Qarabag Media
Haqqımızda Əlaqə

"Məhv edilmiş şəhərin tarixi"-adlı kitab işıq üzü görüb


Tarix:22-07-2017, 05:45 Baxış Sayı:272 Kateqoriya:Manşet / Qarabağ

"Məhv edilmiş şəhərin tarixi"-adlı kitab işıq üzü görüb 23 iyul 2017-ci ildə Ağdam şəhərinin işğal olunmasının 24-cü il anım günüdür.

Ağdamın işğal günü ərəfəsində siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin "Ağdam: məhv edilmiş şəhərin tarixi" adlı kitabı işıq üzü görüb.

Karabakhmedia.az xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin "Ağdam: məhv edilmiş şəhərin tarixi" adlı sayca 13-cü kitabı çapdan çıxıb. Kitabda işğal altında olan Ağdam şəhərinin tarixi barədə ətraflı məlumat verilib.

Kitabda viran edilən Ağdam şəhərinin yaranması, qədimdə Azərbayacanda oynadığı rol, “Ağdam” sözünün etimologiyası, toponimləri, oykonimlər ətraflı şəkildə öz əksini tapıb. Kitabda eyni zamanda Ağdam şəhəri barədə qədimdən bu günə qədər tarixdə iz qoyan maraqlı məlumatlar da təqdim edilir. Qədimdə Ağdam şəhərində yaşayan tayfalar, Ağdamda baş verən mühüm tarixi hadisələr, dünya elminə öz sözünü deyən ağdamlılar barədə də kitabda məlumatlar verilir. Ağdamın idman, mədəniyyət, elm, təhsil və digər proseslərdə oynadığı rol da kitabda öz əksini tapıb. Kitabın sonunda Ağdamın işğala məruz qalan tarixi abidələri və maddi-mədəniyyət nümunələrinin siyahısı, kəndlərin tam adları və Ağdamda anadan olan və Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı alan şəxslər barədə geniş məlumat verilir.

Kitabın elmi məsləhətçisi fəlsəfə üzrə elmlər doktoru Rəna Mirzəzadə, rəyçisi İsveç, Stokholm şəhəri, Södermalm icra hakimiyyətinin Sosial təminatı şöbəsində rəis müavini Leila Kiani və redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Moskvada "Şəhriyar" Ədəbi Mədəni Cəmiyyətinin Poeziya və Nəsr üzrə katibi Sultan Mərzilidir.

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi - (III YAZI)
"Hoçaz çayının səsi indi də qulağımdadır" - Ərşad Hüseynov
Bir gecədə məşhurlaşan müğənnidən daha bir maraqlı mahnı: "Qaytar qoyunları..." - VİDEO
Araz Türk Cümhuriyyəti hansı zərurətdən yarandı?
"Beşikdaş"ı qardaş klub seçib, onun izi ilə gedəcəyik" - QURBAN QURBANOV
AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib
“Hərbi xidmətdə olmamışam” – Əli Həsənovun nəvəsinin məhkəməsi
İranlı xanəndə Azərbaycan türklərini təhqir etdi - VİDEO
Xəyal Əhmədov: "Yarışlarda Azərbaycanın bayrağını ucaltdığım üçün qürur duyuram"
MTN GENERALI MƏHKƏMƏDƏ ELDAR MAHMUDOVUN ŞOK CİNAYƏTİNİ AÇIQLADI
Nazir: “Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?”
Qarabağ əlili nazir müavini təyin edilsin! - Deputatdan təklif
Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın etirazına cavab verib
Yağış və qar yağacaq, bəzi yollar buz bağlayacaq -XƏBƏRDARLIQ
Jurnalist Natiq Qədimov dəfn olunub - FOTO
Gələn il orta aylıq əməkhaqqı 4 faizədək artacaq - NAZİR MÜAVİNİ
Prezident NATO-da Qarabağ problemini qaldırdı
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anım günüdür
"Qarabağ"ın əziyyətinə heyfim gəldi" - Elmar Məmmədyarov
RUSİYA, İRAN VƏ TÜRKİYƏ LİDERLƏRİ SURİYA İLƏ BAĞLI BƏYANAT QƏBUL ETDİLƏR
"Qırmızı vərəqə çox vaxt hansısa oyunçunu sındıranda verilir" - Qurban Qurbanov
Şenol Günəş “Qarabağ”ın oyununa gəlib
Azərbaycanda neçə min erməni yaşayır? - RƏSMİ RƏQƏM
İşləməyən köçkünlərin pulu niyə kəsilib? - Rəsmi açıqlama
Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib
Ərdoğan: "Qarabağ münaqişəsini yalnız Rusiya həll edə bilər"
İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşəcək
Fransalı mer Alfortvile və işğal altında olan Laçın şəhəri arasında qardaşlaşmanı pisləyib
Böyük turançı: İsmayıl Ənvər Paşa — Bu gün onun doğum günüdür
Niderlandda Qarabağa səfərlər təşkil edən Booking.com saytına qarşı kampaniya başlayır