Qarabag Media
Haqqımızda Əlaqə

Prezident deputatların etik davranışı ilə bağlı sərəncam imzaladı


Tarix:8-08-2017, 06:21 Kateqoriya:Manşet / Hüquq

Prezident deputatların etik davranışı ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 766 VQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Karabakhmedia.az-ın məlumatına görə, sərəncamda qeyd olunub ki, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Qanunla BURADAN tanış ola bilərsiniz.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Məhərrəm İncə Ərdoğanı təbrik edib
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MIRZƏ ŞƏFİ VAZEH — II YAZI
“Məhəmməd: Allahın elçisi” filmi Bakıda təqdim olunacaq
Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin Bakıda növbəti uçuşları keçirilib
Dünya Ərdoğanın qələbəsini BELƏ GÖRDÜ
Volodindən Qarabağ açıqlaması
Parlament seçkilərinin ilkin nəticələri açıqlandı: Hansı partiya neçə yer qazanıb?
İlham Əliyevdən Ərdoğana təbrik məktubu
Türkiyə ictimaiyyəti Ərdoğanın qələbəsini böyük coşqu ilə qarşılayıb
“Türk ulduzları” Bakıda — FOTO
Mövlüd Çavuşoğlu: "Türkiyə gələcəyi üçün düzgün seçim edəcək"
Yavər Camalov dəfn edilib - FOTO
Milli Qəhrəman Əlif Hacıyevin doğum günüdür — FOTO
Zaqatala: Azərbaycanın qalib gəldiyi mübahisə
TARİXİ GÜN — Xalq həm prezident, həm də parlamenti seçir
Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür
Suriyada İran ordusunun generalı həlak olub
"F- 35"lər Türkiyədə!
Ruslar Paşinyana o qırıcıları satan deyil
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Azərbaycan və Ermənistan XİN başçıları Minskdə görüşdülər
Prezident səhiyyə işçilərini təltif edib - SİYAHI
BMT-NİN 4 QƏTNAMƏSİNƏ LAVROV YANAŞMASI...
Millət vəkili: Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq
Dilqəm Əsgərovun oğlu evləndi
Nərimanov rayonunda eyvanlardan paltar asmaq qadağan edildi
Elmar Məmmədyarov erməni nazirlə görüşə razılaşdı
Futbolçular baş məşqçini dəyişməyi xahiş etdi - Məğlubiyyətdən sonra
22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər
Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb