Qarabag Media
Haqqımızda Əlaqə

ŞƏHİD OLMAQ İSTƏYİRƏM, AY ANA!


Tarix:5-08-2017, 18:15 Kateqoriya:Manşet / Qəhrəmanlar

ŞƏHİD OLMAQ İSTƏYİRƏM, AY ANA! Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq, əgər uğrunda ölən varsa Vatandır.
Mithat Camal Kuntay


Bir ömür yaşadı, körpə fidan kimi yaşıllaşdı, çiçəkləndi. Ancaq elə bil ki, təbiətin qanunlarına üsyan etdi, nə saraldı, nə də soldu. Üstündən şaxtalı-sazaqlı illər ötsə də elə həmişəlik yaddaşlarda çiçəkli fidan kimi qaldı.

Ömürlərinin bahar çağında bir qarış vətən torpağı uğrunda canlarını qurban verən vətən oğulları yurdumuzun hər yerini əbədi laləzara çevirmiş gənc fidanlardır. Məzarları ilə uyuduqları məkanı sanki müqəddəs ziyarətgaha çevirmiş bu qəhrəman eloğullarımızın narahat ruhları hər an, hər dəqiqə vətən göylərindən bizləri müşayiət edir, canlarını qurban verdikləri amal, əqidə uğrunda mübarizəni ruhları ilə davam etdirirlər. Uca yaradandan və peyğəmbərlərimizdən sonra ən uca varlıq hesab edilən şəhidlərimiz zamanzaman Azərbaycanımızı yadellilərin təcavüzkar basqınlarından qəhrəmanlıqla qoruyaraq tarixin şanlı səhifələrini öz qanları ilə yazmış və şirin canları ilə təsdiqləyərək tarixin qızıl fonduna düşmüşlər. Bu əbədiyaşar qəhrəmanlar içərisində mənim qardaşım 19 yaşlı Yasif Kərimov da vardır. Aradan az qala 20 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq Yasif mənim həmişə 19 yaşlı qardaşım olaraq qalır, illər öncə Yasif məni özünə böyük bacı kimi güvəndiyi, (dərslərində kömək edən, əlindən tutub məktəbə aparan, hər an ona dəyərli göstərişlər verən) məsləhətləşdiyi halda, bu gün mən həyatda atacağım hər bir addımı, ilk öncə ucaların ən ucası saydığım şəhid qardaşım Yasifin müqəddəs ruhu ilə məsləhətləşirəm. Bütün planlarım haqqında ona hesabatverməyi özümə ən müqəddəs borc bilirəm.

Baharın gəlişini ilk xəbər verən baharın elçisi qaranquşlar kimi gəlmişdi ömrümüzə Yasif. Gəlişi ilə yurdumuza sevinc-şadlıq, ruzi-bərəkət gətirən baharın ilk ayında dünyaya göz açmışdı. Təkcə bir ailənin deyil, bütövlükdə bir elin-obanın sevincinə səbəb olmuşdu. Lap kiçik yaşlarından yaşıdlarından ağılı, kamalı, yanımcıllığı, zəhmətkeşliyi və vətənpərvərliyi ilə seçilərdi Yasif.

Sanki onun balaca ürəyində igid el atası sayılan Məşədi Qasım babamın və atam Fəzi Kərimovun ürəyinin təpəri, qədd-qamətində ata-babamızın mərdliyi, məğrurluğu var idi. O, balaca ürəyində o qədər böyük sevgilər yaşadırdı ki, heç kimin ürəyində ata-anaya belə oğul sevgisi, bacıqardaşabelə qardaş sevgisi, elə-obaya, vətənə belə vətəndaş sevgisi ola bilməzdi. Üz-gözündən nur yağardı. Böyükkiçiyin yerini bilər, atdığı hər addımı ilə ailəyə başucalığı sevinc gətirərdi. Özündən iki yaş kiçik olan Vasif üçün ideal qardaş, mübariz sirdaş obrazı idi Yasif. Anamız haqqında elə möhtəşəm planları vardı ki, böyüyəndə ananın bütün arzularını yerinə yetirmək, ona ən yaxşı həyat yaşatmaq, keçmişdəki sıxıntılarını unutdurmaq, qəlbindəki Yüzasif yarasını sağaltmaq, hər an, hər dəqiqə ona qayğı göstərmək. Bu idi Yasifin ən ümdə arzusu. Sevdiyi qıza da ilk sözü “Anamı doğma ana kimi sevsən, səni baş tacı kimi sevəcəyəm” cümləsi olmuşdur.

