Qarabag Media
Haqqımızda Əlaqə

"İlham Əliyev İran prezidentinin andiçmə mərasiminə getməməklə doğru qərar verdi"


Tarix:9-08-2017, 20:45 Kateqoriya:Manşet / Siyasət

"İlham Əliyev İran prezidentinin andiçmə mərasiminə getməməklə doğru qərar verdi"


"Erməni saytları öz düşüncələrində İranla Azərbaycan arasındakı münasibətləri gərginləşdirmək məqsədilə bu mövzunu ortaya atıblar: “Ermənistan prezidenti İran prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak etdiyi halda Azərbaycan prezidenti Tehrana getmədi”. Yəni demək istəyirlər ki, guya Azərbaycan prezidenti iranlı həmkarını saymadı. Erməni tərəfinin əsas arqumenti də budur ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı siyasətini sərtləşdirdiyindən guya Bakı Ağ Evin sahibi ilə münasibətləri gərginləşdirməmək üçün İranla münasibətlərdə ehtiyatlı olacaq."

Karabakhmedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Azərbaycan prezidenti İran prezidentinin andiçmə mərasiminə getməməklə doğru qərar verib:

"Azərbaycan prezidenti İlham Əliyev İran prezidentinin andiçmə mərasiminə getməməklə doğru qərar verdi və bu qərar erməni saytlarının iddia etdiyi kimi heç də Amerika amili ilə əlaqəli deyil. Cəbhə bölgəsində indiki ağır vəziyyətdə Serj Sərkisyanla eyni sırada dayanmağın mənası yoxdur. Digər tərəfdən Həsən Ruhani ayrılıqda həm Ermənistan prezidenti, həm də Azərbaycan prezidenti ilə görüşəcək və hər ikisi ilə Qarabağdan danışacaqdı. Azərbaycan prezidentinin buna ehtiyacı yoxdur. Onsuz da Həsən Ruhani Qarabağla bağlı bütün məsələlərdən xəbərdardır. Ermənistan prezidentinin daima İran prezidentlərinə yaltaqlanmağa ehtiyacı var, ona görə hər dəvətdə Tehrana qaçır. İran-Azərbaycan münasibətlərindən müəyyən suallar olsa da, bütün hallarda İranın bölgədə əsas ticarət tərəfdaşı Azərbaycandır, əsas layihələri Azərbaycanla reallaşdırır, Tehrana Astara-Rəşt dəmiryolunun tikitisi üçün pulu Ermənistan yox məhz Azərbaycan verir və s. Ona görə də Ermənistan prezidenti istəyir ömrü boyu İran prezidentlərinin andiçmə mərasimlərində iştirak etsin, bu bölgədəki reallıqları dəyişməyəcək."

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Rəsulzadə Türkiyədən niyə getdi?
CÜMHURİYYƏT QURUCULARI — Məhəmmədhəsən bəy Vəliyev (Baharlı)
"Real" ardıcıl 3-cü dəfə ÇL-in qalibi oldu
Azərbaycan prezidenti: "Biz nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmişik"
Rusiya Türkiyəyə 1 milyard dollar təzminat ödəyəcək
Rüstəm İbrahimbəyov üçün filmin sonu...
Cümhuriyyətin maarif və dini etiqad naziri Nurməmməd bəy Şahsuvarov
Paşinyan kütləvi həbslərə başladı
Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası
Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi - TARİX
Bəzi müəllimlərin dərs yükü və əməkhaqqı artacaq
Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinə dair nadir kitablar nəşr olunub
Türkiyənin müdafiə nazirinin müavini: “Babam bu dünyadan Azərbaycan həsrəti ilə köçdü”
Qanunla qadağan deyil, amma qadağandır: DYP-dən absurd tələb
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİR MÖHSÜN NƏVVAB
Azərbaycanda doğulmuş erməni Bakıya gəlib
Vətənpərvər və millətsevər Cümhuriyyət xadimi - Məmməd Yusif Cəfərov
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə 10 mln. kredit verəcək
Heydər Əliyev Fondu Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təşkil edib - FOTO
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsindən azad olundu
Fuad Poladov - 70... - VİDEO
Lider TV-nin filmi Ankarada təqdim olundu — FOTOLAR
Kürdəmir, Kür və Salyan toponimləri — Süleyman peyğəmbər quşların dilini ona görə başa düşürdü ki, ...
“Bu gənc azərbaycanlı Rusiyanın ən varlı varisidir ­- 17 milyard dollar” – Forbes
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR
Mnatsakanyan: "Həmsədrlərlə razılaşdıq ki, prosesi bərpa edək"
Türkiyəli spiker: Qarabağ bizim milli məsələmizdir
"Naxçıvana təhlükə yaranarsa, rəsmi Ankara prosesə qarışacaq" - QARS MÜQAVİLƏSİNİN ŞƏRTİ
"Paşinyan Qarabağda yeni savaşdan danışmağa başlayıb" - MÜHARİBƏ MÜMKÜNDÜRMÜ ?
Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında ikinci qələbəsini qazanıb