Qarabag Media
Haqqımızda Əlaqə

Ən böyük sovet satqını olaraq edam edilən generalın həyat yolu - ARAŞDIRMA


Tarix:3-08-2017, 18:46 Baxış Sayı:2060 Kateqoriya:Manşet, Araşdırma

Ən böyük sovet satqını olaraq edam edilən generalın həyat yolu - ARAŞDIRMA

1 avqust 1946-cı il... General Vlasov başda olmaqla müharibə zamanı əsir düşərək almanlar tərəfdə SSRİ-yə qarşı vuruşmuş 12 hərbçi (5 general, 5 polkovnik, 2 podpolkovnik) məhkəmənin hökmü ilə asılaraq, edam edilir.

Uzun müddət sovet tarixşünaslığında Vlasov haqqında yalnız mənfi fikirlərə rast gəlmək mümkün idi, onun həyatının müsbət məqamları xatırlanmırdı. Məsələn, deyilmirdi ki, almanların Moskva üzərinə hücumunun dəf edilməsində Vlasovun xüsusi xidmətləri olub və Stalin özü onu "Moskvanın xilaskarı" adlandırıb. Leninqrad ətrafında rəhbərlik etdiyi 2-ci ordu mühasirədən çıxa bilməyəndə (Vlasov artıq ordu mühasirədə ikən ona komandir təyin edilmişdi) sovet rəhbərliyi generalı xilas etmək üçün təyyarə göndərir. Lakin Vlasov əsgərlərini tərk etməkdən imtina edir. Sonra əsir düşür, almanlarla əməkdaşlığa razılıq verir, SSRİ-yə qarşı “Rusiya Azadlıq Ordusu”na rəhbərlik edir. Maraqlıdır ki, müharibənin sonlarında Vlasovun yenə də özünü xilas etmək şansı olur. İspaniya diktatoru Franko ona sığınacaq vəd edir və təyyarə göndərir. Lakin Vlasov yenə də əsgərlərini tərk etməkdən imtina edir. Bu faktlar göstərir ki, Vlasovun düşmən tərəfinə keçməsini qorxaqlığı ilə əlaqələndirmək səthi yanaşmadır.

Andrey Vlasov kim idi?

Karabakhmedia.az-ın məlumatına görə, A.Vlasov 14 sentyabr 1901-ci ildə Rusiyanın Nijni Novgorod vilayətinin Lomakino kəndində anadan olmuşdu. O, sovet hərbi məktəblərində təhsil alaraq gereral rütbəsinədək yüksəlmişdi. Böyük Vətən Müharibəsinin gedişində - 20 aprel 1942-ci il tarixində Stalin onu 2-ci Zərbə Ordusunun komandanı təyin etmişdi.

Hərbi əməliyyatların birində Vlasov almanlar tərəfindən əsir götürülüb. Bundan sonra almanlarla işbirliyinə razılaşan gereral asir düşən sovet əsgərlərindən ibarət “Rusiya Azadlıq Ordusu” quraraq SSRİ-yə qarşı vuruşmağa başlayıb. Onun ordusunda 1 milyona yaxın əsgər vardı. O, SSRİ-yə qarşı təkcə hərbi mübarizə aparmırdı, həm də antitəbliğatla məşul idi, sovet adamlarını sovet imperiyasına qarşı yönləndirməyə çalışırdı. Vlasovun ordusu müharibənin gedişində SSRİ-yə az zərbə vurmadı…
Ali baş komandan Stalin onun əlindən necə deyərlər zəncir çeynəyirdi və almanlara satqınlıq edən Vlasovun hökmən tutularaq edam edilməsi əmrini vermişdi.

Almanların müharibədə məğlub olması Vlasovu çətin vəziyyətə saldı.
Ən böyük sovet satqını olaraq edam edilən generalın həyat yolu - ARAŞDIRMA

1945-ci il mayın 8-də Almaniya Berlin yaxınlığında Karlsxorstda danışıqsız təslimolma aktını imzaladı. Mayın 9-da sovet ordusu Praqaya daxil oldu. Əslində, Praqa artıq mayın 6-da azad olunmuşdu. Belə ki, çexlər mayın 5-də üsyan qaldırmışdılar. Almanlar üsyanı yatırmaq üçün Praqaya əlavə SS hissələri yeritmişdilər. Çexlər radio ilə gah amerikalılara, gah da sovet qoşunlarına müraciət edirdilər. Bu zaman general Vlasov “Rusiya Azadlıq Ordusu”nu Şərq cəbhəsindən özbaşına çıxararaq Qərbə doğru irəliləyirdi ki, ABŞ qoşunlarına təslim olsun.