Ürəyinə görə bir qız sevmişdi Yasif. Allah-Təala bu müqəddəs üçlüyə (Yasif, nişanlısı və anası) elə bir sevgi bəxş etmişdi ki... Kiçicik bir anı, bir dəqiqəsi, bir ömrə bərabər olan bir sevgi. Qısa zaman kəsiyində bu üçlük müqəddəs bir sevgi, məhəbbət məbədinə çevrildi. Sanki ömrünün qısa olacağını bilir, bir ömür payına düşəcək sevgisini bu qısaca ömrünə son dərəcə səxavətlə paylamağa çalışırdı.

Hərbi xidmətini başa vurduqdan sonra toy etmək, ananın gözlərindəki kədəri bir dəfəlik silmək istəyirdi. Yağı düşmənlə qızğın döyüşlərin getdiyi vaxtlarda o, döyüşə
getdiyini ata-anasından ciddi-cəhdlə gizlədirdi ki, nigaran qalmasınlar. Atam Böyük Vətən Müharibəsində 4 il igidliklə vuruşmuş bir veteran kimi hər zaman əsgərlərimizlə, kəndimizin gəncləri ilə görüşür, maraqlı söhbətlər aparır, dəyərli məsləhətlər verirdi. Belə söhbətlərin birində atam Yasifə dedi ki, oğlum, şər deməsən xeyir gəlməz, düşmən əlinə düşüb eləsən kimin nəslindən olduğunu bildirmə.

Yasif yaşından qat-qat böyüklərə xas olan tərzdə cavab verdi.

– Ata başqasının adı altında gizlənməkdənsə, elə babam Məşədi Qasımın adına layiq nəvə kimi ölərəm.

Qısa ömür yolunda şanlı bir döyüş yolu keçdi Yasif.
Döyüş bölgələrində nisbi sakitlik yarananda əmioğluları Ziyafət, Mehdi və Rəsulla, dostları Qulam, Cəfər, Rəşadət, Elçin, Firudin, Eldəniz, Məhərrəm və Ziya ilə görüşüb
məsləhətləşir, bir-birilərinə döyüş taktikalarını öyrədir, özlərini qorumağı söyləsələr də, əslində hər biri bu yolda ölməyə hazır olduğunu gizlətmirdilər. Məzuniyyəti vaxtı
Bakıya gəlmişdi. Şəhidlər xiyabanına getdik. Xocalı şəhidlərinin qəbrindən ayrıla bilmirdi. Hər şəhid məzarı qarşısında uzun müddət dayanır, acı göz yaşlarını ürəyinə
axıdaraq sanki bu şəhidlərin ruhu qarşısında and içirdi. Geri dönərkən dediyi bir cümlə elə oradaca ürəyimə bir od saldı.

– Bacı, adam bu şəhidləri burda qoyub evə getmək istəmir, elə burada onlarla qalmaq istəyir, – dedi, – Yasif.

Elə həmin gündən etibarən mənim kiçik ürəkli qəhrəmanım sanki həyatının ən mühüm qərarını qəbul etmişdi.

– Nə qədər ki, vətən dardadır bizə rahatlıq yoxdur, bu şəhidlərimizin qanını yerdə qoymayacağam.

Son nəfəsinədək də əhdinə sadiq oldu mənim şir ürəkli qəhrəmanım. Özü ilə kəndimizin bütün cavanlarını da mübarizəyə ruhlandırdı. Qızğın müharibə illərində övladlarını müharibədən yayındıran soydaşlarımızı görəndə deyirdi ki, zaman hər kəsə öz layiqli qiymətini verəcək. O illər ərzində, bəlkə də respublikamızda yeganə kənd idi bizim kəndimiz. Belə ki, qocasından cavanına, gəlinindən qızına kimi silaha sarılaraq müsəlləh bir ordu kimi döyüşə hazır vəziyyət almışdı. Düşmənlə döyüşə girən hər bir gəncimiz arxasında belə bir mütəşəkkil ordunun olduğuna güvənir və daha da əzmkarlıqla döyüşürdülər.

