Qarabag Media
Haqqımızda Əlaqə

Ağdamın işğalından 24 il ötür


Tarix:21-07-2017, 22:00 Baxış Sayı:990 Kateqoriya:Manşet, Qarabağ

Ağdamın işğalından 24 il ötür

Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 24 il ötür.

Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib.

Tarixi
Ağdam rayonu 8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1154 kv. km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində 6-8 min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. VI-IV minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar.

Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. XX əsrin 80-cı illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında tapılan son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur.

Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya quldar dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışdılar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.

Qarabağ müharibəsi dövründə

Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur.

Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini – Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür.

1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi.

1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ildə Ağdamın müdafiəsi Surət Hüseynovun Gəncədə qaldırdığı qiyam nəticəsində xeyli zəifləmişdi. Ona tabe olan qüvvələr cəbhədəki mövqeləri qoyaraq, Bakıya doğru hücuma keçmişdilər. Ermənilər bu fürsətdən çox bacarıqla istifadə etdilər. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı.

Ağdama edilən son hücumda 6.000 nəfər erməni əsgəri iştirak edirdi. Onların arasında çoxlu sayda xaricdən gəlmiş ermənilər və muzdlu əsgərlər də var idi. Ağdam uğrunda gedən döyüşlərin birində bədnam erməni terrorçusu Monte Melkonyan döyüşlərdə öldürüldü. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 km², yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu. Qarabağ uğrunda gedən döyüşlərdə 6.000-dən çox ağdamlı şəhid olub. 2010-cu ilin noyabr ayında Dağlıq Qarabağ separatçıları rayonun adını erməniləşdirmək məqsədi ilə Ağdamın adını dəyişərək Akna qoyublar. Onların verdiyi məlumata görə Ağdamın hazırda işğal edilmiş ərazilərində 360 nəfər daimi məskunlaşıb.

İşğal nəticəsində Ağdamrayonunun 1154 kvadrat kilometr ərazisi Ermənistanın nəzarətinə keçib. 147 min nəfər əhalisi olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib. Doğma yurdlarından köçkün düşən rayon əhalisinin əksəriyyəti ölkənin müxtəlif bölgələrinə səpələniblər. Hazırda Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri–qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqda davam edir.

İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu olub. Təxmini rəqəmlərə görə, Ağdam rayonunun işğalı nəticəsində ölkəmizə 252 milyon ABŞ dolları dəyərində maddi ziyan dəyib.

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
SAZIN MƏHƏMMƏD PEYĞƏMBƏRİ – ŞƏRİF AĞAYAR YAZIR
Tramp İrana və Şimali Koreyaya sərt mesaj verdi
Qənirə Paşayevanın Türkiyədə çıxan 2 yeni kitabının imza mərasimi keçirilib
İlham Əliyev bu gün BMT-də çıxış edəcək
«Xocalı soyqırımı» sənədli filmi Stokholmda təqdim olunub
Laçın rayonunda iki qüllə - piramida aşkar edilib
Nüvə müharibəsinin qarşısını alan zabit vəfat edib
Sevdiyim üçün dua edirəm
“Gürcü Arzusu” partiyası Bolnisin Faxralı kəndindən namizədi, Dostu Aşırov
Azərbaycan 200 manatlıq əsginas buraxa bilər
"Kürdlərin referendumu gərginliyə səbəb olacaq" - Ərdoğan
Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində KÖMƏK İSTƏDİ
Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Bakıya gəlir
Bakının 7 rayonunda köhnə binalar sökülür
"Qarabağ atı“ abidəsi önündə Azərbaycanın təbliğatı - Foto/Video
Yeni silahlarımız Ermənistanı qorxuya saldı - İrəvandan Qarabağla bağlı SENSASİYALI BƏYANAT
“Riza Moridi şəxsiyyətini satmış adamdır" - Skandinaviya Türk Federasiyasının başqanı
İlk dəfə Avropa çempionu olan Azərbaycanın cüdo yığması Vətənə qayıdıb
“İraq türkmənləri vətənin bölünməsində iştirak etməyəcək” - Kərkük əyalət məclisinin üzvü
Azərbaycan Çexiyadan yeni artilleriya qurğusu alıb
Azərbaycanın gələcək inkişaf strategiyası yolunda atılmış mühüm addım
Azərbaycan əsilli alman həkimi Merkellə görüşdə nələr danışdı?
Milli Məclisin komitəsi bəzi qanunlara dəyişiklik edib
Adil Şirinlə məhbəsdə görüş – İlham Qəhrəman yazır...
Türk ordusu əməliyyatlara başladı - Bərzaniyə mesaj
"Qərar verəndə də heç kimə açıqlamıram" - Qurban Qurbanov
İstiqlal Bəyannaməsinə imza atan 26 nəfərdən biri – Bir cümhuriyyətçinin taleyi
"Qarabağ" "Milan"ı qabaqladı
Zülfüqarov ifadə verdi: “Ölümə mən səbəb olmamışam"
Sabiq xarici işlər naziri qəza törədib - Piyada ölüb