Qarabag Media
Haqqımızda Əlaqə

XX əsrin əvvəllərində şimali Azərbaycanda fəlsəfi-siyasi fikir


Tarix:20-08-2017, 20:03 Baxış Sayı:289 Kateqoriya:Manşet / Yazarlar

XX əsrin əvvəllərində şimali Azərbaycanda fəlsəfi-siyasi fikir

XX əsrin əvvəllərində şimali Azərbaycandakı fəlsəfi fikir tarixi ilə bağlı mövcud ədəbiyyatda kifayət qədər ziddiyyətli bilgilər verilir. Ümumiyyətlə, həmin dövrdə fəlsəfi fikrin nədən ibarət olması və hansı istiqamətlərdə öz əksini tapması belə, bir çox hallarda qaranlıq qalır. Bunun əsas səbəblərindən biri, mövcud ədəbiyyatın əksəriyyətinin hələ də sovet ədəbiyyatı təsirindən kənara çıxa bilməməsidir.

Belə ki, həmin dövrlə bağlı sovet ədəbiyyatında öz əksini tapmış bilgilər, hazırda bir qədər dəyişdirilmiş formada cəmiyyətə təqdim olunur. Məsələn, sovet dövründə inqilabi-demokratik cərəyanın nümayəndələri (N.Nərimanov, M.Ə.Əzizbəyov, Ü.Hacıbəyli, C.Məmmədquluzadə, M.S.Ordubadi, Ö.F.Nemanzadə və b.) kimi qələmə alınanlar, hazırda bir çox ədəbiyyatda milli-demokratik cərəyanın nümayəndələri kimi təqdim olunurlar. Şübhəsiz, milli məsələlərə bu cür baxış ciddi tədqiqat işlərinin aparılması əvəzinə, sovet ədəbiyyatının məzmununun müəyyən qədər dəyişdirilməsindən, fəlsəfi fikir tariximizə obyektiv qiymət verilməsi istiqamətindəki qarşıya çıxan əngəllərdən, başqa sözlə milli fəlsəfi fikir tariximizə sovet elminin prizmasından yanaşılmasından, bir sözlə Azərbaycan türk fəlsəfəsi tarixinə münasibətdə vahid baxışın olmamasından irəli gəlir.

Qeyd etdiyimiz problemlər isə yalnız Azərbaycan türk fəlsəfə tariximizlə bağlı deyil, bütövlükdə bu məsələlər Azərbaycan türk tarixi, Azərbaycan türk ədəbiyyatı, Azərbaycan türk dili sahələrində də mövcuddur. Əgər torpaqlarımızın kiçik bir hissəsində yenidən əldə etdiyimiz müstəqillik dövrünün ötən 25-26 il ərzində tariximiz, ədəbiyyatımız, dilimiz, dini dünyagörüşümüz ilə bağlı vahid konsepsiya formalaşmamışdırsa, üstəlik bu müddət ərzində bir-birinə zidd onlarla, yüzlərlə kitablar işıq üzü görmüşdürsə, eyni problemlə fəlsəfə tarixində də qarşılaşımağımız təəccüblü deyil. Bu baxımdan ictimai və humanitar elmlərdə vahid konsepsiyasının yaradılması ilə bağlı irəli sürülən təkliflər söz olaraq qalmamalı, bu sahədə əməli işlər görülməlidir.

Hazırkı əksər ədəbiyyatda belə bir fikir mövcudur ki, XX əsrin əvvəllərində şimali Azərbaycanda fəlsəfi fikir əsasən Maarifçilik cərəyanında tapmışdır. Maarifçilik adı altında da sosial yönündən asılı olaraq mülkədar, müsəlman-islahatçı, liberal-demokratik, radikal-demokratik və inqilabi-demokratik cərəyanlardan bəhs olunur. Burada o da göstərilir ki, yalnız 1905-1907-ci illərdən sonra maarifçilik iki – marksist-bolşevik və milli burjua-demokratik istiqamətdə inkişaf etmişdir. Başqa bir ədəbiyyatda isə yazılır ki, həmin dövrdə islam və vəhdəti-vücud, maarifçilik, realist və inqilabi-demokratik, milli-demokratik və romantizm cərəyanları olmuşdur. Digər ədəbiyyata görə isə, həmin dövrdə altı sosial-siyasi fikir cərəyanı olmuşdur: maarifçi demokratlar, islamçılar, türkçülər, qərbçilər, marksist-leninçilər və islamçılıq-türkçülük-müasirləşmək tərəfdarları.