Elə kəndimizin ilk şəhidi də mənim Yasif qardaşım oldu. Yasifin məzarı başında and içən əmisi oğlanları Ziyafət, Mehdi və Rəsul, dostları Qulam, Cəfər, Rəşadət, Elçin, Firudin, Eldəniz, Məhərrəm və Ziya son nəfəslərinədək igidliklə döyüşərək zamanın daşa dönmüş sinəsinə silsilə qəhrəmanlıq səlnaməsi yazdılar, şəhid oldular. Çiçəyin ətri burnunda olan gözlərindən sevgi, məhəbbət yağan, üzlərindən nur tökülən bu el oğullarının hər biri bizim and yerimizə, son anda üz tutacağımız müqəddəs məbədgahımıza çevrildilər. Qəbriniz nurla dolsun, atanızın çörəyi, ananızın südü sizə halal olsun! Bir də mənim əziz qardaşlarım, sizə uğrunda canınızı, qanınızı əsirgəmədiyiniz torpaqlarımızın azadlığını, Azərbaycanımızın bütövlüyünü qazanmasını arzulayıram.
Mən əminəm ki, o zaman sizin vətən göylərində narahatlıqla dalğalanan ruhunuz rahatlıq tapacaq.

Sənubər Fəziqızı










SON XƏBƏRLƏR
Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib
Faiq Ələkbərli İstanbulda Uluslararası simpoziuma qatılıb - FOTOLAR
“Polislər bizi şərlədi, onlara cinayət işi açıldı” – Həmyerlilərimizin başına iş gəldi
Ermənilər tərəfindən bir gündə vurulan Azərbaycan və Yuqoslaviya təyyarələri
Makedoniyalı siyasətçi: ”Şəhid Mübariz İbrahimov Balkan türklərinin qəhrəman oğludur”
94 YAŞLI FENOMEN — Bu gün Şirməmməd Hüseynovun doğum günüdür
Qarabağ bəylərbəyliyi: ETİMOLOGİYASI, ƏRAZİSİ VƏ SƏRHƏDLƏRİ
Qənirə Paşayeva himn müzakirələrinə etiraz etdi
Oqtay Əsədov jurnalistlərə çağırış edib
Ərdoğan Suriya ilə bağlı sensasion bəyanat verdi
Prezident şəhid vərəsələrinə verilən 11 mindən danışdı
Qarabağda erməni əsgər minaya düşdü
Rusiya Ermənistanda zirehli texnikaların dağlıq relyefdə təlimlərini keçirdi
Angela Merkel Avropa Birliyi ölkələrindən səfirlikləri Qüdsə köçürməməyi xahiş edib
"Sultan Inşaat MMC "- endirimli qiymət paketləri təkilif edir
Prezident Mingəçevirə yeni icra başçısı təyin etdi
Gürcüstan müxalifəti növbədənkənar parlament seçkiləri tələbi ilə fasiləsiz aksiyalara başlayır
Nazirlikdən xəbərdarlıq: Yollar buz bağlayacaq
Şəhid qızından millət vəkilinə MÖHTƏŞƏM CAVAB: "İçində atamın nəfəsi var" - FOTO
Türkiyədə böyük əməliyyat: 4328 nəfər tutuldu
Qaxda yol qəzası olub, xəsarət alan var - FOTO
ABŞ kilsə zəngini 100 ildən sonra Filippinə qaytardı
Sabahın HAVASI: Yağış və qar yağacaq
Maksim Şevçenko: "Ermənistan Laçın, Cəbrayıl, Fizuli və başqa rayonları Yeltsin rejiminin dəstəyi ilə işğal edib"
Ehtiyatlı olmaq lazımdı
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Dərdin çiçəkləmə dövrü - Rüstəm Kamal yazır
Avstraliya Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdı
"Nərmin Şahmarzadəni cinayət məsuliyyətinə cəlb etmək lazımdır"- Millət vəkili
Ramiz Rövşənin doğum günüdür - "Bağışla, bağışla, məni bağışla"