Qarabag Media
Haqqımızda Əlaqə

Laçınlar yurdunun köməksiz futbolu və ya torpaq meydançadan Londona gedən yol - FOTOLAR


Tarix:19-08-2017, 12:47 Baxış Sayı:753 Kateqoriya:Manşet, İdman, Laçın yurdu

Laçınlar yurdunun köməksiz futbolu və ya torpaq meydançadan Londona gedən yol - FOTOLAR

İşğal altında olan bölgələrimizin futbol həyatından, tarixindən bəhs edən layihəmiz çərçivəsinə növbəti yazımız Laçın rayonuna həsr olunur. Öncə qısaca olaraq onu bildirək ki, Laçın rayonu Azərbaycan Respublikasının Cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.

İşğal altında olan bölgələrimizin futbol həyatından, tarixindən bəhs edən layihəmiz çərçivəsinə növbəti yazımız Laçın rayonuna həsr olunur. Öncə qısaca olaraq onu bildirək ki, Laçın rayonu Azərbaycan Respublikasının Cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.

Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri və s. vardır.
Laçınlar yurdunun köməksiz futbolu və ya torpaq meydançadan Londona gedən yol - FOTOLAR

Laçın şəhərinin yerini Tağı Şahbazi Simurğ seçmiş və bu adı da ona özü vermişdir. Laçın rayonu 1924-cü ildə təsis edilmişdir. Rayonun mərkəzi Laçın şəhəridir.
Rayonun ərazisi 1883 kv. km., əhalisi 73000 nəfərdi çoxdur.

İşğaldan əvvələ kimi, rayonda 217 mədəniyyət müəssisəsi 142 səhiyyə obyeketi, 133 idarə və müəssisə, 100 ümumitəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 1 rabitə müəssisəsi fəaliyyət göstərib.

1992-ci il xalqımızın tarixinə ən ağır, müdhiş bir il kimi daxil olub. . Dağlar qoynunda yerləşərək öz gözəlliyi ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan Laçın düşmənə təslim edildi. Laçın da Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə məruz qalmışdı. Xəyanət və xəyanətə bərabər məsuliyyətsizlik Dağlıq Qarabağın , bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün mühüm əhəmiyyətə malik olan vüqarlı Laçını düşmənə təslim etdi. Bu təslim nəticəsində təbii səngərlərlə əhatə olunmuş Laçın odlara qalanaraq tamamilə dağıdıldı. Sərvəti talan olunaraq Ermənistana daşındı, mədəniyyət ocaqlarımız, tarixi-memarlıq abidələrimiz o torpaqlardan imzalamışdı. Şuşa və Laçın həmin günlər yalnız taleyin ümidinə qalmışdı. silindi, minlərlə baş mal-qara aparıldı, ən başlıcası isə laçınlılar doğma obalarından perik düşərək respublikamızın bölgələrinə səpələndilər.

1992-ci ildən dağlar gözəli Laçın erməni daşnaklarının ayaqları altında inildəyir, laçınlılar isə ölkənin müxtəlif ərazilərində köçkün vəziyyətində yaşayırlar.

Stadionsuz rayon

Mövzumuza gəlincə, Laçın da Şuşa kimi, futbol rayonu sayılmır. Deyək ki, Şuşanın adını daşıyan komanda heç olmasa bir ara I Divizionda çıxış edib. Amma Laçında heç vaxt peşəkar səviyyədə komanda olmayıb. Nə SSRİ dönəmində, nə də müstəqillik dönəmində. Rayonda futbola həvəsi olanlar bu həvəslərini elə həvəskar səviyyədə futbol oynamaqla öldürürdülər. Əldə etdiyimiz məlumata görə, rayonda heç stadion da olmayıb. Rayonun özündə və kəndlərdə futbol həvəsində olanlar öz aralarında yarışlar təşkil edib məktəb meydançalarında, kənd stadionlarında oynayırdılar. Məhz bu sadalananlar səbəbindən bu rayondan demək olar ki, futbolçu, futbol adamı çıxmayıb. Yeganə istisna kimi yalnız iki nəfəri göstərmək olar.

