerçəkşləşdirməsi üçün Türk-İslam məfkurəsinə əsaslanırdı.

Yeri gəlmişkən, Türkeşin Türk-İslam məfkurəsindən çıxış etməsi o zaman olduğu kimi, indinin özündə də bəzi türkçülər tərəfindən birmənalı qarşılanmır. Bizcə, Türk-İslam məfkurəsi məsələsinə zamanın şərtləri çərçivəsində baxmaq, mövcud ideoloji cərəyanlara qarşı alternativ seçim kimi dəyərləndirməklə yanaşı, burada birmənalı ağ ya da qara axtarmaq olmaz. Başqa sözlə, Türkçülük davasının Türk-İslam məfkurəsinin içində ikinci plana keçirlilməsini ya da onu bir bədən kimi görüməyi (məsələn, “türklük bədənimiz, islamiyyət ruhmuzdur” anlamında) doğru saymadığımız kimi, İslam dininə tapınan və onu mənəvi həyatının ayrılmaz hissəsi hesab edən türkçüləri də kor-koranə suçlamaq yanlışdır. Bu məsələdə Orta çağ Türk bilgəsi Əhməd Yəsəvinin ortaya qoyduğu “türklük qədərimiz, din seçimimizdir” prinsipindən çıxış edilməsini doğru hesab edirik. Əslində, bu prinsipləriylə o, Türk xalqlarına yol göstərərək din, millət və insanlıq qavramlarını bir-birindən ayırmış, hər birinin öz dəyərini ortaya qoymağa çalışmışdır. Yəsəvinin bu fəlsəfəsi uzun zamanlar Türk uluslarında və onların qurucusu olduğu dövlətlərdə aparıcı olmuşdur. Ancaq son əsrlərdə bir yandan Yəsəvinin bu fəlsəfəsindən uzaqlaşmaqla, digər yandan Qərb fəlsəfəsinin təsiri altında Türk xalqları mənəvi bir böhranın içinə qədəm qoymuşlardır. Bunun sonucunda Türklük və İslamlıq kimi fikirlər bir-birinə qarşı qoyulmuş, hətta İslamın Türk xalqlarının qalxınması önündə bir əngəl olduğu fikirləri ortaya atılmışdır. Alparslan Türkeşin Türk Birliyi davası...Buna səbəb də, artıq Türklüklə İslamlığın bütünlüyündən uzaq düşməyimiz, yəni bir tərəfdən Türklüyə xas nə varsa hamısını İslam kültürünə aid etməmiz, digər yandan da İslam dini adı altında, kor-koranə bir çox yad dəyərləri qəbul etməmiz olmuşdur. Bununla da zaman-zaman mənəvi həyatımızın, ruhumuzun yalnız bir hissəsinin İslamla bağlandığnı, İslamdan öncəki ruhumuzun isə tək Tanrıyla (Göy Tanrıçılıq), eləcə də ədalətlə, saflıqla, xoşgörüylə bir sözlə, İnsanlıqla bərabər olduğunu unutmağa başladıq!!!

Dos., Dr. Faiq Ələkbərli




loading...




SON XƏBƏRLƏR
SAZIN MƏHƏMMƏD PEYĞƏMBƏRİ – ŞƏRİF AĞAYAR YAZIR
Tramp İrana və Şimali Koreyaya sərt mesaj verdi
Qənirə Paşayevanın Türkiyədə çıxan 2 yeni kitabının imza mərasimi keçirilib
İlham Əliyev bu gün BMT-də çıxış edəcək
«Xocalı soyqırımı» sənədli filmi Stokholmda təqdim olunub
Laçın rayonunda iki qüllə - piramida aşkar edilib
Nüvə müharibəsinin qarşısını alan zabit vəfat edib
Sevdiyim üçün dua edirəm
“Gürcü Arzusu” partiyası Bolnisin Faxralı kəndindən namizədi, Dostu Aşırov
Azərbaycan 200 manatlıq əsginas buraxa bilər
"Kürdlərin referendumu gərginliyə səbəb olacaq" - Ərdoğan
Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində KÖMƏK İSTƏDİ
Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Bakıya gəlir
Bakının 7 rayonunda köhnə binalar sökülür
"Qarabağ atı“ abidəsi önündə Azərbaycanın təbliğatı - Foto/Video
Yeni silahlarımız Ermənistanı qorxuya saldı - İrəvandan Qarabağla bağlı SENSASİYALI BƏYANAT
“Riza Moridi şəxsiyyətini satmış adamdır" - Skandinaviya Türk Federasiyasının başqanı
İlk dəfə Avropa çempionu olan Azərbaycanın cüdo yığması Vətənə qayıdıb
“İraq türkmənləri vətənin bölünməsində iştirak etməyəcək” - Kərkük əyalət məclisinin üzvü
Azərbaycan Çexiyadan yeni artilleriya qurğusu alıb
Azərbaycanın gələcək inkişaf strategiyası yolunda atılmış mühüm addım
Azərbaycan əsilli alman həkimi Merkellə görüşdə nələr danışdı?
Milli Məclisin komitəsi bəzi qanunlara dəyişiklik edib
Adil Şirinlə məhbəsdə görüş – İlham Qəhrəman yazır...
Türk ordusu əməliyyatlara başladı - Bərzaniyə mesaj
"Qərar verəndə də heç kimə açıqlamıram" - Qurban Qurbanov
İstiqlal Bəyannaməsinə imza atan 26 nəfərdən biri – Bir cümhuriyyətçinin taleyi
"Qarabağ" "Milan"ı qabaqladı
Zülfüqarov ifadə verdi: “Ölümə mən səbəb olmamışam"
Sabiq xarici işlər naziri qəza törədib - Piyada ölüb