Bizə elə gəlir ki, həmin dövrdə mövcud olan fəlsəfi fikri nə bu cür dağınıq, nə də ümumi bir ad altında (maarifçilik) təqdim etmək doğru deyildir. Əgər biz həmin dövrdə fəlsəfi fikirdən bəhs ediriksə, ilk növbədə həmin fəlsəfi fikrin nədən ibarət olduğunu və nəyin zəminində meydana çıxmasını müəyyən etməliyik. Bu formada araşdırma aparanda bəlli olur ki, XX əsrin əvvəllərində Azərbaycanda milli fəlsəfi fikri iki yöndə araşdırmaq daha məqsədə uyğun olardı:

1. Siyasi-ideoloji cərəyanlarda fəlsəfi fikrin təzahürü (milli-dini demokratiya, qərbçi liberal-demokratiya və marksist sosial-demokratiya).
2. Maarifçi-demokratik dünyagörüşdə fəlsəfi fikrin təzahürü (realizm və romantizm).


XX əsrin əvvəllərində Azərbaycanda fəlsəfi fikrin, ilk növbədə öz əksini mövcud siyasi-ideoloji cərəyanlarda (milli-dini demokratiya, qərbçi liberal-demokratiya və marksist sosial-demokratiya) tapması təsadüfi olmamışdır. Çünki bu dövrdə iqtisadi məsələlərin siyasətə təsiri ilə, siyasi-ideoloji proseslərin ziyalıların dünyagörüşünə təsiri biri-birinə mütənasib idi. Çar Rusiyası rejiminə qarşı çıxışların əsasında əvvəlcə sosial-iqtisadi tələblər dayansa da, sonrakı proseslər siyasi-ideoloji amlləri gücləndirməyə başladı. Siyasi-ideoloji mübarizəsi isə, istər-istəməz fəlsəfənin əsas məsələlərindən olan materializm və idealizm, eləcə də sinfi və ya milli məsələni – milli azadlıq ideyalarını da gündəmə gətirdi.

Milli azadlıq ideyasının meydana çıxması, ilk növbədə şimali Azərbaycanın çar Rusiyasının müstəmləkəsi olması ilə bağlı idi. Bir sözlə, XX əsrin əvvəllərində Azərbaycan işğal altında olduğu üçün, onun ziyalılarının əsas ictimai-fəlsəfi ideallarından birincisi, siyasi-ideoloji yönlü milli məsələ idi. Bizcə, həmin dövrün sosial-siyasi və fəlsəfi fikrində əsas görüş ayrılığı milli məsələyə münasibətdə özünü büruzə vermişdir.

Həmin dövrdə, siyasi-ideoloji cərəyanlar arasında marksizm (sosial-demokratiya) əqidəsindən çıxış edənlər milli məsələ dedikdə, bütün millətlərin azadlığı və bərabərliyi uğrunda sinfi mübarizəni, sinfi məsələni nəzərdə tutur, dini-mənəvi məsələlərdə isə daha çox materializmə, ateizmə üstünlük verirdilər. Bununla da, ümumbəşəri ideyalarla (bütün millətlərin azadlığı, sosial bərabərlik, mütləqiyyət rejimlərinin devrilməsi, dinlərin məhv edilməsi və s.) səhnəyə çıxan marksist-leninçilər tərəfindən iki vacib məsələ – dini və milli məsələ özünəməxsus şəkildə həll olunurdu. Guya, marksist-leninçilər üçün milli məsələ yoxdur, sinfi məsələ var, kapitalizmlə mübarizələri də milli deyil, sinfi xarakter daşıyır və imperalizmdən əziyyət çəkən bütün millətlərin azadlığı uğrunda çalışırlar. Sinfi mübarizədə əsas hədəfləri isə ayrıca bir millətin deyil, bütün dünya millətlərinin, heç bir ayrı-seçkilik qoymadan sosializm quruluşuna keçməsinə nail olmaqdır. Din məsələsinə gəlincə, onlar sosializm uğrunda mübarizdə bütün dinlərlə barışmaz mövqe tutduqlarını və sosializm cəmiyyətində dinə yer olmadığını iddia edirdilər.