Laçınlar yurdunun köməksiz futbolu və ya torpaq meydançadan Londona gedən yol - FOTOLARAzərbaycan futbolunda Laçının ilk təmsilçisi

Novruz Əzimov Laçın rayonunun Alıqulu kəndində anadan olub. Hazırda Azərbaycan futbolunda Laçın rayonunun tanınmış təmsilçilərindən sayılır. Baxmayaraq ki, onu Laçın futbolunun yetirməsi saymaq da doğru olmaz. Çünki futbolu, futbol məktəbi olmayan rayondan futbolçu yetişməsi də mümkün deyil. Əzimovu bu rayona bağlayan yeganə bağ onun orada doğulmasıdır. Düzdür, uşaqlıqdan futbola böyük həvəsi olub. Deyilənə görə, bu həvəs də ona ailəsindən keçib. Çünki ailədə hamı futbolla maraqlanan olub və televiziyadan “Neftçi”nin oyunlarını izləyiblər. Bu səbəbdən balaca Novuzda da bu idman növünə böyük maraq olub. Lakin Laçında futbolla məşğul olmaq üçün heç bir şərait olmadığından Əzimov Bakıya üz tutmalı olur. Uşaqlığının qalan hissəsi və gənclciyi Mehdiabad qəsəbəsində keçib. Futbolla məşğul olmağa da paytaxtda başlayıb. Öncə “Neftçi”nin əvəzedici komandasına qəbul olunur. 1982-ci ildən isəəsas komandanın üzvünə çevirilir. 1992-ci ilə qədər “ağn qaralar”In formasını geyinir. Bu müddət ərzində 146 oyunda meydana çıxıb 5 qol vurub.
Laçınlar yurdunun köməksiz futbolu və ya torpaq meydançadan Londona gedən yol - FOTOLAR

1992-ci ilin martında könüllü olaraq, cəbhəyə yollanıb. Buna səbəb mənfur düşmənlərimizin 1992-ci ilin fevralında Xocalıda törətdiyi qətliam olub. Həmin hadisədən sonra Əzimov futbolu bir kənara ataraq mart ayında könüllü olaraq cəbhəyə döyüşməyə gedib. Mayın 2-si Bakıya ezamiyyətə gəldiyi zaman “Neftçi” rəhbərliyi ona yenidən futbola qayıtmağı təklif edir. Bir qədər düşünən Əzimov komandanın məşqlərinə qoşulur. Mayın 8-də isə ilk Azərbaycan çempiomatı start götürməli idi. Açılış matçında “Neftçi” Sumqayıt “Xəzər”i ilə qarşılaşacaqdı. Həmin matçda Novruz da meydançaya çıxır. Lakin oyundan sonra Şuşanın işğal xəbərini eşidir və səhəri gün öz maşınına oturaraq yenidən cəbhə bölgəsinə qayıdır və Arif Paşayevin rəhbərlik etdiyi 811-ci Laçın alayının tərkibində ermənilərə qarşı döyüşməyə başlayır. "Neftçi" isə həmin il ölkə çempionu olur. Qaydalara görə, qızıl medallar ölkə çempionatında oyunların ən azı 50 faizində iştirtak etmiş futbolçulara verilirdi. Lakin Əzimovun məhz bu qəhrəmanlığın nəzərə alan o vaxtkı AFFA rəhbərliyi "Neftçi"nin heyətində cəmi bir oyun oynamasına baxmayarq ona da qızıl medaln təqdim etmişdi. 1994-cü ilə qədər, yəni atəşkəs elan olunan qədər Qarabağda döyüşür. Yalnız atəşkəsdən sonra yenidən futbola qayıdır və bu dəfə “Kəpəz” komandasında karyerasını davam etdirir. Futbola da elə bu klubda və da edir və məşqçiliyə başlayır.

Laçınlar yurdunun köməksiz futbolu və ya torpaq meydançadan Londona gedən yol - FOTOLARİlk məşqçi fəaliyyəti də elə “Kəpəz komandasında olub. 1997-ci ildə bu komandada oynayan məşqçi funksiyasını yerinə yetirib. Eyni zamanda Gəncə Dəmir Yol Nəqliyyatında, Polis İdarəsində Baş əməliyyat müvəkkili işləyib.Eyni zamanda indiki “Bakı”nın xələfin sayılan “Dinamo” klubunda da məşqçi kimi fəaliyyəti olub. Sonralar milli komandalarda və elita klublarında çalışıb.

