Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanda oğurlanan nadir əşyalar tapıldı


Tarix:19-08-2017, 19:28 Kateqoriya:Manşet / Tarix

Azərbaycanda oğurlanan nadir əşyalar tapıldı

Lerikdə oğurlanan 8 ədəd nadir tapıntı tapılıb.

Bu barədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova məlumat verib. Onun sözlərinə görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində nadir tapıntılar Gürdəsər kəndi ərazisində aşkarlanıb.

M. Rəhimova bildirib ki, materiallara hər hansı bir ziyan dəyməyib. Direktor qeyd edib ki, istintaq sirri olduğu üçün hadisəni törədənin kimliyi haqda məlumat verilmir.

Qeyd edək ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Lerikdə aparılan qazıntılar zamanı aşkar olunmuş qəbirlərdən 8 ədəd nadir tapıntı oğurlanıb.

Rayonun Gürdəsər kəndinin Piboz təpə adlanan ərazisindəki qəbirlərdən 3 ədəd heyvan formalı qab, 1 ədəd qara rəngli qab, 1 ədəd tunc qab, 1 ədəd muncuq və 2 ədəd qara rəngli nazik məftildən boyunbağı yoxa çıxıb.

Nadir tapıntıların oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb. Lerik rayon Polis Şöbəsindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 183.1-ci (xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları talama) maddəsi ilə cinayət işi açılıb. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.(APA)

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığı yeni mərhələdə
Zakir Həsənov Putinlə görüşə və “qırmızı ordu”nun yubileyinə getmədi
Berlində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar simpozium keçirilib
Makedoniyalı siyasətçi: "Xocalı soyqırımı Ermənistana ləkədir"
Abırsızlıqları izləməkdəyik
Rusiyada yaşayan azərbaycanlı jurnalist vəfat edib
Çağdaş Azərbaycan Türk fəlsəfəsinin başlıca problemləri
Əlimərdan bəy Topçubaşovun qayınanasına məktubu – Sizin qızınızı sevirəm…
Fizuli Məmmədov İtaliya mətbuatında Xocalı soyqırımından yazdı
"Yollar uzanan gün..." filminin təqdimatı oldu - FOTO
Qazaxıstan “Barıs” zirehli maşının qış sınaqlarına başlayıb
"Hamilə qadınların qarnına biz soxdular, içalatlarını çıxartdılar" — Xocalı şahidi
Fəxri adlara görə aylıq təqaüd artırıldı
Azərbaycanda "Youtube" kanalı bağlanmalıdır? – EKSPERTLƏRİN RƏYİ
"Xəcalət" dramı bu dəfə Ağdam səhnəsində — FOTO
Türk ordusu 3 kəndi azad etdi
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı
“Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb" — Rəşad Sadıqov
"Azərbaycanlı terminator": Biz pul üçün döyüşmürük
Atatürkün dəfnində iştirak edən sabiq nazir — Azərbaycan Cümhuriyyəti - 100
“Video Vəkillik Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirmişdir
“İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var”
Qarabağda erməni əsgər məhv edildi
İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq
Azərbaycan XİN Eduard Nalbandyana cavab verib
Azərbaycanın müdafiə naziri Belarusa gedib
Türkiyə Silahlı Qüvvələri: "Afrinə tərəf hərəkət edən bütün qüvvələr məhv ediləcək"
İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstək
3 Milli Qəhrəmanın doğum günüdür
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - V Yazı