Əslində marksist-leninçilərin dini və milli məsələnin həllini bu cür şəkildə qoymaqda başlıca məqsədləri çar Rusiyasında müstəmləkə şəraitində yaşayan xalqları, o cümlədən böyük əksəriyyəti türk olan 30 milyona yaxın müsəlmanın islam (dini-ideoloji amil və s.) və millət (milli özünüdərk-türkçülük, milli özünütəyin, milli istiqlal və s.) ideyaları ətrafında birləşməsinə əngəl olmaq idi. Onlar müəyyən qədər də olsa, bu istəklərinə nail ola bildilər. Belə ki, marksist-leninçilərin siyasi-ideoloji mübarizədə tutduqları məhz bu taktika, xüsusilə marksizmin yayıldığı ilk dövrlərdə – 1900-cu illərdə istər Azərbaycanda, istərsə də ondan kənarda yaşayan türk millətinin ziyalıları arasında bəzi ideoloji ziddiyyətlərə, fikir ayrılıqlarına yol açdı. Bununla da, Azərbaycan türk ziyalılarından mühüm bir qismi (H.B.Zərdabi, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.M.Topçubaşov, B.Talıblı, Ə.Müznib, A.Axundoğlu, F.B.Köçərli, Y.Talıbzadə və b.) marksizmi əsasən inkar edərək, əsasən islamçılıq, türkçülük və müasirləşmək – milli-dini demokratiya yolunu tutduqları halda, ondan heç də az əhəmiyyət kəsb etməyən başqa bir hissəsi (M.Ə.Rəsulzadə, N.Nərimanov, A.Kazımzadə, İ.Aşurbəyov, M.Hacınski, Ü.Hacıbəyli, Q.Qarabəyov, Ö.F.Nemanzadə və b.) sosial-demokrat, liberailizm əqidələri ilə milli və dini məsələlərdə orta və barışdırıcı nöqtələr tapmağa çalışırdılar. Bu dövr ziyalılarından çox az bir qismi (S.M.Əfəndiyev, Ə.C.Axundov, M.Ə.Əzizbəyov, H.H.Sultanov, R.Axundov, Ə.Qarayev və b.) isə, birmənalı şəkildə sosial-demokrat cərəyanına ciddi rəğbət göstərirdilər ki, bunlar da öz növbəsində marksizmin bolşevizm və menşevizm qanadlarında təmsil olunurdular.

Gördüyümüz kimi, 20-ci əsrin əvvəllərində şimali Azərbaycanda ictimai-fəlsəfi və təbii-elmi fikir bir-birinə çulğalaşmış şəkildə inkişaf edir, materializm-idealizm, elm-din kimi problemlər xeyli dərəcədə cəmiyyətin aparıcı ziyalı təbəqələri arasında müzakirə oybektinə çevrilirdi. Bu və ya başqa fəlsəfi, ideoloji təlimlərə - marksizm, maxizm, pozitivizim, "həyat", personalizm, islamçılıq, türkçülük (millətçilik), qərbçilik və başqalarına yanaşmada Azərbaycan türk mütəfəkkirləri fərqli mövqelərdən çıxış edir, müdafiə etdikləri ideyaları qəzet səhifələrində, ictimai yığıncaqlarda əsaslandırmağa çalışırdılar.

Bu dövrdə qərbçilik, şərqçilik və millətçilik ideyalar daha geniş yayılmışdı. Azərbaycan mütəfəkkirləri də bu ideyalar ətrafında cəmləşərək, ideoloji və fəlsəfi yönlərdə mübarizə aparırdılar. Xüsusilə birinci rus inqilabı və onun nəticələri, milli azadlıq hərəkatının güclənməsi nəticəsində şərqçilik islamçılıq, millətçilik türkçülük, qərbçilik müasirlik şəklində formulə edilir, Azərbaycanın fəlsəfi fikrində mühüm dəyişikliklərə səbəb olurdu.