Baş məşqçi kimi isə, ilk iş yeri “Bakı” komandası olub. 2011/2012 mövsümünün gedişində Aleksandr Starkovun istefasından sonra “Bakı”nın baş məşqçisi təyin edilən Novruz Əzimov komandaya Azərbaycan Kubokunu qazandırıb. Lakin “Bakı” 2012-ci ilin yayında Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra, baş məşqçi postundan istefa verib və klubun idman direktoru təyin edilib. Sonradan “Lokomotiv” və yenə də “Bakı”klublarında baş məşqçi kimi çalışıb. Hazırda isə “Neftçi”də baş məşqçi Elxan Abdullayevin köməkçisi postunu tutur.

Azərbaycan futbolunda laçınlı ikinci baş məşqçi
Laçınlar yurdunun köməksiz futbolu və ya torpaq meydançadan Londona gedən yol - FOTOLAR


Adil Şükürov 16 avqust 1977-ci ildə Laçın rayonunda anadan olmuşdur.
1985-ci ildən “Neftçi” futbol cəmiyyətində ilk dəfə olaraq Ruslan Abdullayevin rəhbərliyi altında futbolun sirlərinə yiyələnməyə başlamışdır. Özündən bir yaş böyük uşaqlarla oynamağına baxmayaraq, əsas heyətdə möhkəmlənməyi bacarmış və bu komanda ilə iki il ardıcıl olaraq Bakı şəhər birinciliyinin qalibi olmuşdur. 1977-ci il təvəllüdlülərindən ibarət komandada Xlucin Vitali Stepanovıç və Zalatarov İvan Sirqeyeviçin rəhbərliyi altında bir dəfə Azərbaycan birinciliyinin ikincisi və bir dəfə də Azərbaycan kubokunun qalibi olmuşdur. 1992-ci ildən Azərbaycanın birinci heyətinin “Azal” komandasına və bir il sonra 1993-cü ildə “Neftçi”nin əsas komandasının təlim məşq toplanışlarına Vaqif Sadıqovun rəhbərliyi altında dəvət olunur. “Neftçi”də təlim məşq toplanışlarında hazırlıq keçdikdən sonra həmin komanda ilə müqavilə bağlasa da, yaşının az olması səbəbindən onu “Neftçi”nin ikinci komandası olan “Zabrat” komandasına icarəyə verirlər. Elə həmin il də bu komanda ilə Azərbaycan cempionu olaraq, ölkənin yüksək liqasında oynamaq imkanı qazanır. 1994-cü ildə orta məktəbi bitirir və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olur. Paralel olaraq, məşqlərini də davam etdirir və 1995-ci ilə qədər “Zabrat” komandasında yüksək liqada oynayır. 1995-1997- ci illərdə ölkənin yüksək liqasında oynayan "Fərid" FK-da, 1997-1998- ci il mövsümündə "Şəfa" komandasında, 1998-1999- cu illərdə isə "Bakılı" komandasında oynayır. "Bakılı" komandasında oynayan zaman ölkənin 21 yaşlılardan ibarət milli komandasına dəvət alır. 1999-2001- ci illərdə "Kəpəz" FK ilə Azərbaycan cempionatının gümüş medalını qazanır və ölkə kubokunun qalibi olur. 2001-2002- ci il mövsümündə "Xəzər Universiteti" komandasında, 2002-2003-cü il cempionatında yenidən "Bakılı" komandasinda ölkə kubokunun yarımfinalına qədər irəliləyir. 2003-2005-ci il cempionatında "Şəfa" klubu ilə ölkə çempionatının bürünc medalını qazanır. 2005-2006- cı il mövsümündə Cənubi Azərbaycanın "Traktor Sazi" komandasında oynayaraq İran çempionatında iştirak edən komandalar arasında 4-cü yeri qazanırlar. 2006-2007- ci il çempionatında "Karvan" komandası ilə Azərbaycanda ilk dəfə olaraq UEFA kubokunda mərhələ adlayır. 2007-2008-ci ci il mövsümündə Sumqayıt şəhərinin "Gənclərbirliyi" klubunda futbolçu kimi çıxış etdiyi son komanda oldu.

