Qarabag Media
Haqqımızda Əlaqə

Şah Abbas farspərəst idi, yoxsa TÜRKÇÜ?


Tarix:20-07-2017, 16:18 Kateqoriya:Manşet / Tarix

Şah Abbas farspərəst idi, yoxsa TÜRKÇÜ?

Məktəb dövrlərində tarix dərsində həmişə Səfəvilər haqqda danışarkən I Şah Abbası iranpərəst, qəddar hökmdar kimi tanıdırdılar. Əslində isə belə deyil.

Mərhum tarixçi Oqtay Əfəndiyev “Səfəvilər” kitabında Şah Abbasın hakimiyyətə gəldiyi dövrdən sonra dövlətin türk yox, fars dövlətinə çevrildiyini yazır. Əslində ömrünün sonlarında səhv etdiyini tələbələrinə demişdi. Amma bütün ömrünü səfəvişünaslığa həsr etmiş biri ömrünün sonunda “Bəli, mən sehv etmişəm” sözünü deməyi özünə utanc bilirdi. Çox təəssüf ki, bəzi tarixçilərimiz də onun bu səhvini təkrarlayaraq Abbası tarix kitablarında səhv təqdim etmişlər.

Şah Abbasın heç də iranpərəst olmadığını tarix özü sübut edir. Heç bir dövlətin tarixində belə hala rast gəlinməyib ki, əvvəl bir millətə məxsus olsun, sonra digərinə. Səfəvilər də elə yarandığı dövrdən sonadək türk dövləti olaraq qalır. Şah Abbas əslində elə türkpərəst biri idi. Ona qədər vəzir vəzifəsini qeyri-türk mənşəli şəxslər idarə edirdilər. Şah Abbasdan sonra isə bu vəzifəyə türk mənşəli şəxs teyin olundu.

Azərbaycan əhalisini bir ərazidən digərinə köçürtməyə qaldıqda isə o bunu Osmanlıdan müdafiə məqsədilə etmişdi. Bu dövrdə türk dili sarayın ən əsas dili olur. Hətta fars poeziyasının tənəzzül etdiyi də mənbələrdə qeyd olunur. Elə isə hansı farspərəstlikdən söhbət gedə bilər ki?!

Qəddarlığına gəldikdə. Xalqın folklorunda Şah Abbasa aid nə qədər nağıllar, məsəllər var. Xalq sevmədiyi birinə bu qədər önəm verməzdi.
Sovet tarixşünaslığına aldanıb hökmdarlarımızı sehv təqdim etməyk. Heç olmasa bizdən sonrakı nəsil yanlış məlumatlarla “maariflənməsinlər”..

Fəridə Həmidzadə










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”