Qarabag Media
Haqqımızda Əlaqə

Şəmkirdə qıza görə oğlanın gözünü çıxardılar


Tarix:2-09-2017, 16:38 Baxış Sayı:329 Kateqoriya:Manşet / Hadisə


Şəmkirdə qıza görə oğlanın gözünü çıxardılarŞəmkirin Qaracəmirli kəndində sevgilisinə görə başqa şəxs tərəfindən döyülən gənc kor olub.

Karabakhmedia.az xəbər verir ki, bu barədə zərərçəkmiş Elnur Həsənovun atası Eldar Həsənov məlumat verib. O bildirib ki, oğlu 2 ay əvvəl dostları ilə söhbət etdiyi vaxt həmkəndlisi, 37 yaşlı Turan İbrahimov qırmızı "VAZ 21 011" markalı avtomobillə ona yaxınlaşıb. T.İbrahimov E.Həsənovu aldadaraq, dostlarının yanından uzaqlaşdırıb və kənddən çıxarıb: "Turan kənddən uzaqlaşdıqdan sonra oğluma deyib ki, sən mənim dostumun sevdiyi qızın şəkillərini yaymısan, buna görə cavab verəcəksən. Elnur da nədən söhbət getdiyini bilmədiyini, heç kimin şəklini yaymadığını deyib. Turan ona deyib ki, düş maşından danışaq. Oğlum maşından çölə çıxan kimi İsa Xəlilzadə adlı gənc beyzbol ağacı ilə onun ayağından vurub. Bundan sonra Turan oğlumu tutub ki, İ.Xəlilzadəyə müqavimət göstərə bilməsin. 20 yaşlı İsa əlindəki ağacla oğlumun gözünə vuraraq hadisə yerindən qaçıb".

Elnur Həsənov onu xəstəxanaya çatdırması üçün T.İbrahimova yalvarıb, lakin yalvarışları nəticəsiz qalıb. T İbrahimov onu evinə gətirərək, ata-anasına daşla vurulduğunu deyib: "Bizi də aldatdı. Sonra bildik həqiqəti. Hadisəylə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdik".

Hadisədə təqsirli bilinən İ. Xəlilzadə saxlanılıb. Lakin Elnur Həsənovun ailəsi Turan İbrahimovun da saxlanılmasını tələb edir.

Eldar Həsənov hesab edir ki, T.İbrahimov bu işdə vasitəçi olduğu üçün, o da ittiham edilməlidir: "Turan İbrahimovla bağlı bütün aidiyyəti qurumlara müraciətlər etmişəm. 37 yaşlı Turan oğlumu ora aparmasaydı, bu hadisə də baş verməzdi. Amma Turanı istintaqdan kənar saxlayıblar. Qızın ailəsi də həmin şəxslərin cəzalandırılmasını istəyir".

Zərərçəkənin atası oğlu Elnurla kənddəki Gülnaz Ağayeva (ad şərtidir - red.) arasında sevgi münasibəti olduğunu təsdiq edib: "Oğlumla o qız bir-birini sevir. Qız öz şəkillərini oğluma göndərib. Oğlum isə şəkillər olan "flash" kartı itirib. Tapan oğlan da qızın şəkillərini yayıb. O oğlan da tapılıb və ifadəsi alınıb. Amma istintaq şəkilləri oğlumun yaydığını sübut etməyə çalışır. Hətta Gülnazı da məcbur ediblər ki, şəkillərini Elnurun yaydığını desin. İsa Xəlilzadənin bu hadisəni törətməsinə səbəb isə Gülnazı sevməsidir".

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi - (III YAZI)
"Hoçaz çayının səsi indi də qulağımdadır" - Ərşad Hüseynov
Bir gecədə məşhurlaşan müğənnidən daha bir maraqlı mahnı: "Qaytar qoyunları..." - VİDEO
Araz Türk Cümhuriyyəti hansı zərurətdən yarandı?
"Beşikdaş"ı qardaş klub seçib, onun izi ilə gedəcəyik" - QURBAN QURBANOV
AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib
“Hərbi xidmətdə olmamışam” – Əli Həsənovun nəvəsinin məhkəməsi
İranlı xanəndə Azərbaycan türklərini təhqir etdi - VİDEO
Xəyal Əhmədov: "Yarışlarda Azərbaycanın bayrağını ucaltdığım üçün qürur duyuram"
MTN GENERALI MƏHKƏMƏDƏ ELDAR MAHMUDOVUN ŞOK CİNAYƏTİNİ AÇIQLADI
Nazir: “Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?”
Qarabağ əlili nazir müavini təyin edilsin! - Deputatdan təklif
Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın etirazına cavab verib
Yağış və qar yağacaq, bəzi yollar buz bağlayacaq -XƏBƏRDARLIQ
Jurnalist Natiq Qədimov dəfn olunub - FOTO
Gələn il orta aylıq əməkhaqqı 4 faizədək artacaq - NAZİR MÜAVİNİ
Prezident NATO-da Qarabağ problemini qaldırdı
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anım günüdür
"Qarabağ"ın əziyyətinə heyfim gəldi" - Elmar Məmmədyarov
RUSİYA, İRAN VƏ TÜRKİYƏ LİDERLƏRİ SURİYA İLƏ BAĞLI BƏYANAT QƏBUL ETDİLƏR
"Qırmızı vərəqə çox vaxt hansısa oyunçunu sındıranda verilir" - Qurban Qurbanov
Şenol Günəş “Qarabağ”ın oyununa gəlib
Azərbaycanda neçə min erməni yaşayır? - RƏSMİ RƏQƏM
İşləməyən köçkünlərin pulu niyə kəsilib? - Rəsmi açıqlama
Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib
Ərdoğan: "Qarabağ münaqişəsini yalnız Rusiya həll edə bilər"
İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşəcək
Fransalı mer Alfortvile və işğal altında olan Laçın şəhəri arasında qardaşlaşmanı pisləyib
Böyük turançı: İsmayıl Ənvər Paşa — Bu gün onun doğum günüdür
Niderlandda Qarabağa səfərlər təşkil edən Booking.com saytına qarşı kampaniya başlayır