Qarabag Media
Haqqımızda Əlaqə

SSRİ sərhədlərinin sarsılmazlığına son qoyaraq Kremli fəth edən 18 yaşlı alman - FOTO/VİDEO


Tarix:4-09-2017, 20:18 Baxış Sayı:569 Kateqoriya:Manşet / Araşdırma

SSRİ sərhədlərinin sarsılmazlığına son qoyaraq Kremli fəth edən 18 yaşlı alman - FOTO/VİDEO

Üç raket divizionu döyüş hazırlığı vəziyyətinə gətirilib.

1987-ci il mayın 28-də Moskvanın Qızıl meydanında 18 yaşlı almaniyalı gənc Matias Rust təyyarəsini endirdi. Bu, xüsusi xidmətlərin təxribatı, marketinq gedişi və ya xuliqanlıq idi? Bunlar hələ də sual olaraq qalır.

Matias Rust Helsinkinin “Malami” aerodromunu mayın 28-i səhər tərk edib. ABŞ istehsalı olan “Cessna” idman təyyarəsinin uçuş hədəfi olaraq Stokholm göstərilib. İsveçə qədər 1,5 saatlıq məsafə olduğu halda təyyarə çənləri tam dolu olub və bundan əlavə salonda çənlər quraşdırılıb. Matias təbii ki, İsveç paytaxtına uçmağı düşünmürdü. Məqsəd Moskvaya çatmaq idi. Uçuşun ilk 20 dəqiqəsində pilot marşrut üzrə hərəkət edir, daha sonra dispetçerlə əlaqə saxlayaraq hər şeyin yaxşı olduğunu söyləyərək vidalaşıb. Həmin gün bir daha əlaqə yaratmayıb.

Matias bütün rabitə vasitələrini söndürdükdən qısa müddət sonra onun təyyarəsi radiolokatorların ekranlarından itib. Sonuncu koordinatların qeydə alındığı yerə xilasetmə qrupu göndərilib. Qrup dəniz səthində böyük ölçülü yağ ləkəsi aşkarlayıb. Təyyarənin qəzaya uğradığını düşünüblər. Xilasedicilər hətta Matiası axtarmaları üçün dalğıcları çağırıblar.
SSRİ sərhədlərinin sarsılmazlığına son qoyaraq Kremli fəth edən 18 yaşlı alman - FOTO/VİDEO


Finlandiyalı xilasedicilər Rustu dənizdə axtardıqları zaman o, Estoniya ərazisindən SSRİ sərhədini keçirdi. Təyyarənin görünməz qaldığını söyləmək olmaz. Estoniya ərazisində həyəcan siqnalı üzrə havaya qalxan iki qırıcı təyyarə müəyyən müddət onu müşayət etsə də, vurma əmri almayıb, bir müddətdən sonra bazaya geri qayıdıb. Sovet İttifaqı Hava Hücumundan Müdafiə sistemi də təyyarəni qeydə alıb, 14:29-da “öz-özgə” çağırışına cavab verməyən “obyekt”ə 8255 nömrəsi verilib. Üç raket divizionu döyüş hazırlığı vəziyyətinə gətirilib. Lakin hədəfin məhvinə dair əmr verilməyib.

Rustun sadəcə bəxti gətirib. 1984-cü ildə ehtimalən SSRİ hərbçiləri tərəfindən Sakit okean üzərində vurulan “Boeing”lə bağlı hadisədən sonra idman və mülki təyyarələrə atəş açmağı qadağan edən əmr verilib.
SSRİ sərhədlərinin sarsılmazlığına son qoyaraq Kremli fəth edən 18 yaşlı alman - FOTO/VİDEO


Rust çətin ki, artıq Pskov rayonunda olduğu saat üç radələrində orada yerli aviapolkun təlim uçuşları keçirəcəklərindən xəbərdar ola bilərdi. Təyyarələrin bir qismi havaya qalxdığı halda digərləri eniş edib. Düz saat 15:00-da dövlət tanıma sistemi şifri dəyişdirilib. Bütün pilotlar eyni zamanda bu şifri dəyişməli idi. Lakin gənc “qartal”ların bir hissəsi bunu etməyib və sistem onları “özgə” kimi tanıyıb. Belə qarışıq vəziyyətdə nə baş verdiyini anlamayan komandirlərdən biri avtomatik olaraq bütün təyyarələrə “öz” adı verib.
SSRİ sərhədlərinin sarsılmazlığına son qoyaraq Kremli fəth edən 18 yaşlı alman - FOTO/VİDEO

Təyyarələrin arasında Rustun “Cessna”sı da var idi. Bu obrazla Rust Sovet hava məkanında səyahətinə davam edib. Rustun ikinci dəfə bəxti Torjok şəhəri yaxınlığında gətirib. Burada iki təyyarə toqquşduğundan “Cessna”nı Sovet axtarış vertolyotu olaraq qəbul ediblər.