Mayın 6-da Praqa yaxınlığında olan general Vlasov öz vəziyyətini yüngülləşdirmək niyyəti ilə hücuma keçərək, Praqanı tutdu. Çexlər Vlasovun portretlərini qaldıraraq, diviziyanın döyüşçülərini gül-çiçəyə qərq etdilər. Az sonra çexlər Vlasovun kimliyini öyrənib onun portretlərini küçələrdən yığışdırdılar. Praqada Stalinin, marşal Jukovun, marşal Konevin portretlərini qaldırıldı.
Ən böyük sovet satqını olaraq edam edilən generalın həyat yolu - ARAŞDIRMA

Mayın 8-də Vlasov diviziyanı Praqadan çıxarıb amerikalılara təslim olmaq üçün Qərbə doğru irəlilədi.
Lakin onun istəyi baş tutmadı və sovet ordusu tərəfindən əsir götürüldü.

Vlasov məhkəmədə bütün günahı öz üstünə almağa çalışıb ki, başqalarını edam etməsinlər. Onun almanlarla əməkdaşlığına gəlincə bildirlir ki, Stalinin Rusiyadakı qəddarlığı Vlasovu buna məcbur etmişdi. Almaniyaya işləməyə razılıq verən Vlasov bolşevik sisteminin çökməsin istəyib. O görürdü ki, bolşevik diktaturası faşistlərdən də pisdir.

1 avqust 1946-cı ildə Vətənə xəyanətdə ittiham edilən “Rusiya Azadlıq Ordusu”nun komandanı general Vlasov edam edildi. Maraqlıdır ki, hökm o zaman sovet rejiminə xas olmayan yolla – asılmaqla icra edildi.

1946-­cı ilin 2 av­qus­tun­da “P­rav­da” qə­z­e­tin­­də general Vlasovun eda­mı haq­qın­­da mə­l­u­mat dərc edil­­di.

General Andrey Vlasov SSRİ-nin Almaniyaya qarşı apardığı Böyük Vətən Müharibəsi illərinin ən böyük sovet satqını hesab olunur./Modern.az/
Ən böyük sovet satqını olaraq edam edilən generalın həyat yolu - ARAŞDIRMA

Sağdan 1-ci Andrey Vlasovdur...




loading...




SON XƏBƏRLƏR
SAZIN MƏHƏMMƏD PEYĞƏMBƏRİ – ŞƏRİF AĞAYAR YAZIR
Tramp İrana və Şimali Koreyaya sərt mesaj verdi
Qənirə Paşayevanın Türkiyədə çıxan 2 yeni kitabının imza mərasimi keçirilib
İlham Əliyev bu gün BMT-də çıxış edəcək
«Xocalı soyqırımı» sənədli filmi Stokholmda təqdim olunub
Laçın rayonunda iki qüllə - piramida aşkar edilib
Nüvə müharibəsinin qarşısını alan zabit vəfat edib
Sevdiyim üçün dua edirəm
“Gürcü Arzusu” partiyası Bolnisin Faxralı kəndindən namizədi, Dostu Aşırov
Azərbaycan 200 manatlıq əsginas buraxa bilər
"Kürdlərin referendumu gərginliyə səbəb olacaq" - Ərdoğan
Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində KÖMƏK İSTƏDİ
Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Bakıya gəlir
Bakının 7 rayonunda köhnə binalar sökülür
"Qarabağ atı“ abidəsi önündə Azərbaycanın təbliğatı - Foto/Video
Yeni silahlarımız Ermənistanı qorxuya saldı - İrəvandan Qarabağla bağlı SENSASİYALI BƏYANAT
“Riza Moridi şəxsiyyətini satmış adamdır" - Skandinaviya Türk Federasiyasının başqanı
İlk dəfə Avropa çempionu olan Azərbaycanın cüdo yığması Vətənə qayıdıb
“İraq türkmənləri vətənin bölünməsində iştirak etməyəcək” - Kərkük əyalət məclisinin üzvü
Azərbaycan Çexiyadan yeni artilleriya qurğusu alıb
Azərbaycanın gələcək inkişaf strategiyası yolunda atılmış mühüm addım
Azərbaycan əsilli alman həkimi Merkellə görüşdə nələr danışdı?
Milli Məclisin komitəsi bəzi qanunlara dəyişiklik edib
Adil Şirinlə məhbəsdə görüş – İlham Qəhrəman yazır...
Türk ordusu əməliyyatlara başladı - Bərzaniyə mesaj
"Qərar verəndə də heç kimə açıqlamıram" - Qurban Qurbanov
İstiqlal Bəyannaməsinə imza atan 26 nəfərdən biri – Bir cümhuriyyətçinin taleyi
"Qarabağ" "Milan"ı qabaqladı
Zülfüqarov ifadə verdi: “Ölümə mən səbəb olmamışam"
Sabiq xarici işlər naziri qəza törədib - Piyada ölüb