2008-ci ildən isə məşqçılık karyerasına başlayır. Elə həmin il AFFA-nın təşkil etdiyi məşqçilik kurslarına qatılır və bu kursu fərqlənmə ilə bitirir. Azərbaycanın 15 yaşlılardan ibarət milli komandasında Alman mütəxəssis Oliver Pelserin yanında köməkçi məşqçi kimi fəaliyyətini davam etdirir. 2009-2010- cu illərdə Oliver Pelserlə birlikdə Azərbaycanın 17 yaşlılardan ibarət komandasında yenidən köməkçi məşqçi kimi işləyir. 2010-2011- ci illərdə isə Azərbaycanın 17 yaşlılardan ibarət milli komandasında baş məşqçi kimi işini davam etdirir. 2011-2012- ci ildən "Bakı" FK-nun 14 yaşlılardan ibarət komandası ilə bürünc, 2012-2013-cü il çempionatında isə baş məşqçi kimi "Bakı" FK-nun 15 yaşlılardan ibarət komandası ilə ölkə çempionatinin gümüş medalını qazanır. 2013-2014-cü il mövsümündə isə " BAKI" FK-nun 17 yaşlılardan ibarət komandasında baş məşqçi kimi ölkə çempionu və ölkə kubokunun qalibi adlarını qazanır. Bundan sonra əldə etdiyi bütün bu nailiyyətləri nəzərə alaraq, klub rəhbərliyi Adil Şükürovu ən yüksək məşqçilik kateqoryası olan” UEFA PRO” kursuna qatılmağını məsləhət gördü. Bu kurs çərçivəsində Adil ŞükürovunTürkiyənin ən böyük klublarından olan "Fənərbaxça" komandasının uşaq futbolunun strukturunu öyrənir. "BJK"-nın ”A” komandasında Slaven Biliçin yanında bir həftə təcrübə keçir. Adil Şükürov 2015-ci ildə “Zirə” futbol klubunun baş məşqçisi edilib. Onun komandanın həm formalaşmasında, həm də Premyer Liqada ilk mövsümdəcə gümüş medalları qazanmasında böyük əməyi keçib. 2016-cı ilin dekabrında baş məşqçi postundan istefa verən Adil Şükürov klubda fəaliyyətini davam etdirir. Belə ki, Adil Şükürov hal-hazırda Akademiyanın kordinatoru vəzifəsində çalışır.

Qısa sürən Həvəskar Liqası
Laçınlar yurdunun köməksiz futbolu və ya torpaq meydançadan Londona gedən yol - FOTOLAR

Yazının əvvəlində də qeyd etdik ki, futbol rayonu olmasa da Laçında da futbolu sevən insanlar olub. Həmin insanlar bir neçə dəfə komanda yaratmağa cəhd ediblər. Hətta 2000-ci illərin əvvəlləridə buna nail də olublar. Belə ki, Sumqayıtda məskunlaşan laçınlılar “Laçın” adlı komanda yaradıb Həvəskarlar Liqasında mübarizəyə başladılar. Hədəf o idi ki, qısa zamanda komandaya sponsor tapılsın və I Divizionda mübarizə aparsınlar. Komanda məşqlərini və oyunlarını keçirmək üçün “İnşaatçı” stadionu ilə müqavilə də bağlayıb. Lakin təəssüf ki, bu komandanın ömrü uzun olmayıb. Gözlənilən sponsor dəstəyi olmayıb. Elə məhz sponsor tapılmadığı üçün komandanın fəaliyyəti də uzun sürmədi və fəaliyyətini dayandırıb.

Ümiddə yanan ümid
Laçınlar yurdunun köməksiz futbolu və ya torpaq meydançadan Londona gedən yol - FOTOLAR

Lakin sevindirici haldır ki, illər sonra “Laçın” komandası yenidən bərpa olunub. Sumqayıtda dağılan komanda, illər sonra Qaradağ rayonunun Ümid qəsəbəsində yenidən fəaliyyətini bərpa edib. Bu qəsəbə mərhum prezidentHeydər Əliyevin prezidentliyi dövründə sırf şəhid ailələri vəmüharibə əliləri üçün nəzərdə tutularaq salınıb. Qəsəbənin salınmasının təşəbbüskarı isə həmin dövrdə Qaradağdan Milli Məclisə debutat seçilmiş hazırkı ölkə başçısı İlham Əliyev olub. Sırf məcburi köçkün ailələrində böyüyən uşaqlardan təşkil olunan komanda ən qısa zamanda öz imkanı hesabına ölkə çempionatında oynamağı da bacarıb. AFFA-nın bayrağ altında keçirilən U-13 liqasında. Komandanın baş məşqçisi Abuzər Nadirov bu günə kimi komandanı demək olar ki, şəxsi vəsaiti hesabına saxlayır. Baxmayaraq ki, özünün də elə imkanı yoxdur, amma cibinin pulunu da komandaya xərcləyir. Bir xüsusi məqamı da qeyd edək ki, “Laçın” komandası hər mövsümün statından öncə Şəhidlər Xiyabanını ziyarət edərək, orada təmizlik işləri aparır, iməcilik keçirir. Sevibdirici haldı ki, bu, ənənə halını alıb.
Laçınlar yurdunun köməksiz futbolu və ya torpaq meydançadan Londona gedən yol - FOTOLAR