Daha sonra Rust uçuşu ilə sülhə çağırış etmək istədiyini bildirib. “Ölkə şokdadır!”, “Hərəkəti ilə SSRİ-nin nəhəng müdafiə arsenalını nüfuzdan saldı, həm də sərhədçi günündə” başlıqları ilə qəzetlər çıxdı.
SSRİ sərhədlərinin sarsılmazlığına son qoyaraq Kremli fəth edən 18 yaşlı alman - FOTO/VİDEO

Rustun uçuşunun marketinq gedişi olduğu da söylənildi. Onun atası “Cessna”nın Qərbi Avropadakı dileri idi. Bu vaxt satış həcmi azalmışdı. Təbii ki, belə “reklam”dan sonra (“Sovet Hava Hücumundan Müdafiə sisteminə “qalib” gələn yeganə təyyarə”) şirkətin işləri yaxşılaşdı. Sovet hərbçiləri isə aksiyanın xarici xüsusi xidmətlərin əməli olduğundan əmin idi.

Matias Rust saat 19:10-da təyyarəni Qızıl meydanda endirib, Vasili Blajennı məbədinə qədər gəlib. Təyyarəni tək edərək avtooqraf verib və fotolar çəkdirib. Bütün bunlar qısa davam edib: Matias Rust həbs edilib.

O, iyunun 1-də ad gününü həbsxanada keçirdi. Məhkəmə onu 4 il müddətinə azadlıqdan məhrum etsə də, növbəti il avqustun 3-də əfv edilərək ölkə ərazisindən çıxarılıb.
SSRİ sərhədlərinin sarsılmazlığına son qoyaraq Kremli fəth edən 18 yaşlı alman - FOTO/VİDEO


Ümumilikdə Rust Moskvada 433 gün keçirib. Almaniyaya qayıtdıqdan sonra “psixi cəhətdən qeyri-sağlam” şəxs kimi təyyarə idarə etmək hüququndan məhrum edilib. Bu öz təsdiqini tapdı: bir dəfə bıçaqla tibbi bacısına hücum çəkib, daha sonra supermarketdə sviter oğurlayarkən tutulub.

Hadisə ilə əlaqədar bir sıra hərbçilər vəzifəsindən kənarlaşdırıldı. Müdafiə naziri Aleksandr Koldunov vəzifədən azad edildi. Onu bu vəzifədə Dmitri Yazov əvəzlədi. Hava Hücumundan Müdafiə komandanı da istefaya göndərildi.
SSRİ sərhədlərinin sarsılmazlığına son qoyaraq Kremli fəth edən 18 yaşlı alman - FOTO/VİDEO

Xalq hətta zarafatyana Qızıl meydanı “Şeremetyevo-3” adlandırdı (Şeremetyevo-1 və Şeremetyevo-2 Rusiyanın həqiqətdə mövcud hava limanlarıdır).

Ceyhun Nəzərov




loading...




SON XƏBƏRLƏR
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi - (III YAZI)
"Hoçaz çayının səsi indi də qulağımdadır" - Ərşad Hüseynov
Bir gecədə məşhurlaşan müğənnidən daha bir maraqlı mahnı: "Qaytar qoyunları..." - VİDEO
Araz Türk Cümhuriyyəti hansı zərurətdən yarandı?
"Beşikdaş"ı qardaş klub seçib, onun izi ilə gedəcəyik" - QURBAN QURBANOV
AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib
“Hərbi xidmətdə olmamışam” – Əli Həsənovun nəvəsinin məhkəməsi
İranlı xanəndə Azərbaycan türklərini təhqir etdi - VİDEO
Xəyal Əhmədov: "Yarışlarda Azərbaycanın bayrağını ucaltdığım üçün qürur duyuram"
MTN GENERALI MƏHKƏMƏDƏ ELDAR MAHMUDOVUN ŞOK CİNAYƏTİNİ AÇIQLADI
Nazir: “Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?”
Qarabağ əlili nazir müavini təyin edilsin! - Deputatdan təklif
Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın etirazına cavab verib
Yağış və qar yağacaq, bəzi yollar buz bağlayacaq -XƏBƏRDARLIQ
Jurnalist Natiq Qədimov dəfn olunub - FOTO
Gələn il orta aylıq əməkhaqqı 4 faizədək artacaq - NAZİR MÜAVİNİ
Prezident NATO-da Qarabağ problemini qaldırdı
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anım günüdür
"Qarabağ"ın əziyyətinə heyfim gəldi" - Elmar Məmmədyarov
RUSİYA, İRAN VƏ TÜRKİYƏ LİDERLƏRİ SURİYA İLƏ BAĞLI BƏYANAT QƏBUL ETDİLƏR
"Qırmızı vərəqə çox vaxt hansısa oyunçunu sındıranda verilir" - Qurban Qurbanov
Şenol Günəş “Qarabağ”ın oyununa gəlib
Azərbaycanda neçə min erməni yaşayır? - RƏSMİ RƏQƏM
İşləməyən köçkünlərin pulu niyə kəsilib? - Rəsmi açıqlama
Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib
Ərdoğan: "Qarabağ münaqişəsini yalnız Rusiya həll edə bilər"
İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşəcək
Fransalı mer Alfortvile və işğal altında olan Laçın şəhəri arasında qardaşlaşmanı pisləyib
Böyük turançı: İsmayıl Ənvər Paşa — Bu gün onun doğum günüdür
Niderlandda Qarabağa səfərlər təşkil edən Booking.com saytına qarşı kampaniya başlayır