19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində şərqçilik-islamçılıq mühafizəkarlıq kimi, müasirlik-qərbçiliyə qarşı dayanmışdı. Qərbdən gələn yeni dəyərləri qəbul etmək istəməyən mühafizəkarlar, dövrün mövcud problemlərinin həllini yalnız islamda - şəriət qanunlarında gördükləri halda, avropalaşma tərəfdarları çıxış yolunu Qərb mədəniyyətini mənimsəməkdə görürdülər. Mühafizəkarlar Qərbin yeni dəyərlərinə qarşı, heç vaxt köhnəlməyən islam dəyərlərini irəli sürür, nicat yolunu dini elmləri öyrənməkdə görürdülər. Ancaq Axundzadədən başlayaraq Qərb mədəniyyətini qəbul edənlər isə, islamı tamamilə inkar etməsələr də, köklü şəkildə islahatların aparılmasına ehtiyac olduğunu deyirdilər. Qərbçilərin fikrincə, bu dəyişikliklər yalnız dini deyil, bütün sahələrdə (məktəb, əlifba, dövlət və s.) aparılmalı idi. Bu baxımdan cəmiyyətdə köklü islahatların aparılmasını zəruri sayanlar qərbçilər-müasirlik tərəfdarları kimi tanınırdılar. Mühafizəkarlar isə islamdan kənara çıxmağın mümkünsüzlüyünü iddia etdikləri və hər cür yeniliyi şəriət qanunlarında axtardıqları üçün islamçılar kimi xarakterizə olunurdu.

Qeyd edək ki, islamçılar-şərqçilər arasında daha ifrata varanlar - islam birliyini irəli sürənlər ittihadçılar, qərbçilər içərisində eyni mövqe tutanlar marksisitlər idi.

İttihadçılar (Abuturab Axundoğlu və b.) birmənalı şəkildə islam - şəriət qanunlarının tətbiq olunmasını vacib sayırdılar. Marksistlər isə dini-idealizmi rədd edərək, dinsiz və xüsusi mülkiyyətsiz (ictimai bərabərlik) cəmiyyət yaratmaq istəyirdilər. Azərbaycanda ilk dövrlərdə, bu cür ifrat mövqedə duran qərbçilərin demək olar ki, əksəriyyəti azərbaycanlı olmayanlar, başqa millətin nümayəndələri idilər. Azərbaycanlı mütəfəkkirlər əvvəllər bu cür radikallıqdan qaçırdılar.

Dos., Dr. Faiq Ələkbərli




loading...




SON XƏBƏRLƏR
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi - (III YAZI)
"Hoçaz çayının səsi indi də qulağımdadır" - Ərşad Hüseynov
Bir gecədə məşhurlaşan müğənnidən daha bir maraqlı mahnı: "Qaytar qoyunları..." - VİDEO
Araz Türk Cümhuriyyəti hansı zərurətdən yarandı?
"Beşikdaş"ı qardaş klub seçib, onun izi ilə gedəcəyik" - QURBAN QURBANOV
AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib
“Hərbi xidmətdə olmamışam” – Əli Həsənovun nəvəsinin məhkəməsi
İranlı xanəndə Azərbaycan türklərini təhqir etdi - VİDEO
Xəyal Əhmədov: "Yarışlarda Azərbaycanın bayrağını ucaltdığım üçün qürur duyuram"
MTN GENERALI MƏHKƏMƏDƏ ELDAR MAHMUDOVUN ŞOK CİNAYƏTİNİ AÇIQLADI
Nazir: “Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?”
Qarabağ əlili nazir müavini təyin edilsin! - Deputatdan təklif
Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın etirazına cavab verib
Yağış və qar yağacaq, bəzi yollar buz bağlayacaq -XƏBƏRDARLIQ
Jurnalist Natiq Qədimov dəfn olunub - FOTO
Gələn il orta aylıq əməkhaqqı 4 faizədək artacaq - NAZİR MÜAVİNİ
Prezident NATO-da Qarabağ problemini qaldırdı
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anım günüdür
"Qarabağ"ın əziyyətinə heyfim gəldi" - Elmar Məmmədyarov
RUSİYA, İRAN VƏ TÜRKİYƏ LİDERLƏRİ SURİYA İLƏ BAĞLI BƏYANAT QƏBUL ETDİLƏR
"Qırmızı vərəqə çox vaxt hansısa oyunçunu sındıranda verilir" - Qurban Qurbanov
Şenol Günəş “Qarabağ”ın oyununa gəlib
Azərbaycanda neçə min erməni yaşayır? - RƏSMİ RƏQƏM
İşləməyən köçkünlərin pulu niyə kəsilib? - Rəsmi açıqlama
Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib
Ərdoğan: "Qarabağ münaqişəsini yalnız Rusiya həll edə bilər"
İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşəcək
Fransalı mer Alfortvile və işğal altında olan Laçın şəhəri arasında qardaşlaşmanı pisləyib
Böyük turançı: İsmayıl Ənvər Paşa — Bu gün onun doğum günüdür
Niderlandda Qarabağa səfərlər təşkil edən Booking.com saytına qarşı kampaniya başlayır