Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 365,5 mln. dolları ötüb


Tarix:31-07-2017, 23:28 Kateqoriya:Manşet / İqtisadiyyat

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 365,5 mln. dolları ötüb

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana Gürcüstandan idxal olunan məhsullar arasında minik avtomobilləri birinci yeri tutub.

Gürcüstanın Milli Statistika İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata əsasən, qeyd olunan dövrdə Azərbaycan qonşu ölkədən 19 mln. 277,3 min dollar məbləğində minik avtomobili idxal edib.

Azərbaycanın Gürcüstandan idxal etdiyi məhsulların ilk üçlüyünə dərman vasitələri və kartof da daxildir. Cari ilin ilk altı ayı ərzində Gürcüstandan Azərbaycana 10 mln. 489 min dollar məbləğində dərman vasitələri, 4 mln. 970,2 min dollar məbləğində isə kartof ixrac olunub.

Qeyd olunan dövr ərzində Gürcüstan Azərbaycandan ən çox qaz və digər qaz halında karbohidrogenlər (159 mln. 161,7 min dollar), neft və neft məhsulları (37 mln. 488,7 min dollar) və elektrik enerjisi (28 mln. 324,6 min dollar) idxal edib.

2017-ci ilin yanvar-iyun ayları ərzində Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 365 mln. 516,3 min dollar təşkil edib. Hesabat dövründə Azərbaycan Gürcüstandan 81 mln. 548, 8 min dollar məbləğində məhsul idxal etdiyi halda, Azərbaycanın Gürcüstana ixracı 283 mln. 967,5 min dollar dəyərində olub.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığı yeni mərhələdə
Zakir Həsənov Putinlə görüşə və “qırmızı ordu”nun yubileyinə getmədi
Berlində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar simpozium keçirilib
Makedoniyalı siyasətçi: "Xocalı soyqırımı Ermənistana ləkədir"
Abırsızlıqları izləməkdəyik
Rusiyada yaşayan azərbaycanlı jurnalist vəfat edib
Çağdaş Azərbaycan Türk fəlsəfəsinin başlıca problemləri
Əlimərdan bəy Topçubaşovun qayınanasına məktubu – Sizin qızınızı sevirəm…
Fizuli Məmmədov İtaliya mətbuatında Xocalı soyqırımından yazdı
"Yollar uzanan gün..." filminin təqdimatı oldu - FOTO
Qazaxıstan “Barıs” zirehli maşının qış sınaqlarına başlayıb
"Hamilə qadınların qarnına biz soxdular, içalatlarını çıxartdılar" — Xocalı şahidi
Fəxri adlara görə aylıq təqaüd artırıldı
Azərbaycanda "Youtube" kanalı bağlanmalıdır? – EKSPERTLƏRİN RƏYİ
"Xəcalət" dramı bu dəfə Ağdam səhnəsində — FOTO
Türk ordusu 3 kəndi azad etdi
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı
“Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb" — Rəşad Sadıqov
"Azərbaycanlı terminator": Biz pul üçün döyüşmürük
Atatürkün dəfnində iştirak edən sabiq nazir — Azərbaycan Cümhuriyyəti - 100
“Video Vəkillik Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirmişdir
“İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var”
Qarabağda erməni əsgər məhv edildi
İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq
Azərbaycan XİN Eduard Nalbandyana cavab verib
Azərbaycanın müdafiə naziri Belarusa gedib
Türkiyə Silahlı Qüvvələri: "Afrinə tərəf hərəkət edən bütün qüvvələr məhv ediləcək"
İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstək
3 Milli Qəhrəmanın doğum günüdür
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - V Yazı