Qarabag Media
Haqqımızda Əlaqə

Milli Qəhrəman Rasim İbrahimovun anımm günüdür - VİDEO


Tarix:28-06-2017, 03:18 Baxış Sayı:304 Kateqoriya:Manşet, Video, Qəhrəmanlar


Milli Qəhrəman Rasim İbrahimovun anımm günüdür - VİDEO Bu gün Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimovun doğum günüdür.

Karabakhmedia.az xəbər verir ki, İbrahimov Rasim Səxavət oğlu 18 aprel 1962-ci ildə Bakı şəhəri Xəzər rayonunun Çilov adasında neftçi ailəsində doğulmuşdur.

1969-cu ildə buradakı 131 saylı məktəbin birinci sinfinə getmiş və səkkizinci sinfədək həmin məktəbdə təhsil almışdır. Rasimin arzusu hərbçi olmaq idi. Elə bu məqsədlə də o, 1977-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə daxil olur. R.İbrahimov 1979-cu ildə məktəbi müvəffəqiyyətlə bitirərək, təhsilini Bakı Ali Hərbi Ümumqoşun Komandirlər Məktəbində davam etdirir. O, bütün təlimlərdə fəal iştirak edir, zabitlik peşəsinin sirlərini və hərbi texnikanı həvəslə və inadla öyrənirdi. 1983-cü ildə ali təhsilini başa çatdıranda onu Almaniyaya hərbi qulluğa göndərirlər. Motoatıcı taqımın komandir müavini kimi xidmətə başlayan gənc azərbaycanlı zabit Vətəndən uzaqda olmasına baxmayaraq çalışırdı ki, mənsub olduğu xalqın başını həmişə ucaltsın. O, hərbi xidmətini başa vurduqdan sonra, 1988-ci ildə Azərbaycana qayıdır. Bir müddət Respublika Hərbi Komissarlığında çalışır. Sonra Ağsu rayon Hərbi Komissarının müavini vəzifəsinə təyin edilir. Burada işlədiyi müddətdə Baş Qərargahın Saratov şəhərindəki 3 aylıq kursunda oxuyur. Sonra Füzuli rayonunda hərbi komissarın müavini kimi çalışmağa başlayır.

Həmin vaxtlar erməni silahlı birləşmələri tez-tez Azərbaycanın sərhəd bölgələrinə hücum edir, kəndləri, şəhərləri atəşə tuturdular. R.İbrahimov bu çətin, qarışıq vaxtda Füzuli rayonunun mərd oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradır. Təcrübəli zabit olduğunu nəzərə alaraq onu tabora komandir təyin edirlər. Tabor Füzuli rayonunun sərhədlərini rəşadətlə qoruyurdu. Döyüşlərdə göstərdiyi şücaətə görə Rasimə mayor rütbəsi verildi.

Tabor 1992-ci il iyunun 26-da Tuğ kəndi uğrunda döyüşə atılır. Bir neçə saat çəkən döyüşdə düşmənə ağır zərbələr vurulur və bir neçə mühüm dayaq nöqtəsi ələ keçirilir. Onlar Tuğ kəndinin 5 kilometrliyinə qədər irəliləyirlər. Lakin digər dəstə vaxtında köməyə gəlib çıxmadığına görə tabor mühasirəyə düşür. Cəsur komandir döyüşçülərin mühasirədən çıxması üçün öz canını fəda edir. O, ayağından yaralansa da, döyüşə rəhbərliyi davam etdirirdi. Vəziyyətin ümidsiz olduğunu görən Rasim son anda düşmən əlinə kcçməmək üçün əl qumbarası ilə özünü həlak edir. Cəsur komandirin son sözü bu olur: “Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!”

Ailəli idi. Bir qızı, bir oğlu var. Oğlu bu gün atasının yolunu davam etdirir.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr tarixli 1994-cü il 203 saylı fərmanı ilə İbrahimov Rasim Səxavət oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Vaxtilə təhsil aldığı 131 saylı orta məktəb indi onun adını daşıyır. Çilov adasında abidəsi ucaldılıb, onun adına xatirə bağı salınıb.

Milli Qəhrəman Rasim İbrahimovun anımm günüdür - VİDEO





Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
SAZIN MƏHƏMMƏD PEYĞƏMBƏRİ – ŞƏRİF AĞAYAR YAZIR
Tramp İrana və Şimali Koreyaya sərt mesaj verdi
Qənirə Paşayevanın Türkiyədə çıxan 2 yeni kitabının imza mərasimi keçirilib
İlham Əliyev bu gün BMT-də çıxış edəcək
«Xocalı soyqırımı» sənədli filmi Stokholmda təqdim olunub
Laçın rayonunda iki qüllə - piramida aşkar edilib
Nüvə müharibəsinin qarşısını alan zabit vəfat edib
Sevdiyim üçün dua edirəm
“Gürcü Arzusu” partiyası Bolnisin Faxralı kəndindən namizədi, Dostu Aşırov
Azərbaycan 200 manatlıq əsginas buraxa bilər
"Kürdlərin referendumu gərginliyə səbəb olacaq" - Ərdoğan
Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində KÖMƏK İSTƏDİ
Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Bakıya gəlir
Bakının 7 rayonunda köhnə binalar sökülür
"Qarabağ atı“ abidəsi önündə Azərbaycanın təbliğatı - Foto/Video
Yeni silahlarımız Ermənistanı qorxuya saldı - İrəvandan Qarabağla bağlı SENSASİYALI BƏYANAT
“Riza Moridi şəxsiyyətini satmış adamdır" - Skandinaviya Türk Federasiyasının başqanı
İlk dəfə Avropa çempionu olan Azərbaycanın cüdo yığması Vətənə qayıdıb
“İraq türkmənləri vətənin bölünməsində iştirak etməyəcək” - Kərkük əyalət məclisinin üzvü
Azərbaycan Çexiyadan yeni artilleriya qurğusu alıb
Azərbaycanın gələcək inkişaf strategiyası yolunda atılmış mühüm addım
Azərbaycan əsilli alman həkimi Merkellə görüşdə nələr danışdı?
Milli Məclisin komitəsi bəzi qanunlara dəyişiklik edib
Adil Şirinlə məhbəsdə görüş – İlham Qəhrəman yazır...
Türk ordusu əməliyyatlara başladı - Bərzaniyə mesaj
"Qərar verəndə də heç kimə açıqlamıram" - Qurban Qurbanov
İstiqlal Bəyannaməsinə imza atan 26 nəfərdən biri – Bir cümhuriyyətçinin taleyi
"Qarabağ" "Milan"ı qabaqladı
Zülfüqarov ifadə verdi: “Ölümə mən səbəb olmamışam"
Sabiq xarici işlər naziri qəza törədib - Piyada ölüb