Qarabag Media
Haqqımızda Əlaqə

Səhiyyə Nazirliyi donorlar üçün qanvermə qaydalarını açıqlayıb


Tarix:22-08-2017, 22:01 Kateqoriya:Manşet / Tibb

Səhiyyə Nazirliyi donorlar üçün qanvermə qaydalarını açıqlayıbSəhiyyə Nazirliyi donorlar üçün qanvermə qaydaları və şərtlərini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, təhlükəsiz qan əldə etmək üçün kifayət qədər sağlam donorun müntəzəm olaraq qan verməsi lazımdır.

Qan verməyə hazırlaşan şəxsin ərazidə qeydiyyatı, aşağı yaş həddi 18, yuxarı yaş həddi 65 olmalıdır. Lakin bəzi hallarda donorun yol verilən yaşı barədə qərarı (50 yaşdan yuxarı) konkret halda həkim qəbul edir. Qan verməmişdən 72 saat əvvəl aspirin, analgin, no-şpa və s. kimi qanı durulaşdıran dərmanlar qəbul etmək olmaz. Siqaret çəkməkdən çəkinmək məsləhət görülür. (Siqaretçəkmə donorluq üçün əks-göstəriş deyil, lakin həkimlər qan verməzdən bir saat əvvəl və bir saat sonra siqaret çəkməyi məsləhət görmürlər. Çünki qana düşən nikotinin zəhərli təsiri pasiyentlər, xüsusən yeni doğulan körpələr üçün təhlükəlidir. Həmçinin bu, donorun əhvalına pis təsir edə bilər).

Qan verməzdən əvvəl içilən 2 stəkan şirə və ya su qan verdikdən sonra yaxşı əhval-ruhiyyəni təmin etmiş olur. Qan verdikdən sonra dərhal ayağa qalxmaq məsləhət görülmür, 10-15 dəqiqə ərzində sakitcə əyləşmək lazımdır. Çoxsaylı tədqiqatlarla sübut olunub ki, 400-450 ml qan və ya 500 ml plazma götürmək sağlam insanın səhhətinə və əmək qabiliyyətinə mənfi təsir etmir. Əksinə, təkrar qanvermə qanda şəkərin, zərərli lipoproteinin, qan təzyiqinin, ürək döyüntüsünün azalmasına kömək edir, ürək xəstəlikləri riskini azaldır. Donorun orqanizmi qan və qan komponentlərinin qalıqlarının çıxarılması hesabına daim öz-özünə yeniləşir. Bu isə ürək və damar, immun sistemi, həzm pozğunluqları, qaraciyər və mədəaltı vəzi xəstəliklərinin profilaktikası deməkdir./APA/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”