2015-ci ildə U-13 komandası ilə yanaşı U-10 komandası da yaradılaraq mübarizəyə qoşulub. Komanda məşqlərini elə Ümid qəsəbəsində Abuzər Nadirovun rəhbərliyi altında davam etdirir. Komandanın məşq etdiyi süni meydançanı isə illər öncə AFFA baş katib Elxan Məmmədovun təşəbbüsü ilə təmənnasız olaraq bu komandaya hədiyyə edib. Həmin meydança salınana qədər isə komanda torpaq meydançada məşq etməyə məcbur olub.

Ümumiyyətlə, komanda yarandığı ilk vaxtlar öncə Qaradağda keçrilən müxtəif turnirlərdə gücünü sınayıb. Daha sonra Bakıda keçirilən turnirlərə qatılıb. Bir müddət sonra isə U-13 komandası ilə AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatında debüt edib.

Mövcud olduğu dönəmdə “Laçın” komandası bir sıra uğurlara da imza atıb. Məsələn, 2015-ci ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin keçirdiyi yarışda komanda birinci yeri tutub.

Bundan başqa, komanda Azərbaycan Milli Olimpiya Komitəsinin orqanı olan "Olimpiya Dünyası" qəzeti və "Olipspor" jurnalının təşkilatçılığı ilə keçirilən 28 May Respublika Gününə həsr etdiyi turnirin də qalib adını qazanıb. Komandanınn heyətində yetərincə istedadlı futbolçular var. Hətta “Laçın”dan milli komanda səviyyəsində də futbolçular çıxıb. Bu mənada Pərviz Həsənovun adını çəkə bilərik.

Laçınlar yurdunun köməksiz futbolu və ya torpaq meydançadan Londona gedən yol - FOTOLARHəsənov məhz Ümid qəsəbəsində məskunlaşan “Laçın” komandasında yetişərək Azərbaycanın U-16 millisinə dəvət alıb. Pərviz eyni zamanda bir neçə il bundan qabaq qaçqın futbolçulardan ibarət dünya yığmasının tərkibində İngiltərənin paytaxtı Londonda "Arsenal" klubunun ulduzları ilə xeyriyyə oyununa dəvət alaraq, Azərbaycanı təmsil edib. Maraq üçün qeyd edək ki, həmyerlimizin də meydançaya çıxdığı həmin görüş BBC telekanalı vasitəsilə bütün dünyaya yayımlanmışdı. Ümumiyyətlə, həmin oyunda hər bir komanda üzvünün təmsil etdiyi bölgə haqqında yarış iştirakçılarına məlumat verilmişdi. Bu mənada Pərvizin simasında yarış iştirakçıları Laçın və Qarabağın ermənilər tərəfindən işğalı ahqda da ətraflı bilgiyə sahib olmuşdular. Layihən çərçivəsində məlumat toplayarkən onu da öyrəndik ki, “Laçın”ın əksər yetirmələri hazırda da ölkənin bir sıra klublarında çıxış edir.

Bir məqama da toxunaq ki, çətin durumda və ağır maddi şərtlər altında fəaliyyət göstərməsinə baxmayaraq, “Laçın” komandasında qızlardan ibarət qrup da fəaliyyət göstərir. Görülən iş burda da öz bəhrəsini verib. Belə ki, “Laçın”ın yetirməsi Arzu Əliyeva ölkənin 17 yaşlılardan ibarət milli komandasına dəvət alıb.
Laçınlar yurdunun köməksiz futbolu və ya torpaq meydançadan Londona gedən yol - FOTOLAR

Abuzər Nadirovun bildirdiyinə görə, “Laçın”ın fəaliyyətinin ana xəttindən biri də uşaqların həm də vətənpərvər ruhda tərbiyə almasıdır. Görülən əksər tədbirlər həm də buna hesablanıb. Məsələn, komanda qatıldığı və miqyasından asılı olmayaraqb istənilən yarışdan, turnirdən öncə mütləq Şəhidlər Xiyabanını ziyarət edir.

Bu ənənənin digər klublarımız və uşaq komandalarımız üçün də örnək olması gözəl olardı. Bundan başqa, komanda üzvlərinin Qarabağ müharibəsi veteranları, eləcə də qazilərimizlə müntəzəm görüşlərinin keçirilməsi də alqışlanası haldır. Mövcud olduğu dönəmdə “Laçın”n ən böyük uğurlarından biri də 2013-cü ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi eləcə də İdman Nazirliyi tərəfindən ilin komandası seçilməsi olub.
Laçınlar yurdunun köməksiz futbolu və ya torpaq meydançadan Londona gedən yol - FOTOLAR

Komanda böyüklər arasında keçirilən yarışlarda iştirak etməyi də çox arzulayır. Heç olmasa Həvəskarlar Liqasında oynamaq çox yaxşı olardı. Əgər bir az maddi dəsək, sponsor yardımı olsa hətta I Divizionda da oynamaq olar. Yazının giirişində qeyd etdiyimiz kimi, təəssüf ki, bu günə qədər bu kömək yoxdur. Bu günə qədər çəkilən xərcləri də Abuzər bəy başqa işdə çalışaraq qazanıb və komanda yolunda xərcləyib. Yaxşı ki, AFFA maddi durumunun yaxşı vaxtında Ümid qəsəbəsindəki o meydançanı komandaya hədiyyə etdi və uşaqlar indi də orda məşq edir. Amma nəzərə alaq ki, həmin meydançanın da istismar müddəti başa çatamq üzrədir və yeni meydançaya ehtiyac var. Çox istərdik ki, bu komandaya sahib çıxan imkanlı şəxslər ortaya çıxsın. Laçın naminə, Qarabağ naminə. Yoxsa bu gedişlə yaxın zamanlar “Laçın” ölkə futbolumnda heç aşağı yaş qruplardan ibarət komandalarla da təmsil oluna bilməyəcək./Rekord.az/

Anar XANLAROV
Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir




loading...




SON XƏBƏRLƏR
SAZIN MƏHƏMMƏD PEYĞƏMBƏRİ – ŞƏRİF AĞAYAR YAZIR
Tramp İrana və Şimali Koreyaya sərt mesaj verdi
Qənirə Paşayevanın Türkiyədə çıxan 2 yeni kitabının imza mərasimi keçirilib
İlham Əliyev bu gün BMT-də çıxış edəcək
«Xocalı soyqırımı» sənədli filmi Stokholmda təqdim olunub
Laçın rayonunda iki qüllə - piramida aşkar edilib
Nüvə müharibəsinin qarşısını alan zabit vəfat edib
Sevdiyim üçün dua edirəm
“Gürcü Arzusu” partiyası Bolnisin Faxralı kəndindən namizədi, Dostu Aşırov
Azərbaycan 200 manatlıq əsginas buraxa bilər
"Kürdlərin referendumu gərginliyə səbəb olacaq" - Ərdoğan
Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində KÖMƏK İSTƏDİ
Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Bakıya gəlir
Bakının 7 rayonunda köhnə binalar sökülür
"Qarabağ atı“ abidəsi önündə Azərbaycanın təbliğatı - Foto/Video
Yeni silahlarımız Ermənistanı qorxuya saldı - İrəvandan Qarabağla bağlı SENSASİYALI BƏYANAT
“Riza Moridi şəxsiyyətini satmış adamdır" - Skandinaviya Türk Federasiyasının başqanı
İlk dəfə Avropa çempionu olan Azərbaycanın cüdo yığması Vətənə qayıdıb
“İraq türkmənləri vətənin bölünməsində iştirak etməyəcək” - Kərkük əyalət məclisinin üzvü
Azərbaycan Çexiyadan yeni artilleriya qurğusu alıb
Azərbaycanın gələcək inkişaf strategiyası yolunda atılmış mühüm addım
Azərbaycan əsilli alman həkimi Merkellə görüşdə nələr danışdı?
Milli Məclisin komitəsi bəzi qanunlara dəyişiklik edib
Adil Şirinlə məhbəsdə görüş – İlham Qəhrəman yazır...
Türk ordusu əməliyyatlara başladı - Bərzaniyə mesaj
"Qərar verəndə də heç kimə açıqlamıram" - Qurban Qurbanov
İstiqlal Bəyannaməsinə imza atan 26 nəfərdən biri – Bir cümhuriyyətçinin taleyi
"Qarabağ" "Milan"ı qabaqladı
Zülfüqarov ifadə verdi: “Ölümə mən səbəb olmamışam"
Sabiq xarici işlər naziri qəza törədib - Piyada ölüb